Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-472/2025 06.10.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X15 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, X1 - vəkili X7, Azərbaycan Yerüstü Nəqliyyat X6 İdarəsinin nümayəndəsi X5 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X17 İdarəsinin 17 İyul 2025-ci il tarixli, EQ 29322458 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi, inzibati icraata xitam verilməsinə dair X4 şikayətinə və ona əlavə edilmiş materiala baxaraq, məhkəmə müəyyənetdi: Məhkəməyə daxil olmuş şikayətdə və ona əlavə edilmiş materiallarda göstərilmişdir ki, X8 30 iyun 2025-ci il tarixdə, saat 20:45:50-də Gobustan rayonu, Cəngi kəndi Yevlax istiqaməti üzrə M-4 55.3 km, Gobustan rayonu, Cəngi kəndində “Sany” markalı BYG5310THB 430C-10 xüsusi təyinat model **-JV-*** dövlət qeydiyyat nişanlı beton nasos avtomobili icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə etdiyinə görə İXM-in 353.2-ci maddəsi ilə təqsirli bilinib 600 manat inzibati cərimə edilmişdir. Qeyd edilənlərlə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X17 İdarəsinin mərkəzi informasiya sisteminə ötürülmüş məlumatlar əsasında 17 İyul 2025-ci il tarixdə X4 Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair həmin tarixli, EQ 29322458 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmışdır. X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ tərəfindən barəsində tərtib edilmiş 17 İyul 2025-ci il tarixli, EQ 29322458 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın və protokolun ləğv edilməklə, Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, istifadəsində olan “Sany markalı, BYG5310THB 430C-10 xüsusi təyinat model, **-JV-*** dövlət qeydiyyat nişanlı beton nasos avtomobil ilə xx.xx.2025-ci il tarixdə saat 20 radələrində hərəkətdə olarkən Qobustan rayonu, Cəngi kəndi ərazisindən keçərkən (M-4 55.3 km hissəsi) yolda Azərbaycan Yürüstü Nəqliyyat Agentliyi tərəfindən quraşdırılmış elektron tərəzinin üzərindən keçən zaman barəsində elektron qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmışdır. Həmin qərarla İXM-nin 353.2-ci maddəsi ilə 600 manat məbləğdə cərimə olunmuşdur. Səbəb isə bu olmuşdur ki, nəqliyyat vasitəsinin ümumi çəkisi icazə verilən maksimal çəkidən artıq, 31.040 kq olmuşdur. Lakin bu cərimə qanunsuzdur Belə ki, həmin nəqliyyat vasitəsi (Sany markalı, BYG5310THB 430C-10 xüsusi təyinat model, **-JV-*** dövlət qeydiyyat nişanlı beton nasos, maksimum kütlə 31000 kq, yüksüz kütlə 30850 kq, uzunluq ll, 70 m, en 2,55 m, hündürlük 4m, üç oxlu) DİN BDYPİdə və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli, 104 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin veriliməsi” Qaydalarının tələbinə görə qabarit və çəki parametrlərini asan bölünən yüklə yüklənmiş ölkədaxili və beynəlxalq yükdaşımalarmı həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkəti qadağandır (və ya) ağırçəkili nəqliyyat vasitələrinin avtomobil yolları ilə Qaydanın 1.9-cu bəndində göstərilən hallar istisna olmaqla hərəkət marşrutu göstərilmiş xüsusi icazə əsasında yol verilir. 2.4. İriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrimin ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət etməsi yol hərəkəti qaydalarının tələblərinə uyğun olaraq həyata keçirilir. 2.5. Aşağıda göstərilən hallardan biri mövcud olarsa, bu Qaydanın 1.9-cu bəndində göstərilən hallar istisna olmaqla, iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə hərəkət intensivliyinin ən aşağı dövrləriıijdə icazə verilir. 2.5.1. iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitəsinin ümumi kütləsi 44 tondan artıq olduqda. 2.5.2. yüklə birlikdə nəqliyyat vasitəsinin hündürlüyü 4 metrdən artıq olduqda. 2.5.3. yüklə birlikdə nəqliyyat vasitəsinin eni 2,55 metrdən artıq olduqda. 2.5.4. yüklə birlikdə nəqliyyat vasitəsinin uzunluğu 20 metrdən artıq olduqda. 2.6. Aşağıdakı hallarda iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələri hökmən müşayiət edilir. 2.6.1. mühafizə avtomobili ilə 2.6.1.1. nəqliyyat vasitəsinin eni 2,55 metrdən artıq olduqda. 2.6.1.2. nəqliyyat vasitəsinin hündürlüyü 4 metrdən artıq olduqda. 2.6.1.3. nəqliyyat vasitəsinin uzunluğu 24 metrdən artıq olduqda. 2.6.1.4. nəqliyyat vasitəsinin ümumi kütləsi 50 tondan artıq olduqda. 2.6.2. müşayiət avtomobili ilə 2.6.2.1. nəqliyyat vasitəsinin eni 3,5 metrdən artıq olduqda 2.6.2.2. nəqliyyat vasitəsinin avtoqatarın uzunluğu 30 metrdən artıq olduqda 2.6.2.3. nəqliyyat vasitəsinin ümumi kütləsi 80 tondan artıq olduqda. 2.6.2.4. hərəkət zamanı nəqliyyat vasitəsi əks istiqamətdəki hərəkət zolağını qismən tutduqda. 2.6.2.5. daşınma prosesində iriqabaritli və (və ya) vasitəsinin maneəsiz hərəkətinin təmin edilməsi məqsədi tənzimlənməsi üzrə əlavə tədbirlərin həyata keçirilməsinə zərurət həmin qaydalara görə müşayiət edilməli nəqliyyat vasitələrinin hər səfəri üçün müvafiq icazə alınmalı və hərəkət məsafəsinə görə rüsum ödənilir ödənilməlidir. İstifadəsində olan nəqliyyat vasitəsi parametrlərinə görə müşaiyyət olunmalı nəqliyyat vasitələrinə nəqliyyat vasitəsi xüsusi təyinatlı nəqliyyat vasitəsidir və yük avtomobili hesab olunmur. Çünki hərəktdə olarkən hər hansı yük daşımır. “Avtomobil nəqliyyatı haqqında” qanuna görə yük-avtomobil daşıyıcısı tərəfindən təyinat məntəqəsinə çatdırılmaq üçün qəbul edilmiş əmtəə və ya qeyri-əmtəə təyinatlı mal hesab olunur. Yük avtonəqliyyat vasitəsi-konstruksiyasına və təchiz edilmiş avadanlığına görə yük daşınması üçün nəzərdə tutulmuş nəqliyyat vasitəsi hesab olunur. Yuxarıda qeyd olunan qaydalara əsasən Qabarit və çəki parametrlərini aşan bölünən yüklə yüklənmiş ölkədaxili və beynəlxalq yükdaşımalarını həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkəti qadağandır. Betonvuran pompa avtomobilləri isə yük avtonəqliyyat vasitəsi hesab olunmur, yükü özündə olan texnikadır, normal pabaritli, müşaiyyətə ehtiyacı olmayan avtomobildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009- cu il 7 iyul tarixli, 104 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydalarında isə xüsusi təyinatlı nəqliyyat vasitələri fərqləndirilmir. Yalnız yük avtomobilləri, avtobus, qoşqu, birləşdirilmiş nəqliyyat vasitələri, avtoqatar növündə nəqliyyat vasitələri fərqləndirilir. Həmçinin qeyd edək ki, istifadəsində olan nəqliyyat vasitəsi müvafiq dövlət orqanı tərəfindən gömrük rəsmiləşdirilməsi həyata keçirilməklə, bütün rüsum və vergilər ödənilməklə idxal olunmuşdur. Həmçinin DİN-də qeydiyyata götürülmüş və dövlət qeydiyyat nişanı verilmişdir. Əgər nəqliyyat vasitələrinin ölkə ərazisində sərbəst hərəkətinə icazə verilmirdisə nə üçün ölkəyə idxalına icazə verilir. Beton vuran maşınlar gün ərzində müxtəlif istiqamətlərdə 5-6 müştəriyə xidmət göstərir. Gün ərzində fərqli rayonlara səfər edir. Belə olan halda hər səfər üçün icazənin alınması və müşaiyət avtomobili cəlb ediməsi fiziki cəhətdən mümkün deyildir. Beləliklə qeyd olunan qaydalarda nəzərdə tutulan məhdudiyyətlər yük daşıyan nəqliyyat vasitələrinə aiddir. Hər hansı yük daşımayan xüsusi təyinatlı nəqliyyat vasitələrinə şamil olunmur. Göründüyü kimi barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar tamamilə qanunsuz və əsassızdır və ləğv edilməlidir. Yazılmış 600 manat əsassız cərimənin üzərinə qanunsuz olaraq da dəbbə pulu hesablanır və cərimə getdikcə artır, 900 manatadək qalxır. Qanuni qüvvəyə minməmiş qərara görə dəbbə pulu hesablana bilməz. Bundan başqa inzibati xəta xx.xx.2025-ci il tarixdə qeydə alınsa da elektron qaydada qərar 17 gün sonra, yəni xx.xx.2025-ci il taixdə çıxarılmışdır. Məhkəmə iclasında iştirak edən X1 - vəkili X11 bildirdi ki, cərimə yazılan nəqliyyat vasitəsi qanuna görə yük avtomobili sayılmır, çünki hər hansı yük daşımır. Həmin nəqliyyat vasitəsi xüsusi təyinatlı nəqliyyat vasitəsi olduğuna görə heç bir yük aparmır, beton vuran nəqliyyat vasitəsidir, yəni həmin tərəzinin üzərindən keçərkən üzərində hər hansı yük olmamışdır. Nəqliyyat vasitəsinin texniki pasportunda xüsusi təyinatlı nəqliyyat vasitəsi yazılmışdır, eyni qurum tərəfindən verilmişdir, cərimə yazılan vaxt həmin gün nəqliyyat vasitəsinə texniki pasport verilmişdir, texniki pasportun tarixi xx.xx.2025-ci ildir və həmin tarixdə cərimə yazılmışdır. Texniki pasportda avtomobil nəqliyyatının avtomobil yollarında idarə olunarkən icazə verilən yük 31000 tondur. Məhkəmədən şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Yerüstü Nəqliyyat X6 İdarəsinin nümayəndəsi X9 bildirdi ki, cərimə Daxili İşlər Nazirliyi tərəfindən yazılmış, cərimələrə onlar nəzarət etmirlər. Şikayətin təmin olunmasına etiraz etmədi. İnzibati xəta haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X17 İdarəsinə şikayətə baxılması vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin, həmin orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməmə səbəbə barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qərardan şikayətə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X17 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, 17 İyul 2025-ci il tarixli, EQ 29322458 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərara əsasən, X8 30 iyun 2025-ci il tarixdə, saat 20:45:50-də Gobustan rayonu, Cəngi kəndi Yevlax istiqaməti üzrə M-4 55.3 km, Gobustan rayonu, Cəngi kəndində “Sany” markalı BYG5310THB 430C-10 xüsusi təyinat model **-JV-*** qeydiyyat nişanlı yük avtomobilini iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə etdiyinə görə İXM-in 353.2-ci maddəsi ilə təqsirli bilinib 600 manat inzibati cərimə edilmişdir. Həmin qərara əlavə edilmiş fotoşəkildən görünür ki, X8 30 iyun 2025-ci il tarixdə, saat 20:45:50-də Gobustan rayonu, Cəngi kəndi Yevlax istiqaməti üzrə M-4 55.3 km, Gobustan rayonu, Cəngi kəndində idarə etdiyi həmin yük avtomobilini çəki limiti 26000 kq olduğu halda, 31040 kq yüklə idarə etmişdir. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-JV-*** dövlət qeydiyyat nişanlı “Sany” markalı BYG5310THB 430C-10 xüsusi təyinat model avtomobili üçoxludan, yüksüz kütlə 30850 kq, maksimal kütlə isə 31000 kq ibarətdir. Bundan başqa, iş materiallarından göründüyü kimi, inzibati xətanın törədildiyi yer Gobustan rayonu, Cəngi kəndi ərazisi olsa da, X3 rayonu Ağasıbəyli kəndində qeydiyyatda olmaqla, şikayətinə yaşadığı yer üzrə Samux Rayon Məhkəməsində baxılması üçün vəsatət vermişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair” 04 noyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Azərbaycan Respublikası İXM-in 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi inzibati xətaya səbəb olan əməldir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin 52ci bəndinə əsasən iriqabaritli nəqliyyat vasitəsi - ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları üçün müəyyən edilmiş qabarit parametr hədlərini aşan yüklü və ya yüksüz nəqliyyat vasitəsidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin İ hissəsinin 1 və 2-ci bəndlərinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli, 104 nömrəli qərarının ümumi müddəalarının 3-cü bəndinə əlavə edilmiş 2 nömrəli cədvələ əsasən ikioxlu dartıcı üçoxlu yarımqoşqu ilə olan nəqliyyat vasitəsinin ümumi kütləsi (çəkisi) 40 ton həddi aşmamalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası İXM-in 353.2-ci maddəsinin dispozisiyasından göründüyü kimi iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi Azərbaycan Respublikasının inzibati xətalar haqqında qanunvericiliyində (İXM-nin 353.2-ci maddəsində) nəzərdə tutulan məsuliyyətə səbəb olur. Lakin, təqdim edilən və məhkəmədə tədqiq olunan sübutlarda X8 tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətanın törədilməsi öz təsdiqini tapmır. Çünki, iş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrinin surətlərindən, habelə fotoşəkildən görünür ki, **-JV-*** dövlət qeydiyyat nişanlı yük avtomobili üçoxludan ibarətdir. Qanunvericiliyin tələbinə görə ilk öncə inzibati xəta hadisənin mövcudluğu müəyyən edilməlidir. Hazırkı halda isə inzibati xəta hadisəsinin baş verməsi müəyyən edilmir. Göründüyü kimi, inzibati xəta hadisəsi baş vermədiyi halda səthi araşdırma aparılaraq, Emil Əliyev qanunsuz olaraq inzibati məsuliyyətə cəlb edilmişdir. Yəni, iş üçün əhəmiyyətli sübutlar toplanmadan, tam və hərtərəfli araşdırma aparılmadan Emil Əliyev barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi İXM-nin tələblərinə ziddir. Lakin, Emil Əliyevin idarə etdiyi sözügedən avtomobilin çəkisinin inzibati xətanın qeydə alındığı vaxtda 20360 kiloqram olmasına, yəni, yol qurğuları üçün müəyyən edilmiş qabarit parametr hədlərini aşmamasına baxmayaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X17 İdarəsinin əməkdaşı tərəfindən çəki limiti 31040 kiloqram hesablanaraq, onun barəsində 17 İyul 2025-ci il tarixli, EQ 29322458 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar tərtib edilmiş və həmin qərarda şikayətçi qanunsuz olaraq İXM-in 353.2-ci maddəsi ilə təqsirli bilinərək 600 manat inzibati cərimə edilmişdir. Beləliklə, X4 yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətanı törətməsini təsdiq edən sübut təqdim edilmədiyindən məhkəmə belə hesab edir ki, sözügedən qərar əsasında Emil Əliyev Azərbaycan Respublikası İXM-in 353.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 84-cü maddəsinin İ və İİ hissələrinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd olunan Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Sözügedən Məcəllənin 12-ci maddəsinin İ hissəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardandır. Beləliklə, məhkəmə şikayəti, inzibati tənbeh vermə haqqında qərarı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X17 İdarəsinin 17 İyul 2025-ci il tarixli, EQ 29322458 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3, 135.1.5-1 və 128-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X17 İdarəsinin 17 İyul 2025-ci il tarixli, EQ 29322458 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində nəzərdə tutulmuş hazırkı qərardan şikayət vermə hüququ olan şəxslər tərəfindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №3(058)-472/2025
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-472/2025
06.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver