Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-49/2023 28.02.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Samux Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux rayon Çobanabdallı kənd sakini Şəxs müvafiq sənədi olmayan bir ədəd “TOZ” markalı 10810 nömrəli nömrəli ov tüfəngi aşkar edilmiş, nəticədə onun tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Samux Rayon Polis şöbəsinin nümayəndəsi və Şəxs məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış, buna baxmayaraq onlar heç bir üzürlü səbəb olmadan məhkəməyə gəlməmişlər və yaxud işə baxılmasının təxirə salınması barədə məhkəməyə vəsatət verməmişdirlər. İş materriallarına əlavə edilmiş MN ******* saylı, 27 yanvar 2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Məmmədov X3 Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində müvafiq protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 10:10 radələrində 6 saylı postda, Samux rayonu Kür çayına gedən yolun üzərində polis serjantı Babakişiyev Xudu və polis kiçik serjantı Musayev Əhməd xidmətdə olan zaman adı sonradan onlara məlum olan X1 əlində ov tüfəngi ilə gəzdiyini görmüşlər. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər və əlində olan silahın və ov etmək üçün müvafiq sənədlərinin olub-olmamasını soruşmuşlar. Şəhriyar Məmmədov onlara ov silahı ilə və ov etmə icazəsi ilə bağlı heç bir sənədinin olmadığını bildirmişdir. Onlar həmin şəxsi barəsində müvafiq tədbir görülməsi üçün Samux RPŞ-nə dəvət etmiş və növbətçi hissəyə təhvil vermişlər. İş materiallarına əlavə edilmiş 27 yanvar 2023-cü il tarixdə Şəxs tərəfindən verilmiş izahatdan görünür ki, o, X1 ona məxsus Samux rayonu Sərkar kəndində yerləşən fermada çoban işlədyini qeyd edərək, Şəhriyarın əlindəki ov silahının ona məxsus olduğunu və həmin silahın ona babasından qaldığını, 7 ildir ki, onun istifadəsində olduğunu etiraf etmiş, əməlindən peşman olduğunu bildirmişdir. İş materiallarına əlavə edilmiş 27 yanvar 2023-cü il tarixdə X2 tərəfindən verilmiş izahatdan görünür ki, o, Raminin heyvanlarına baxdığını, Raminə məxsus olan markasını bilmədiyi 16 çaplı ov tüfəngini və 2 ədəd quş ovlamaq üçün nəzərdə tutulmuş mərmini götürərək Sərkar kəndində ov etməyə çıxdığını bildirmişdir. Protokoldan və izahatdan göründüyü kimi Şəxs öz əməlini etiraf etmişdir. Beləliklə, Şəxs İXM-in 590.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi işdə olan sübutlarla tam sübuta yetirilir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxs iş materiallarında olan izahatında əməlindən səmimi peşman olmasını bildirməsi məsuliyyətini yüngülləşdirən haldır. İnzibati xəta törətmiş şəxs Şəxs əməlində məsulliyyəti ağırlaşdıran hallar aşkar edilmədi. İXM-in 590.2-ci maddəsinə əsasən maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə, silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona məxsus silah müsadirə edilməklə 80 manat məbləğində inzibati qaydada cərimə edilməsini məqsədəuyğun hesab edir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 80 (səksən) manat cərimə edilsin. Samux rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan bir ədəd “Toz” markalı 1 lüləli, 16 çaplı, 10810 nömrəli ov tüfəngi müsadirə edilsin. Qərarın icrası Samux rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(058)-49/2023
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-49/2023
28.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver