Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 3(058)-42/2024 18.01.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Kərimova Tərifə Əbülfət qızı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Samux Rayon Dövlət Yol Polisi Şöbəsinin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs X2 tərəfindən verilmiş şikayətin mümkünlüyünə dair məsələyə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Samux Rayon X1 barəsində Azərbaycan Respublikası İXM-in 327.1 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə inzibati tənbeh tətbiq edilməsinə dair xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarından məhkəməyə şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirib məhkəmə hesab edir ki, şikayət qanunla müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən geri qaytarılmalıdır. Şikayət verilmiş qərar xx.xx.2023-cü il tarixdə qəbul olunsa da X2 qərarın qəbul edildiyi vaxtdan bir aydan artıq vaxt keçdikdən sonra, xx.xx.2023-cü il tarixdə həmin qərardan şikayət vermişdir. A.Məmmədov şikayətə qərarın surətini nə vaxt alması barədə sənəd əlavə etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Məhkəmə izah edir ki, şikayətçi qərarın surətini rəsmi qaydada aldığı vaxtdan 20 gün müddətində həmin qərardan məhkəməyə şikayət verə bilərdi. Şikayətçi qərarın surətinin ona xx.xx.2023-cü ildən sonrakı tarixdə verilməsini təsdiq edən sənəd təqdim etməklə məhkəməyə yenidən müraciət edə bilər, yaxud şikayət verilməsi üçün müddət üzrlü səbəbdən ötürüldüyü halda həmin üzrlü səbəblərin olmasını təsdiq edən sənədləri əlavə etməklə buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatətlə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130, 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Samux Rayon Dövlət Yol Polisi Şöbəsinin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs X2 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(058)-42/2024
Samux Rayon Məhkəməsi Qərardad — İş №3(058)-42/2024
18.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver