Məhkəmə qərarları › İş №3(058)-45/2024

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-45/2024

28.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-45/2024 28.02.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi ilə, X7 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Samux rayon X14 şöbəsi tərəfindən tərtib olunmuş 08 yanvar 2024-cü il tarixli, TP-6214839 nömrəli inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Samux rayon X14 şöbəsinin polis kapitanı X5 tərəfindən tərtib olunmuş 08 yanvar 2024-cü il tarixli, TP-6214839 nömrəli inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, Samux rayon Polis kapitanı X6 tərəfindən qəbul edilmiş 08 yanvar 2024-cü il tarixli TP-6214839 nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 332.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş İnzibati Xətanı törətməkdə təqsirli bilindiyi üçün 100 manat məbləğində cərimə edilmişdir. 08 yanvar 2024-cü il tarixli TP-6214839 saylı inzibati tənbeh vermə haqqında qərar tamamilə qanunsuzdur və qəbul edilərkən qanunvericiliyin heç bir tələbi yerinə yetirilməmiş, qanunvericiliyi kobud sürətdə pozmaqla qəbul edilmişdir. Sözügedən qərar polis əməkdaşı tərəfindən qəbul edilərkən inzibati xətanın mövcud olub- olmaması ətraflı araşdırılmamış, inzibati icraat aparan orqan tərəfindən sübuta yetirilməyən hal üzrə inzibati tənbeh tətbiq edilmişdir. İnzibati icraat zamanı sübuta yetirilməyən hallar vətəndaşın xeyrinə realizə edilməlidir. İnzibati orqan tərəfindən qəbul edilmiş inzibati qərar o, zaman qanuni və əsaslı hesab edilə bilərdi ki, həmin qərar "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununda göstərilən xüsusatlar əsasında tərtib edilmiş olsun. Qanunun da normalarında qeyd olunan xüsusatlar inzibati tənbeh vermə haqqında protokolda, inzibati tənbeh vermə haqqında qərarda həqiqəti əks etdirmir. Mülkiyyət hüququ üzrə ona məxsus olan “VAZ- 210043” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə əsasında oğlu X4 istifadəsindədir. Polis serjantı X3 özünün xidmət ərasizi olmayan ünvan 1 ünvanın qarşısında onun və oğlunun əmək fəaliyyəti ilə məşğul olduğu obyektin qarşısında ona məxsus nəqliyyat vasitəsi hərəkətdə olmayan zaman inzibati xəta haqqında protokol tərtib edilmişdir. Avtomobili qeyri-qanuni olaraq müsadirə edərək Samux rayon ərazisinə aparmışlar protokolda inzibati xətanın aşkar olunmasında istifadə edilən xüsusi texniki vasitə barədə heç bir qeyd olunmamış, hərəkətdə olmayan avtomobilin mülkiyyətcisinə nəqliyyat vasitəsinin idarə etmək hüququ olmadan ona idarə edilməsinə görə inzibati tənbeh vermə haqqında qərar qəbul edilə bilməz. O, nəqliyyat vəsitəsini idarə etməmiş, bunun sübut edilməsi inzibati orqan əməkdaşlarının üzərinə düşür. İnzibati Xəta haqqında xx.xx.2024-cü il tarixli, İXP-5942524 nömrəli protokolu tərtib edən X3 özünü sadəcə Samux rayonu “Polis serjantı” protokol əsasında inzibati tənbeh vermə haqqında TP- 6214839 nömrəli qərarı qəbul edən Samux rayon X14 şöbəsinin polis kapitanı X2 qeyd olunmuş, qərar nümunəvi blankında qərar qəbul edən vəzifəli şəxsin vəzifəsi, soyadı, adı və atasının adı kollegial orqanın adı və təşkilatın adı qeyd olunması zəruridir. Protokolun tərtib olunması, həm də Qərar qəbul edildikdə qüsurlara yol verildiyindən, həmçinin yuxarıda qeyd edilən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunun normaları kobud sürətdə pozulduğundan Protokol əsasən qəbul edilmiş 08 yanvar 2024cü il tarixdə Samux rayon X14 şöbəsinin polis kapitanı X6 tərəfindən qəbul edilmiş qərar ləğv edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X10 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Samux rayon X14 şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər və işə baxılmasının təxirə salınması barədə vəsatət verməmişlər. Məhkəmə inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Samux rayon X14 şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayəti, şikayətə əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərarı nəzərdən keçirib hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iclasında elan edilmiş X7 barəsində tərtib edilmiş 08 yanvar 2024-cü il tarixli, TP-6214839 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci və 332.2-ci maddələri ilə təqsirli bilinərək barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarımışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci və 332.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, X7 şikayətində inzibati tənbeh vermə haqqında qərarla əlaqədar bildirdikləri və şikayətdə göstərdikləri onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsində inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar kimi inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri və digər hallar müəyyən edilmişdir. X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci və 332.2-ci maddələri ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsinin olması, inzibati xətanı törətmiş şəxs və həmin xətanı törətməkdə X7 təqsiri təsdiq olunur. Beləliklə də, X7 barəsində tərtib edilmiş 08 yanvar 2024-cü il tarixli, TP-6214839 nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanunsuz olması və ya ləğv edilməsi üçün əsaslar müəyyən olunmamış, eyni zamanda şikayətçi tərəfindən belə halların mövcud olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Məhkəmə hesab edir ki, X7 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Samux rayon X14 şöbəsinin 08 yanvar 2024-cü il tarixli, TP-6214839 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 75, 76, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X7 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Samux rayon X14 şöbəsinin polis kapitanı X5 tərəfindən tərtib olunmuş 08 yanvar 2024-cü il tarixli, TP-6214839 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Samux rayon X14 şöbəsinin polis kapitanı X5 tərəfindən tərtib olunmuş 08 yanvar 2024-cü il tarixli, TP-6214839 nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar