Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-48/2023 14.02.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, Samux Rayon prokurorunun köməkçisi X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1961-ci ildə Samux rayonunda doğulmuş, subay, orta təhsilli, işləməyən, Samux rayonu Çobanabdallı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Samux Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə müəyyən etdi: Samux rayon prokuroru, baş ədliyyə müşaviri X8 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 10 fevral 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Qərarda qeyd edilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Samux rayonu, Çobanabdallı kəndində yaşadıqları evdə qəyyumluğa götürdüyü xx.xx.2012-ci il tarixdə anadan olmuş nəvəsi X7 ilə aralarında baş vermiş şəxsi münasibətlər zəminində mübahisə zamanı X3 ayaq və kürək nahiyələrinə odun peçinin külünü çıxarmaq üçün nəzərəd tutulmuş dəmir parçası ilə qəsdən vuraraq onu döymüşdür. Bununla da Şəxs İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Samux Rayon prokurorunun köməkçisi X1 Midvari Dilən qızının barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, nəvəsi X7 onun sözünü eşitmədiyi və pişiklə oynadığı üçün onu dəmir parçası ilə deyil, əli ilə döymüşdür. Nəvəsini özü saxlayıb böyütdüyünü, ona zərər vermək istəməyəcəyini, hazırda əməlindən çox peşman olduğunu bildirərək barəsində yüngül tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş Samux Rayon Polis Şöbəsinin 29 yanvar 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarının surətindən məlum olur ki, Şəxs əməlində cinayət tərkibi olmadığından, həmin fakt üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Samux rayon Prokurorluğuna göndərilmişdir. Həmin qərarda göstərilir ki, araşdırma zamanı X3 bədəni üzərində xəsarətin olub-olmamasını, həmin xəsarətin dərəcəsini təyin etmək məqsədilə MTE-dən keçmək üçün qərar təqdim edilmiş, lakin Sevgi Məmmədovanın anası X2 RPŞ-nə ərizə ilə müraciət edərək Sevgi Məmmədovanın bədəni üzərində xəsarət olmadığı üçün MTE-dən keçirmək istəmədiyini bildirmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etiraf edici ifadəsi və iş materiallarındakı sübutlarla tam təsdiq edilir. Məhkəmə hesab edir ki, Şəxs hərəkəti düzgün olaraq Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. Azərbaycan Repubilkası İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Bu maddə ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaranması üçün döymə və sair zorakı hərəkətlərin edilməsi nəticəsində şəxsə fiziki ağrı yetirilməsi kifayət edir. Mirvari Məmmədova məhkəmə iclasında verdiyi izahatında nəvəsi Sevgi Məmmədovanı əli ilə vurduğunu, Samux RPŞ-də verdiyi izahatında isə zərərçəkmiş şəxsi odun peçini qarışdırdığı kiçik dəmir parçası ilə ayaq nahiyəsinə vuraraq döydüyünü bildirmişdir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Buna görə də Şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını, inzibati xətanın xarakterini, törədilməsi hallarını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, Şəxs qanunlara hörmət ruhunda tərbiyələndirilməsi və onun tərəfindən yeni inzibati xətaların törədilməsinin qarşısının alınması məqsədləri üçün inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi kifayət edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 43, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Samux Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(058)-48/2023
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-48/2023
14.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver