Məhkəmə qərarları › İş №3(058)-466/2025

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-466/2025

20.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-466/2025 20.08.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Zərgərli Ata Nərbala oğlunun katibliyi ilə, protokolu tərtib etmiş şəxs X7, tələbkar X5 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Samux rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X12 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 20.08 2025-ci il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Şəxs Samux Rayon Məhkəməsinin 2(058)-980/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən 24 iyul 2013-cü ildə anadan olmuş X4 və 06 aprel 2017-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdeh Şəxs 13 avqust 2018-ci il tarixdən başlayaraq, hər uşaq üçün hər ay sabit pul məbləğində 154 manat olmaqla, cəmi 308 (üç yüz səkkiz) manat miqdarda aliment tutularaq iddiaçı X6 ödənilməlidir. Borclu Şəxs hazırda sözügedən icra sənədinə əsasən 10706 manat borcu var. Ona görə də onun barəsində İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Samux Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X12 bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Samux Rayon Məhkəməsinin 1(058)-23/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şəxs sözügedən hökmlə ona təyin olunmuş cəzanı çəkib qurtardıqdan sonra hər ay mütəmadi olaraq aylıq aliment borcunu ödəyir, həmçinin hər ay qalıq borcdan müəyyən məbləğdə ödəniş edir. Şəxs hər ay ümumilikdə 400 manat ödəniş edir. Lakin icra sənədi üzrə tələbkar X5 müvafiq orqanlara çoxsaylı şikayətlər etməsi səbəbilə o, hazırki inzibati protokolu tərtib etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, onun icra sənədi üzrə borcunu ödəməkdən yayınmaq fikri yoxdur, uzun müddətdir ki, aylıq ödənişləri vaxtında edir, qalıq borc isə daha öncə yığılan borc məbləğidir, hər ay mütəmadi olaraq 400 manat ödəniş edir. Hazırda yenə tələbkara 160 manat ödəniş edib. Samux Rayon Məhkəməsinin müvafiq hökmü ilə ona təyin olunmuş cəzanı çəkib qurtardıqdan sonra hər ay mütəmadi olaraq aylıq aliment borcunu ödəyir, həmçinin hər ay qalıq borcdan müəyyən məbləğdə ödəniş edir. Məhkəmə iclasında iştirak edən icra sənədi üzrə tələbkar X8 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati məsuliyyətə cəlb olunmasını tələb etdiyini bildirdi. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: Samux Rayon Məhkəməsinin 2(058)-980/2018 saylı, xx.xx.2018-ci il tarixli, icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 24 iyul 2013-cü il tarixdə anadan olmuş X1 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2018-ci il tarixdən başlayaraq hər ay hər uşağa 154 manat, cəmi 308 manat sabit pul məbləğində aliment X3 ödənilməsi qət edilmişdir. Samux Rayon Məhkəməsinin 8(058)-147/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadın surətindən görünür ki, Samux Rayon Məhkəməsinin 2(058)-980/2018 saylı xx.xx.2018-ci il tarixli, icra sənədi üzrə borclu xx.xx.1989-cu ildə Samux rayon Sərkar kəndində anadan olmuş, Samux rayon Sərkar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Samux Rayon Məhkəməsinin 1(058)-23/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmün surətindən görünür ki, Şəxs Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) ay müddəti azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmət 2 saylı İstintaq Təcridxanası tərəfindən xx.xx.2023-cü il tarixli Samux rayon İcra və Probasiya şöbəsinə verilən cavabdan görünür ki, Samux rayon məhkəməsinin 2(058)-980/2018 nömrəli xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən məhkum Şəxs əmək haqqından müxtəlif tarixlərdə pul tutulmuşdur. Samux Rayon Məhkəməsinin 3(058)-253/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs hərəkətlərində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, icra məmurunun məhkəmə iclasında verdiyi izahatından və iş materiallarından məlum olmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Samux Rayon Məhkəməsinin 1(058)-23/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, o, sözügedən hökmlə ona təyin olunmuş cəzanı çəkib qurtardıqdan sonra hər ay ümumilikdə 400 manat olmaqla mütəmadi olaraq aylıq aliment borcunu və qalıq borcdan ödənişlər edir. Yəni, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs sözügedən hökmlə ona təyin olunmuş cəzanı çəkib qurtardıqdan sonra onun icra sənədinin icra olunmasında axsamaları olmamış, hər ay mütəmadi olaraq 400 manat ödəniş etmişdir. Göstərilən hallar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs borcunu ödəməkdən qərəzli olaraq yayınmadığını göstərir. Ona görə də məhkəmə, onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli olması qənaətinə gəlir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsində əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar