Məhkəmə qərarları › İş №3(058)-48/2024

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-48/2024

19.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-48/2024 19.02.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1968-cı ildə Kəlbəcər rayonunda doğulmuş, Samux rayonu, Çobanabdallı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Samux Rayon Polis Şöbəsi YPX-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux Rayon Polis X3 Xidmətindən Şəxs Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol tərtib edilərək baxılması üçün Samux Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Şəxs VAZ 21074 MİNİK markalı, 10VN445 dövlət qeydiyyat nişanlı avtomobili Samux rayonu, H.Əliyev prospektində, alkoqoldan istifadə nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Onun törətdiyi əməldə Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinin tərkibi olduğundan onun barəsində protokol tərtib olunmuşdur. Protokolu tərtib etmiş şəxs Samux Rayon Polis X3 Xidmətinin polis serjantı X1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərinin üzrlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, spirtli içkini barəsində inzibati protokol tərtib edildiyi gündən bir gün öncə, yəni xx.xx.2023-cü il tarixdə qəbul etmişdir. xx.xx.2023-cü il tarixdə polis əməkdaşı tərəfindən xüsusi texniki vasitə ilə onun alkoqollu olub-olmaması yoxlanılmış və spirtli içki qəbul etməsi müəyyən olunmuşdur. Sonra isə avtomobili duracağa yerləşdirilmişdir. Barəsində tərtib edilmiş protoklla razı deyil, ona görə də barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş video görüntüdən görünür ki, Şəxs alkoqollu olub-olmamasının müəyyən edilməsi üçün o, xüsusi texniki vasitə ilə müayinədən keçirilir və onda alkoqolun konsentrasiyasının 0,418 promilli olduğu müəyyən edilir, ondan tibbi müayinədən keçirilməsinə zərurət olub-olmadığı soruşulduqda o, tibbi müayinədən keçməsinə zərurət olmadığını bildirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, Şəxs xx.xx.2023-cü il tarixdə VAZ 21074 MİNİK markalı, 10VN445 dövlət qeydiyyat nişanlı avtomobili spirtli içkidən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Bu hal iş materiallarında olan inzibati xəta haqqında protokol, məhkəməyə təqdim olunmuş və məhkəmə tərəfindən tədqiq edilmiş video görünütü ilə öz təsdiqini tapmışdır. Məhkəmə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir, buna görə də onun əməli DYPŞ-nin YPX-nin polis serjantı X1 tərəfindən İXM-nin 333.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə, Şəxs İXM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinib həmin maddənin sanksiyası çərçivəsində inzibati tənbeh edilməlidir. İnizibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azad etmək üçün əsaslar məhkəmə baxışında müəyyən edilməmişdir. Məhkəmə baxışında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati xətanın xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 34, 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 400 manat inzibati cərimə edilsin. Qərarın icrası Samux rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar