Məhkəmə qərarları › İş №3(058)-496/2025

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-496/2025

23.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-496/2025 23.10.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X5 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsinin nümayədəsi X2 iştirakı ilə, Hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq Samux Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokolda göstərilmişdir ki, Gəncə Gömrük İdarəsi, X1 və Təhqiqat şöbəsinə daxil olmuş xx.xx.2025-ci il tarixli 3-33-1600/012/003071 nömrəli raportun araşdırılması nəticəsində müəyyən edilmişdir ki, Samux rayonu, Sərkar kənd, ev Dəri Emalı zavodunda yerləşən Şəxs MMC-ti tərəfindən xx.xx.2025-ci il tarixli, 27012025-Akyol nömrəli müqaviləyə əsasən xx.xx.2025-ci il tarixli **********4640 nömrəli gömrük bəyannaməsi üzrə çəkisi 24500.00 kq, dəyəri 6125.00 ABŞ dolları olan “üzərində mexaniki çapıqları olan müxtəlif qalınlıqlarda, yaş halda, emal edilməmiş dərinin alt qatının kəsik və tullantıları” yükü Gəncə Gömrük İdarəsində rəsmiləşdirilərək Türkiyə Respublikasına ixrac edilmişdir. Şəxs MMC-ti tərəfindən xx.xx.2025-ci il tarixli **********4640 nömrəli gömrük bəyannaməsi ilə ixrac edilən yükün dəyərinin 15.62 (on beş dollar altmış iki sent) ABŞ dolları olan valyuta vəsaiti malların bəyan edildiyi qündən 180 gün ərzində ixracatçının müvəkkil bank hesabına köçürülməmişdir. Samux rayonu, Sərkar kənd, ev. Dəri Emalı zavodunda yerləşən Şəxs MMC-nin barəsində aparılan araşdırma ilə əlaqədar olaraq MMC-nin ünvanına xx.xx.2025-ci il tarixli 3-33-1600/2-001007/2025 nömrəli məktub göndərilərək, xx.xx.2025-ci il tarixdə Gəncə Gömrük İdarəsi X4 (Əməliyyat və Təhqiqat Şöbəsi) dəvət olunmuş, lakin hazırki günə kimi MMC-nin heç bir nümayəndəsi Gəncə Gömrük İdarəsinin X4 (Əməliyyat və Təhqiqat Şöbəsi) gəlməmiş və gəlməməsinin səbəbi ilə bağlı müraciət etməmişdir. Qeyd olunan faktla bağlı Gəncə Gömrük İdarəsi, Əməliyyat və Təhqiqat şöbəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli 00900-00291/25 nömrəli inzibati xəta haqqında iş üzrə inzibati araşdırma başlanmışdır. Araşdırma ilə əlaqədar ixrac olunmuş və ixrac olunan malın mdqabilində Azərbaycan Resoublikasına gətirilməmiş yuxarıda qeyd edilən bəyannamə üzrə yükün dəyərinin qalıq məbləği olan 15.62 (on beş dollar altmış iki sent) ABŞ dollarının Azərbaycan manatına nisbəti bəyannamənin 23-cü qrafasında bir ABŞ dollarının Azərbaycan manatına nisbətinin 1.7000 manat olduğu qeyd edilmiş və beləliklə, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində xaricdən qaytarılmayan müvəkkil bankın hesabına məcburi qaydada köçürülməli olan məbləğin 26.55 (iyirmi altı manat əlli beş qəpik) manat təşkil etdiyi müəyyən olunmuşdur. Beləliklə də, Samux rayonu, Sərkar kəndində Dəri Emalı zavodunda yerləşən Şəxs MMC-nin ixrac etdiyi yə ixrac olunan malın müqabilində müvəkkil edilmiş bankın hesabına məcburi qaydada köçürülməli olan 26.55 (iyirmi altı manat əlli beş qəpik) manat valyuta vəsaiti az miqdar təşkil etmiş yə nəticədə “Akyol İnternational’’ MMC-ti tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt xx.xx.2025-ci il tarixli 3-33-1600/012/003071 nömrəli raportla və işdə olan digər sənədlərlə təsdiq edilir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsinin nümayədəsi X3 məhkəmədən inzibati xəta haqqında protokolun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqına iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-ti nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsinin nümayədəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs MMC-ti tərəfindən İXM-in 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirildiyindən Şəxs MMC-ti həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməli və ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Samux rayonu, Sərkar kəndində qeydiyyatda olan Şəxs (VÖEN **********) MMC-ti tərəfindən xx.xx.2025-ci il tarixli, 27012025 müqaviləyə əsasən xx.xx.2025-ci il tarixli **********4640 nömrəli gömrük bəyannasi üzrə 24500 kq çəkidə, dəyəri 6125.00 ABŞ dolları olan “üzərində mexaniki çapıqları olan müxtəlif qalınlıqlarda, yaş halda, emal edilməmiş dərinin alt qatının kəsik və tullantıları” yüklər rəsmiləşdirilərək Türkiyə Respublikasında yerləşən “Elazığ Dericilik Ticaret ve Sanayi LTD” şirkətinin ünvanına ixrac edilmişdir. Akyol İnternational” MMC-ti tərəfindən ixrac edilən bəyannamə üzrə yüklərin ümumi dəyəri 6125.00 ABŞ dolları vəsait malların bəyan edildiyi gündən 180 gün ərzində ixracatçının hesabına köçürülməmişdir. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Məhkəmə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs MMC-nin (VÖEN **********) İXM-nin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış sənədlərlə tam sübuta yetir. Şəxs MMC-nin (VÖEN **********) əməlində inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə işin hallarını, inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, olan Şəxs MMC-yə (VÖEN **********) tətbiq ediləcək inzibati cərimə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın Azərbaycan manatına olan dəyərinin otuz faizi məbləğində müəyyən edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-in 18.5, 31, 40, 48-51, 114, 115 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə , qəraraaldı: Samux rayonu, Sərkar kəndində yerləşən hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olmuş 15,62 (on beş dollar altmış iki sent) ABŞ dolları məbləğində xarici valyutanın 30 (otuz) faizi miqdarında (Azərbaycan manatı məzənnəsi ilə 7,97 (yeddi manat doxsan yeddi qəpik) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar