Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-487/2025 08.09.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X8 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, Samux rayon Polis Şöbəsinin İTB-in sahə rəisi polis leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1997-ci il tarixdə Göygöl rayonu, Mollacəlilli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Kəlbəcər rayonu, Nadirxanlı kəndində qeydiyyatda olan, Göygöl rayonu, Mollacəlilli kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Samux rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 06 sentyabr 2025-ci il tarixdə səhər saatlarında idarə etdiyi “VAZ”-2106 markalı avtomaşında qadağan olunan örtüyü istifadə etdiyi üçün saxlanılmış və polisin qanuni tələbinə tabe olmamışdır. Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Samux Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Samux rayon Polis şöbəsinin İTB-in sahə rəisi polis leytenantı X5 inzibati protokoldakı xüsusatları təsdiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunvericiliklə müəyyən olunmuş qaydada inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, xx.xx.2005-ci il tarixdə Samux rayonu, Füzuli kəndində dayısının yas mərəsiminə gedərkən, Samux rayonu, Heydər Əliyev parkının qarşısında YPX-nin əməkdaşları, onu saxlatmışlar və ona yaxınlaşaraq sənədlərinin qaydasında olub olmamasını yoxlayan zaman məlum olmuşdur ki, “VAZ”-2106 markalı avtomaşını idarə etmək hüququ yoxdur. Ona avtomaşını duracağa yerləşdirilməsi ilə bağlı göstəriş verilmişlər. O, isə bildirmişdir ki, anası maşındadır, anasını başqa bir maşınla yola salsın sonra Polis şöbəsinə gedəcək. Bu danışıqları onun anası eşitmiş və anası orada səs-küy salmışdır ki, onların təqsiri yoxdur və buraxılmalarını tələb etmişdir. Bundan sonra yaranmış narazılığa görə YPX-nin əməkdaşları hadisə yerinə post patrul xidmətinin əməkdaşlarını dəvət etmişlər. Həmin vaxt o, bildirmişdir ki, polis əməkdaşları ona hörmət etsin, avtomaşın ona məxsus deyil, qardaşına məxsusdur, qardaşı qazidir. Ancaq Polis əməkdaşları ona hörmət etməmişlər. Bu səbəbdən polis əməkdaşları ilə aralarında mübahisə yaranmışdır. Polis əməkdaşları onu şöbəyə aparıb növbətci hissəyə təhvil vermişlər. Əməlindən peşmandır. Məhkəmədən barəsində yüngül inzibati tənbeh növü tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Samux rayon DYPB-nin YPX-nin polis serjantı X7 bildirdi ki, xx.xx.2025-ci il tarixdə Samux şəhəri Heydər Əliyev adına olan parkın yaxınlığında yolun hərəkət hissəsində xidmətə olan zaman adı sonradan ona məlum olan Şəxs idarə etdiyi avtomaşını təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə onun tərəfindən saxlanılmışdır. Sürücünün sənədlərinə baxış keçirilərkən məlum olmuşdur ki, sürücünün avtomaşını idarə etmək hüququ yoxdur həmçinin avtomaşının yan şüşələrinə əlavə avdanlıqlar quraşdırdığı aşkar olunmuşdur. Bu səbəbdən onlar sürücüyə bildirmişdir ki, avtomaşın cərimə meydançasını yerləşdirilməlidir. Sürücü buna etiraz etdi, sonradan sürücünün anası maşından düşüb onu təhqir etmiş, sonra hadisə yerinə post patrul xidmətinin əməkdaşlarını dəvət etmişdir. Onlar Şəxs polis şöbəsinə dəvət edən zaman onlara müqavimət göstərməklə onların qanuni tələbinə tabe olmamışdır. Şəxs Samux rayon Polis şöbəsinə aparıb növbətci hissəyə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Samux rayon Polis şöbəsinin polis serjantı X6 bildirdi ki, növbətci hissədən yol patrul xidməti əməkdaşlarına köməyə etmək barəsində göstəriş verilmişdir. Onlar hadisə yerinə getmişlər. Hadisə yerinə çatanda Şəxs və anasının səs küy saldığını və polis əməkdaşlarına qarşı tabesizilik göstərdiyini görmüşdür. Onlar Şəxs polis şöbəsinə dəvət edən zaman onlara müqavimət göstərməklə onların qanuni tələbinə tabe olmamışdır. Həmin şəxsi Samux rayon Polis şöbəsinə aparıb növbətci hissəyə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Samux rayon Polis şöbəsinin polis serjantı X1 eyni məzmunlu izahat verərək, X3 izahatında göstərmiş olduğu xüsusatları təsdiq etdi. Şəxs ictimai yerdə polis əməkdaşının haqlı iradına baxmayaraq, əsassız mübahisə yaratması və bu zaman ictimai qaydanın mühafizəsi üzrə öz vəzifələrini icra edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmaması və beləliklə İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barəsində tərtib edilmiş protokol, özünün etiraf edici ifadəsi ilə tam şəkildə sübuta yetirilir. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddsi ilə nəzərdə tutulmuş inzibati xətanın baxılması eyni orqanın (məhkəmənin) səlahiyyətlərinə aiddir. Buna görə də Şəxs İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməklə ona İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. Eyni zamanda Şəxs 06 sentyabr 2025-ci il tarixdə saat 11:00-da inzibati qaydada tutulmuş, daha sonra azad olunmamışdır. Hazırda, İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair iş üzrə həbslə bağlı olmayan inzibati tənbeh tədbiri tətbiq edildiyindən Şəxs barəsində tutma da ləğv edilməli və o, qərar elan edildikdən dərhal sonra məhkəmə iclas zalında tutmadan azad edilməklə, onun barəsində tətbiq ediləcək inzibati cərimə cəzası bu inzibati xətaların törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox olmamalıdır. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta törətmiş şəxs Şəxs əməlində ağırlaşdıran və yüngülləşdirən halllar müəyyən edilməmişdir. İnzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar məhkəmə baxışında aşkar edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, habelə ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini nəzərə alaraq, hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 150 (yüz əlli) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Şəxs barəsində tutma ləğv edilsin və o, qərar elan edildikdən dərhal sonra məhkəmə iclas zalında tutmadan azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №3(058)-487/2025
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-487/2025
08.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver