Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-424/2025 31.07.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, X1 iştirakı ilə, X2 və X6 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin 10 iyul 2025-ci il tarixli, EQ 29147600 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 və X7 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin 10 iyul 2025-ci il tarixli, EQ 29147600 nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-cü il tarixdə DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abdullazadə tərəfindən barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2.-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair EQ 29147600 nömrəli elektron qərar qəbul edilərək İnzibati Xətalar Məcəlləsinin 327.2.-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Barəsində tərtib edilmiş inzibati qərar əsassızdır və qanuna zidd olaraq tərtib edildiyindən ləğv edilməlidir. İlk növbədə onu qeyd etmək istəmişdir ki, “Mersedes Benz E220 CDİ minik” markalı nəqliyyat vasitəsi əmisi qızı X3 xüsusi mülkiyyətidir. Həmin nəqliyyat vasitəsini idarə etmək üçün atası X4 və ona etibarnamə verimişdir. Sonuncu etibarnamə onun adına verilmiş olsa da nəqliyyat vasitsini X5 idarə edir. Həmin gün Gəncə şəhəri, Nizami prospektində də nəqliyyat vasitəsini o idarə etmişdir. Tərtib olunmuş elektron qərarın foto surətindən aydın görünür ki, X5 qərəzli olaraq İnzibati Xətalar Məcəlləsinin 327.2.-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməmişdir. Belə ki, yolun sağ istiqamətində dayanmış minik avtobusu işıqforun qarşısını kəsməklə, onun görmə qabiliyyətini tamamilə məhdudlaşdırmışdır. İşıqforun qarşı tərəfdə olan hissəsi isə əks istiqamətdə hərəkət edən nəqliyyat vasitələri üçün yolun sol hissəsində quraşdırılmışdır. Fotoşəkildən də aydın görünür ki, yolun orta zolağında əkilmiş ağaclar həmin işıqforun görülməsini tamamilə məhdudlaşdırır. Hesab edir ki, DİN BDYPİnin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abdullazadə tərəfindən barəmizdə tərtib olunmuş İnzibati Xətalar Məcəlləsinin 327.2.-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair EQ 29147600 nömrəli elektron qərar əsassızdır. EQ 29147600 nömrəli elektron qərarı xx.xx.2025-ci il tarixdə Gəncə Şəhər BPİnin DYPŞ-dən rəsmi olaraq almışdır. Məhkəmə iclasında iştirak edən şikayətci X5 şikayət ərizəsinə uyğun izahat verdi və məhkəmədən şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verməmişdir. Məhkəmə inzibati xəta haqqında işə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin polis polkovnik-leytenantı Elvin Aduləlizadə tərəfindən qəbul edilmiş EQ seriyalı 29147600 nömrəli, 10 iyul 2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” Qərardan görünür ki, X6 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. İş materiallarında olan 6511FE492BFCD25A nömrəli kameradan görünür ki, “Mersedes Benz E220 CDİ minik” markalı **-EZ-*** dövlət qeydiyyat nömrəli avtomobil xx.xx.2025-ci il tarixdə saat 09:43-də Gəncə şəhəri, Nizami prospektində işıqforun qırmızı işığında keçmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, X2 və X6 şikayətində inzibati tənbeh vermə haqqında elektron qərarla əlaqədar bildirdikləri və şikayətdə göstərdikləri onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsinə əsasən Bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə - fiziki şəxslər min iki yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsində inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar kimi inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri və digər hallar müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, X2 və X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsinin olması, inzibati xətanı törətmiş şəxsin həmin xətanı törətməkdə təqsiri təsdiq olunur. Beləliklə də, X2 və X6 barəsində tərtib edilmiş 10 iyul 2025-ci il tarixli, EQ 29147600 nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanunsuz olması və ya ləğv edilməsi üçün əsaslar müəyyən olunmamış, eyni zamanda şikayətçi tərəfindən belə halların mövcud olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Buna görə də X2 və X6 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin 10 iyul 2025-ci il tarixli, EQ 29147600 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayəti əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 75, 76, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 və X6 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin 10 iyul 2025-ci il tarixli, EQ 29147600 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin 10 iyul 2025-ci il tarixli, EQ 29147600 nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №3(058)-424/2025
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-424/2025
31.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver