Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 3(058)-437/2025 04.08.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Kərimova Tərifə Əbülfət qızı, X1 tərəfindən verilmiş qərardan şikayətə baxaraq müəyyən etdi: X1 şikayət ərizəsi ilə Samux Rayon Məhkəməsinə müraciət edərək barəsində qəbul edilmiş 10 iyul 2025-ci il tarixli TP-7363953 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini nəzərdən keçirib hesab edir ki, şikayət qanunvericilikdə nəzərdə tutulmuş forma və məzmuna riayət edilmədən tərtib olunduğundan, şikayətdə ərizəçinin hansı qərardan şikayət verərək ləğv edilməsini tələb etdiyi göstərilmədiyindən, həmçinin şikayət ərizəsində ərizəyə əlavə olunan sənədlərin siyahısı göstərilsə də həmin sənədlər faktiki olaraq şikayətə əlavə edilmədiyindən şikayət ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında işlər üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 134.1.5-ci maddəsində göstərilmişdir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Məhkəmə hansı qərarın mübahisələndirilməsini müəyyən edə bilmədiyindən və qərardan şikayət qanunvericiliyin tələbinə uyğun verilmədiyindən hesab edir ki, ərizənin icraata qəbul edilməsindən imtina edilməli, əşikayət onu vermiş şəxsə qaytarılmalı və ərizəçiyə qanunvericiliyin tələbinə uyğun şəkildə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 tərəfindən verilmiş şikayət ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(058)-437/2025
Samux Rayon Məhkəməsi Qərardad — İş №3(058)-437/2025
04.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver