Məhkəmə qərarları › İş №3(058)-490/2025

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-490/2025

24.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-490/2025 24.09.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, X1, Samux rayon Polis şöbəsinin Yol Patrul Xidmətinin inpektoru polis serjantı X3 iştirakı ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Samux rayon Polis şöbəsinin Yol Patrul Xidmətinin 08 sentyabr 2025-ci il tarixli, TP ******* inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Samux rayon Polis şöbəsinin Yol Patrul Xidmətinin 08 sentyabr 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə saat 09:22 radələrində Samux rayonu Heydər Əliyev prospekti 66 ərazisində hərəkətdə olarkən “Mersedec Benz” C200 minik markalı **-ED-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən üfiqi nişanlama xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarının pozulmasına görə 327.2-ci maddəsinə əsasən Samux rayonu Polis şöbəsinin polis mayoru Azər Mehdiyev tərəfindən qərar yazılmışdır. Samux rayonu Heydər Əliyev prospektində hərəkətdə olarkən adını bilmədiyi polis əməkdaşı avtomobilinə yaxınlaşıb dayanmağını tələb etmişdir. Avtomobildən düşüb polis əməkdaşına yaxınlaşıb onu saxlamağının səbəbini soruşmuşdur. Polis əməkdaşı ona bildirmişdir ki, düz xətti dönmə edərkən ayaqlamışdır. O, polis əməkdaşına etirazını bildirmiş və 102 qaynar xəttinə zəng etmişdir. Bildirmişlər ki, araşdırıb nəticəsi haqda məlumat verəcəklər. Polis əməkdaşınan görüntü tələb etsədə heç bir nəticəsi olmamışdır. Telefonuna mesaj gələndə görmüşdür ki, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 100 manat cərimə edilib. Samux rayon Polis əməkdaşın ona yazdığı cərimə əssasızdır. Ona görədə məhkəməyə müraciyət etməli olmuşdur. Dövlət yol polis əməkdaşı öz vəzifə səlahiyyətlərini istifadə edərək ona xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsini nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli biliblər. xx.xx.2025-ci il tarixdə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə ələqadar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərar vermişlər. Həmin qərara əsasən ona 1000 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü cəzası verilmişdir. Həmin qərar Samux rayonu Polis mayoru Mehdiyev Azər qəbul etmişdir. Samux rayonu Heydər Əliyev prospekti 66 dairəsində heç bir qadağanedici nişan olmadığı halda onu təqsirli bilməkləri qanunvericiliyin tələblərinə ziddir. Bununla ələqədar Azər Mehdiyev tərəfindən tərtib edilmiş inzibati tənbeh haqqında qərarla təqsirli bilinməyi əsassızdır. Hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 53.0 maddəsinin 53.0.1-ci bəndinə əsasən inzibati xəta olmadıqda və 53.0.2-ci bəndinə əsasən isə inzibati xəta tərkibi olmadıqda, X4 işlər üzrə icraata başlana bilməz, başlanması icraata isə xitam verilir. Həmçinin qeyd etmək istəmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.5-ci maddəsinə əsasən X4 işlər üzrə qərardan verilən şikayətdən dövlət rüsumu tutulmur. Məhkəmə iclasında iştirak edən şikayətçi X5 bildirdi ki, o, öz avtomobili ilə Samux rayonu, Heydər Əliyev prospekti 66 hərəkətdə olarkən ötmə əməliyyatı qadağan olunmuş ərazi olsa da qırıq-qırıq xətt üzərindən ötmə əməliyyatını həyata keçirmişdir. Sonra yol polis inspektoru onu saxlayaraq, ona qanun pozuntusuna yol veridiyini bildirmişdir, Onun barəsində tərtib edilmiş protokol əsassız və qərəzlidir ona görə də 08 sentyabr 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara xitam verilməsi dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Samux rayon Polis şöbəsinin Yol Patrul Xidmətinin inpektoru polis serjantı X6 bildirdi ki, yol hərərkəti qaydasının tələbini pozduğu üçün X2 idarə etdiyi avtomobuli saxlayaraq, İXM-nin 327.2-ci maddəsinə əsasən inzibati protokol tərtib etmiş və etdiyi qayda pozuntusunu izah etmişlər. Əfqan Məmmədov onlarla razılaşmamış, bildirmişdir ki, qırıq-qırıq xətt olduqu üçün ötmə əməliyyatı etmişdir. Yol hərəkəti haqqında qanunda bildirilir ki, əgər yolda qırıq-qırıq xətt olsa belə, ötmə əməliyyatını qadağan edən nişan olduqu üçün qırıq-qırıq xətt qüvvədən düşür. Bu barədə video çəkiliş vardır. Məhkəmədən şikayətin təmin edilməməsini xahiş etdi. Belə ki, iş materiallarında olan Samux rayon Polis şöbəsinin Yol Patrul Xidmətinin inpektoru polis serjantı X6 tərəfindən tərtib edilmiş 08 sentyabr 2025-ci il tarixli İXP ******* nömrəli “İnzibati xəta haqqında” protokoldan görünür ki, X5 tərəfindən 08 sentyabr 2025-ci il tarixdə, saat 09:22-də Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. İş materiallarında olan Samux rayon Polis şöbəsinin Yol Patrul Xidmətinin polis mayoru X7 tərəfindən qəbul edilmiş 08 sentyabr 2025-ci il tarixli, TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərardan görünür ki, X2 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. İş materiallarında olan video görüntüdən görünür ki, X5 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, X2 şikayətində inzibati tənbeh vermə haqqında elektron qərarla əlaqədar bildirdikləri və şikayətdə göstərdikləri onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsində inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar kimi inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri və digər hallar müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsinin olması, inzibati xətanı törətmiş şəxs və həmin xətanı törətməkdə X2 təqsiri təsdiq olunur. Beləliklə də, X2 barəsində tərtib edilmiş 08 sentyabr 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanunsuz olması və ya ləğv edilməsi üçün əsaslar müəyyən olunmamış, eyni zamanda şikayətçi tərəfindən belə halların mövcud olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Samux rayon Polis şöbəsinin Yol Patrul Xidmətinin 08 sentyabr 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 75, 76, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Samux rayon Polis şöbəsinin Yol Patrul Xidmətinin 08 sentyabr 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Samux rayon Polis şöbəsinin Yol Patrul Xidmətinin 08 sentyabr 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar