Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-50/2024 25.01.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs Samux Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X10, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və tələbkar X2 iştirakları ilə, xx.xx.1986-cı ildə Samux rayonunda doğulmuş, orta təhsilli, evli, işləməyən, Samux rayonu Nəbiağalı qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Samux Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X11 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə xx.xx.2024-cü il tarixli protokol tərtib edilərək Şəxs inzibati məsuliyyətə cəlb olunması məsələsinə baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Goranboy Rayon Məhkəməsinin 2(045)-1745/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə borclu Şəxs 2000 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X4 xeyrinə ödənilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-4265/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə borclu Şəxs 5858 manat pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar X6 xeyrinə ödənilməsi qət edilmişdir. Samux Rayon Məhkəməsinin 2(058)-850/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə borclu Şəxs 1390 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar X1 xeyrinə verilməsi qət edilmişdir. Samux Rayon Məhkəməsinin 2(058)-461/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclu Şəxs 4800 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu alınaraq tələbkar X7 xeyrinə verilməsi qət edilmişdir. Samux Rayon Məhkəməsinin 2(058)-796/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclu Şəxs 1900 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu alınaraq tələbkar Əliyev Yavər Hicran oğlunun xeyrinə verilməsi qət edilmişdir. Samux Rayon Məhkəməsinin 2(058)-795/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclu Şəxs 1000 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu alınaraq tələbkar X2 xeyrinə verilməsi qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclu Şəxs tələbin könüllü icrası barədə bildirişlər və inzibati məsuliyyətə cəlb oluncağı barədə xəbərdarlıqlar verilməsinə baxmayaraq borcunu ödəməkdən yayınır, icra sənədləri üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Aparılmış icra tədbirləri nəticəsində borclunun adına tələbin yönəldilə biləcəyi gəlirlər aşkar edilməmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Məhkəmə iclasında Samux Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X11 protokolda qeyd olunanlarla eyni məzmunlu izahat verərək bildirdi ki, borclu Şəxs icra etməli olduğu 6 icra sənədi mövcuddur. Hazırda onun həmin icra sənədləri üzrə ümumilikdə 10000 manat borcu var. Şəxs inzibati məsuliyyətə cəlb oluncağı barədə xəbərdarlıqlar edilməsinə baxmayaraq borcunu ödəməkdən yayınır, icra sənədləri üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir, ona görə də onun Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib onun inzibati tənbeh olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, işsiz olması və maddi durumunun aşağı olması səbəbilə borcunu ödəyə bilməmişdir. Cari ilin may ayında borcunu ödəyə bilər. Məhkəmə iclasında iştirak edən tələbkar X3 izahat verib bildirdi ki, borclu borcunu ödəməkdən qərəzli olaraq yayınır, hazırda Şəxs ona ödənilməmiş 780 manat borcu var. Şəxs barəsində inzibati tənbeh təbiq olunmasını xahiş edir. İş materiallarına əlavə edilmiş Goranboy Rayon Məhkəməsinin 2(045)-1745/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə borclu Şəxs 2000 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X4 xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-4265/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə borclu Şəxs 5858 manat pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar X6 xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Samux Rayon Məhkəməsinin 2(058)-850/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə borclu Şəxs 1390 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar X1 xeyrinə verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Samux Rayon Məhkəməsinin 2(058)-461/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclu Şəxs 4800 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu alınaraq tələbkar X7 xeyrinə verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Samux Rayon Məhkəməsinin 2(058)-796/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclu Şəxs 1900 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu alınaraq tələbkar Əliyev Yavər Hicran oğlunun xeyrinə verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Samux Rayon Məhkəməsinin 2(058)-795/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclu Şəxs 1000 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu alınaraq tələbkar X2 xeyrinə verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası barədə bildirişlərin surətindən görünür ki, icra sənədləri üzrə borcunu ödəməsi üçün Şəxs 10 gün vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş Şəxs ünvanlanmış müvafiq xəbərdarlıqların surətindən görünür ki, ona icra sənədlərinin icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, Muradov X9 Rayon Məhkəməsinin 2(045)-1745/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 4265/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə, Samux Rayon Məhkəməsinin 2(058)-850/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə, Samux Rayon Məhkəməsinin 2(058)-461/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə, Samux Rayon Məhkəməsinin 2(058)-796/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə və Samux Rayon Məhkəməsinin 2(058)-795/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə müəyyən olunmuş məbləği qanunla müəyyən edilmiş könüllü icra müddətində icra etməkdən boyun qaçırmış, icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməmişdir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Şəxs hərəkəti Samux Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X11 tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. Azərbaycan Repubilkası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Araşdırma zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun törətdiyi inzibati xətaya münasibətini, icra edilməmiş icra sənədləri üzrə ümumi borcunun həcmini nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün deyildir. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs (FİN xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli xx.xx.2024-cü il tarixdən saat 14:00-dan hesablansın. Qərarın icrası Samux Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(058)-50/2024
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-50/2024
25.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver