Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-467/2025 21.08.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Zərgərli Ata Nərbala oğlunun katibliyi ilə, Samux RPŞ-nin polis sahə rəisi, X1, zərərçəkmiş şəxs X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1973-cü il tarixində Gəncə şəhərində doğulmuş, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Samux rayon Poylu kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Samux Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux RPŞ-nin polis sahə rəisi, polis kapitanı X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokolda qeyd edilir ki, Şəxs xx.xx.2025-ci il tarixdə oğlu X2 döymüşdür. Məhkəmə iclasında iştirak edən Samux RPŞ-nin nümayəndəsi X1 izahatında bildirdi ki, sözügedən inzibati xəta haqqında protokolu Samux RPŞ-nin TQ-nun baş təhqiqatçısı, polis mayoru Ehtiram Qafarovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar əsasında tərtib etmişdir. Həmin qərarda qeyd olunmuşdur ki, xx.xx.2025-ci il tarixdə Şəxs Samux rayonu Poylu kəndində oğlu X4 ilə aralarında baş vermiş şəxsi münasibətlər zəminində mübahisə zamanı əlindəki taxta parçası ilə sonuncunun bədən nahiyyəsinin müxtəlif yerlərinə vuraraq qəsdən fiziki ağrı yetirməklə, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və buna görə Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Göstərilənlərə əsasən Şəxs törətdiyi inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü sözügedən inzibati xətanı törətməkdə təqsirli bilməyərək bildirdi ki, X4 onun oğludur. O, X3 heç bir xəsarət yetirməmiş, onu döyməmişdir. Barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X4 bildirdi ki, Şəxs onun anasıdır, aralarındakı mübahisə zamanı anası Şəxs onu taxta parçası ilə döymüşdür. Şəxs barəsində inzibati tənbəh tətbiq edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş sənədlər aşağıdakılar müəyyən edilir: 24 may 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati qaydada tədbir görülməsi və gələcəkdə baş verə biləcək cinayət hadisələrinin qarşısının alınması məqsədi ilə profilaktik tədbirlərin görülməsi məsələsinə baxılması üçün qərarın surəti Samux RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata İXM-in 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Belə ki, Şəxs X2 döyməsini təsdiq edən heç bir sübut mövcud deyil və onun İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(058)-467/2025
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-467/2025
21.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver