Məhkəmə qərarları › İş №3(058)-462/2025

Samux Rayon Məhkəməsi Qərardad — İş №3(058)-462/2025

25.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 3(058)-462/2025 25.08.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Kərimova Tərifə Əbülfət qızı, X1 tərəfindən verilmiş şikayət ərizəsinə baxaraq müəyyən etdi: X1 şikayət ərizəsi ilə Samux Rayon Məhkəməsinə müraciət edərək barəsində qəbul edilmiş 28 iyul 2025-ci il tarixli, EQ29560569 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini nəzərdən keçirib hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, X1 şikayət ərizəsinə barəsində şikayət olunan qərarı əlavə etməmişdir. Dolayısıyla hansı qərarın mübahisələndirildiyi, sözügedən şikayətə aidiyyatı üzrə hansı məhkəmədə baxılmalı olmasının müəyyən edilməsi zəruriyyəti səbəbilə həmin inzibati xətanın harada baş verməsi, qərarın hansı inzibati orqan tərəfindən qəbul edilməsi müəyyən deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında işlər üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 134.1.5-ci maddəsində göstərilmişdir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Məhkəmə hansı qərarın mübahisələndirilməsini müəyyən edə bilmədiyindən və qərardan şikayət qanunvericiliyin tələbinə uyğun verilmədiyindən hesab edir ki, ərizənin icraata qəbul edilməsindən imtina edilməli, şikayət onu vermiş şəxsə qaytarılmalı və ərizəçiyə qanunvericiliyin tələbinə uyğun şəkildə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 tərəfindən verilmiş şikayət ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar