Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 3(058)-428/2025 29.07.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Kərimova Tərifə Əbülfət qızı, Gəncə şəhər X9 Şöbəsinin polis mayoru X4 tərəfindən qəbul edilmiş 15 iyun 2025ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs X5 tərəfindən verilmiş şikayətin mümkünlüyünə dair məsələyə baxaraq m ü ə y y ə n e t d i: X2 şəhər X9 Şöbəsinin polis mayoru X4 tərəfindən onun barəsində Azərbaycan Respublikası İXM-in 332.1, 332.3, 342.2.3 və 342.7-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq edilməsinə dair 15 iyun 2025-ci il tarixli, TP ******* saylı qərarından məhkəməyə şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirib məhkəmə hesab edir ki, şikayət aidiyyatı üzrə müvafiq məhkəməyə verilmədiyindən geri qaytarılmalıdır. Belə ki, şikayət verilən qərardan da göründüyü kimi, sözügedən inzibati xətanın Gəncə- Samux yolunda tərədildiyi qeyd olunmuşdur. İnzibati tənbeh vermə haqqında qərarı qəbul edən orqan isə Gəncə şəhər X9 Şöbəsidir. Buradan da aydın olur ki, inzibati xətanın baş verdiyi yer Gəncə şəhərinin ərazisi hüdudlarına düşdüyündən inzibati tənbeh vermə haqqında qərar sözügedən ərazi üzrə inzibati orqan, yəni Gəncə şəhər X9 Şöbəsi tərəfindən qəbul edilmişdir. Həmçinin elektron məhkəmə informasiya sistemi üzərindən aparılan yoxlama zamanı müəyyən edilmişdir ki, qərardan şikayət vermiş şəxs X1 rayonu Çərəkdar kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində müəyyən edilmiş məhkəmə aidiyyatı qaydasının təkmilləşdirilməsi Azərbaycan Respublikası Milli Məclisinə tövsiyyə edilsin. Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində diyişiklik edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 100.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İş materallarında inzibati xətanın törədildiyi yer «Samux rayonu Aznixi yolu» qeyd olunduğundan, hadisənin törədildiyi yer Samux rayonun ərazisi olduğundan işə baxılması üçün Samux rayon Məhkəməsinə müraciət edilməlidir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən barəsində inzibati tənbehvermə haqqında qərar qəbul edilmiş şəxs həmin qərardan şikayəti ya inzibati xətanın törədildiyi yer üzrə məhkəməyə, ya da şikayətə onun yaşadığı yer üzrə məhkəmədə baxılmasına dair vəsatətlə müraciət edərək qeydiyyatda olduğu yer üzrə məhkəməyə verməlidir. Sözügedən inzibati xəta Gəncə şəhərinin ərazisi hüdudlarında törədildiyindən, həmçinin qərardan şikayə verən şəxs Kəlbəcər rayonunda qeydiyyatda olduğundan hazırki şikayətə Samux Rayon Məhkəməsində baxılması yolverilməzdir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Gəncə şəhər X9 Şöbəsinin polis mayoru X4 tərəfindən qəbul edilmiş 15 iyun 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs X5 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(058)-428/2025
Samux Rayon Məhkəməsi Qərardad — İş №3(058)-428/2025
29.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver