Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-429/2025 23.07.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Zərgərli Ata Nərbala oğlunun katibliyi, Samux rayon İcra və Probasiya şöbəsinin rəisi X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Samux rayonunda doğulmuş, orta təhsilli, evli, işləməyən, Samux rayonu Çobanabdallı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Samux Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux Rayon İcra və Probasiya Şöbəsinin rəisi X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 23 iyul 2025-ci il tarixli protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında Samux Rayon İcra və Probasiya Şöbəsinin rəisi X4 izahat verərək bildirdi ki, Samux Rayon Məhkəməsinin 2(58)-568/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 5367 manat pul tutularaq X3 verilməlidir. Hazırda icra səndəi üzrə qalıq borc 3731 manat təşkil edir, axırıcı ödəniş 2023-cü ilin iyun ayında olmuşdur, o tarixdən etibarən ödənişlərin aparılması barədə heç bir rəsmi sənəd yoxdur. Borclu Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borcunu ödəməkdən boyun qaçırır. Dəfələrlə barəsində məcburi gətirmə verilmiş, icra şöbəsinə polis vasitəsilə gətirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadə verib bildirdi ki, hal hazırda borcu 1831 manatdır, belə ki, o, qalıq borcdan ödəniş etmiş, lakin həmin qəbzləri icra məmuruna təqdim etməmişdir, hazırda da ödəniş qəbzlərini saxlamayıb, ona görə də qəbzlər mövcud olmadığından etdiyi ödənişi sübut edə bilmir. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: Samux Rayon Məhkəməsinin 2(58)-568/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinəsinin surətindən görünür ki, Şəxs satılmış meyvəyə görə 5217 manat pul, iddia ərizəsini tərtib edilməsinə görə ödənilmiş 50 manat və ödənilmiş 150 manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı X3 verilməsi qət edilmişdir. xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, 2(58)-568/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu Şəxs Samux Rayon Məhkəməsinin icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. xx.xx.2023-cü il tarixli xəbərdarlıqların surətindən görünür ki, Şəxs icra sənədini icra etməyəcəyi təqdirdə məsuliyyətə cəlb olunacağı barədə xəbardarlıq edilmişdir. xx.xx.2023-cü il tarixli xəbərdarlıqların surətindən görünür ki, Şəxs icra sənədini icra etməyəcəyi təqdirdə məsuliyyətə cəlb olunacağı barədə xəbardarlıq edilmişdir. Samux Rayon Məhkəməsinin 8(058)-78/2023 saylı qərardadının sürətindən görünür ki, Şəxs xx.xx.2022-ci il icra sənədi üzrə borcunu tam ödəyənədək Azərbaycan Respublikasını tərk etmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Samux Rayon Məhkəməsinin 8(058)-8/2024 saylı qərardadının sürətindən görünür ki, Şəxs xx.xx.2022-ci il icra sənədi icrası ilə bağlı Samux rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilməsi ilə bağlı qərardad qəbul edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, Şəxs Samux Rayon Məhkəməsinin 2(58)-568/2022 saylı, xx.xx.2022-ci il il tarixli icra sənədi üzrə müəyyən olunmuş borc məbləğini qanunla müəyyən edilmiş müddətdə icra etməkdən boyun qaçırmış, icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməmiş, hazırda onun 3731 manat borcu yığılmışdır. Müəyyən edilmişdir ki, o, icra sənədi üzrə axırıncı ödənişi 2 il bundan öncə etmiş, həmin vaxtdan bu günə heç bir ödəniş etməmiş, həmçinin inzibati xəta haqqında protokolu tərtib edən şəxsin izahatından aydın olmuşdur ki, Şəxs icra şöbəsinə dəfələrlə məcburi qaydada gətirilmişdir. Bu hallar Şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasından qərəzli şəkildə yayındığını sübut edir. Samux Rayon İcra və Probasiya Şöbəsinin rəisi X4 tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməli düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. Azərbaycan Repubilkası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Araşdırma zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun törətdiyi inzibati xətaya münasibətini nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün deyildir. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs (FİN xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli xx.xx.2025-ci il tarixdən saat 17:00-dan hesablansın. Qərarın icrası Samux Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(058)-429/2025
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-429/2025
23.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver