Məhkəmə qərarları › İş №3(058)-49/2024

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-49/2024

03.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-49/2024 03.06.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, Samux Rayon Polis Şöbəsinin DYPX-nin polis serjantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Fərhad oğlunun iştirakları ilə, xx.xx.1993-cü ildə ünvan 1 ünvanında yaşayan Şəxs Fərhad oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Samux Rayon Polis Şöbəsi YPX-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux Rayon Polis X5 Xidmətindən Şəxs Fərhad oğlunun Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol tərtib edilərək baxılması üçün Samux Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs Fərhad oğlunun barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 09:35-də Şəxs Fərhad oğlu HYUNDAİ ELANTRA minik markalı **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobili Samux rayonu İmamzadə yolunda alkoqoldan istifadə nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Onun törətdiyi əməldə Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinin tərkibi olduğundan barəsində protokol tərtib olunmuşdur. Samux Rayon Məhkəməsinin 3(058)49/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iş üzrə ekspertiza təyin edilmiş və icraat dayandırılmışdır. Məhkəmə iclasında iştirak edən inzibati orqanın nümayəndəsi Samux Rayon Polis Şöbəsinin DYPX-nin polis serjantı X2 bildirdi ki, Şəxs Fərhad oğlu xx.xx.2023-cü il tarixdə Samux rayonu İmamzadə yolu ərazisində avtomobillə hərəkətdə olan zaman onun idarə etdiyi HYUNDAİ ELANTRA minik markalı **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılmış, bu zaman sürücüdən alkoqolun qoxusu gəldiyi üçün xüsusi texniki vasitə ilə alkoqollu olub-olmaması yoxlanılmış və onun spirtli içki qəbul etməsi müəyyən olunmuşdur. Sürücüyə həkim müayinəsindən keçirilməsi təklif olunsa da, Şəxs bundan imtina etmişdir. Ona görə də Şəxs Fərhad oğlu barəsində İXM-in 333.1-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Fərhad oğlu bildirdi ki, xx.xx.2023-cü il tarixdə o, HYUNDAİ ELANTRA minik markalı **- FS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Samux rayonu İmamzadə yolu ərazisində hərəkətdə olarkən polis əməkdaşları onu saxlamışlar. Polis əməkdaşları tərəfindən xüsusi texniki vasitə ilə onun alkoqollu olub-olmaması yoxlanılmış və onun spirtli içki qəbul etməsi müəyyən olunmuşdur. Halbuki o, spirtli içkini bir gün əvvəl içmişdir. Həmin gün onda spirtli içkinin təsirinin müəyyən edilməsi mümkünsüzdür. Polis əməkdaşları onu alkotester vasitəsilə müayinədən keçirdikdən sonra ondan tibbi müayinədən keçirilməsini tələb edibetmədiklərini soruşduqları zaman o, tibbi müayinədən keçməkdən imtina etsə də, 15 dəqiqə sonra tibb müəssisəsinə gedərək müayinədən keçmiş və müayinə nəticəsində onun alkoqollu olmadığı müəyyən olunmuşdur. Barəsində tərtib edilmiş protoklla razı deyil, ona görə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xüsusi texniki vasitə ilə aparılmış müayinənin nəticəsini əks etdirən qəbzdən görünür ki, Şəxs Fərhad oğlunda qanda alkoqolun konsentrasiyasının 0,418 promilli olduğu müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş video görüntüdən görünür ki, Şəxs Fərhad oğlunun alkoqollu olub-olmamasının müəyyən edilməsi üçün o, xüsusi texniki vasitə ilə müayinədən keçirilir və onda alkoqolun konsentrasiyasının 0,418 promilli olduğu müəyyən edilir. Şəxs onun tibbi müayinədən keçirilməsinə zərurət olubolmaması soruşulduqda o, buna ehtiyac olmadığını, tibbi müayinədən keçəcəyi təqdirdə nəticənin eyni olacağından ehtiyat etdiyini ifadə edir. İş materiallarına əlavə edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs Fərhad oğlu xx.xx.2023-cü il tarixdə tibbi müayinədən keçirilmiş və onda alkoqolun konsentrasiyasının 0.000 promil olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhəyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanseri tərəfindən Samux Rayon Məhkəməsinin 19 fevral 2024-cü il tarixli, 3(058)-49/2024 saylı qərardadına əsasən verilmiş cavab məktubunda bildirilmişdir ki, alkoqol qəbulundan müəyyən vaxt keçdikdən sonra, alkoqol ifrazat orqanları (sidik, tər) vasitəsi ilə xaric olur. Hər bir saatdan sonra nəfəs verilən havada alkoqolun miqdarı 0,1 promil azalır. Ona görə də müayinələr arasındakı vaxt fərqi nəzərə alınaraq axırıncı müayinədə şəxsdə alkoqolun konsentrasiyası müəyyən edilməyə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, Şəxs Fərhad oğlu xx.xx.2023-cü il tarixdə HYUNDAİ ELANTRA minik markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobili alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Bu hal iş materiallarında olan inzibati xəta haqqında protokol, məhkəməyə təqdim olunmuş və məhkəmə tərəfindən tədqiq edilmiş video görünütü ilə öz təsdiqini tapmışdır. Məhkəmə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Fərhad oğlunun Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, DYPŞ-nin YPX-nin polis serjantı X3 tərəfindən İXM-nin 333.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, Şəxs Fərhad oğlu İXM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinib həmin maddənin sanksiyası çərçivəsində inzibati tənbeh edilməlidir. İnizibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azad etmək üçün əsaslar məhkəmə baxışında müəyyən edilməmişdir. Məhkəmə baxışında Şəxs Fərhad oğlunun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə inzibati xətanın xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs Fərhad oğlu törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 34, 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Fərhad oğlu (FİN xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 400 manat inzibati cərimə edilsin. Qərarın icrası Gəncə şəhəri üzrə İcra İdarəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar