Məhkəmə qərarları › İş №3(058)-470/2025

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-470/2025

08.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-470/2025 08.09.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, X2 iştirakı ilə, X5 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin 12 aprel 2025-ci il tarixli, EQ 27293205 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X8 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin 12 aprel 2025-ci il tarixli, EQ 27293205 nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə saat 18:46- də Samux şəhəri Arif Nəbiyev 36 əraziaində “Volkswagen Passat” markalı **-MS-*** dövlət qeydiyat nişanlı nəqliyat vasitəsini idarə edərkən 339.1-1 Nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etmə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsin idarə edərkən DİN BDYPL Polis Polkovniki X1 tərəfindən qərar yazılıb. Onun telefonuna SMS bildirişi gələndə bilmişdir ki, ona cərimə yazılıb. Ondan sonra o, Samux rayon Polis şöbəsinə yaxınlaşıb cərimənin yazılma səbəbini araşdırmağa çalışmışdır. Polis şöbəsində onu Azər və Toğrul adlı polis əməkdaşları qarşılamışlar. Samux rayon Polis şöbəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, gələn SMS-dəki cərimə ona aid deyildir. Ona bildirmişlər ki, bir neçə günə ona cavab veriləcəkdir. O, bir həftə gözləmiş cavab gəlməyəndə yenidən Samux rayon Polis şöbəsinə müraciət etmişdir. Maşının rəngləri fərqlidir sürəndə başqasıdır, onun sahibini belə tanımır. Ordan çıxanda 102 qaynar xəttinə zəng etmiş, ona aid olmayan nəqliyyat vasitəsi onun olmadığı haqda 400 manat cərimə yazılmışdır. 102 xidmətindən ona bildirmişlər ki, bu haqda ona məlumat veriləcək. O, onlara cəriməni qanunsuz olduğunu bildirmiş, ona bildirilmişdir ki, şikayətini məhkəməyə bildirər. Polis əməkdaşları öz vəzifə səlahiyyətlərindən istifadə edərək Azərbaycan Respublikası İnzibati Xətallar Məcəlləsinin 339.1-1-ci və 332.3.-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli biliblər. Bundan sonra o, xx.xx.2025-ci il tarixli Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında qərar vermişlər. Həmin qərara əsasən ona 400 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü cəzası verilmişdir. Həmin qərar DİN BDYPL Polis Polkovniki X1 qəbul etmişdir. Həmin qərar qeyri qanuni və əsassızdır, qanunvericiliyin tələblərinə ziddir. DİN BDYPL Polis Polkovniki X1 tərəfindən tərtib edilmiş qərarla inzibati tənbeh haqqında qərarla təqsirli bilindiyi əsassızdır. Beləliklə İXM-nin 53.0 maddasinin 53.0.1-ci bəndinə əsasən inzibati xəta olmadıqda və 53.0.2-ci bəndinə əsasən isə inzibati xəta tətkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanması icraata xitam verilir. Məhkəmə iclasında iştirak edən şikayətci X8 bildirdi ki, ona yazılmış cərimə əssasızdır. Ona görə ki, **-MS-*** dövlət qeydiyyat nömrəli avtomobilin nömrəsi ona aid olsa da, avtomobil ona aid deyil. Həmin hal fotoşəkillərlə də öz təsdiqini tapmışdır. Cərimə tətbiq olunan vaxt onun avtomobilinin texniki baxış müddətinin vaxtı bitmişdir və avtomobil nasaz olduğundan avtomobili texniki baxışdan keçirə bilməmişdir. Ona cərimə yazılan vaxt onun nəqliyyat vasitəsini idarə etmək hüququ 6 (altı) ay müddətə məhdudlaşdırılmışdır. Məhkəmədən şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verməmişdir. Məhkəmə inzibati xəta haqqında işə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin polis polkovnik-leytenantı Elvin Aduləlizadə tərəfindən qəbul edilmiş 12 aprel 2025-ci il tarixli, EQ 27293205 nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərardan görünür ki, X5 barəsində Azərbaycan Respublikası İXM-nin 339.1-ci və 332.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 400 manat məbləğində cərimə tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. Məhkəmə eyni zamanda qeyd edir ki, X5 şikayətində inzibati tənbeh vermə haqqında elektron qərarla əlaqədar bildirdikləri və şikayətdə göstərdikləri onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsində inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar kimi inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri və digər hallar müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci və 332.5-ci maddələri ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsinin olması, inzibati xətanı törətmiş şəxs və həmin xətanı törətməkdə X5 təqsiri təsdiq olunur. Beləliklə də, X5 barəsində tərtib edilmiş 12 aprel 2025-ci il tarixli, EQ 27293205 nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanunsuz olması və ya ləğv edilməsi üçün əsaslar müəyyən olunmamış, eyni zamanda şikayətçi tərəfindən belə halların mövcud olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Buna görə də X5 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin 12 aprel 2025-ci il tarixli, EQ 27293205 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayəti əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 75, 76, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin 12 aprel 2025-ci il tarixli, EQ 27293205 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin 12 aprel 2025-ci il tarixli, EQ 27293205 nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar