Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-53/2024 01.02.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs – Samux RPŞ-nin polis sahə rəisi, polis mayoru X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Samux rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Samux rayonu Kolayır kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Samux Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux Rayon Polis Şöbəsinin sahə rəisi polis mayoru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə xx.xx.2024-cü il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə ictimai yerdə, yəni Samux rayonu, Kolayır kəndində, küçədə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş və onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da o, İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında iştirak edən Samux Rayon Polis Şöbəsinin sahə rəisi, polis mayoru X5 protokolun məzmununa uyğun izahat verərək həmçinin bildirdi ki, xx.xx.2024cü il tarixdə Samux rayonu, Kolayır kəndində Şəxs ona məxsus avtomobillə hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozması səbəbi ilə yol patrul xidməti əməkdaşları tərəfindən ona saxla əmri verilmiş, lakin o buna tabe olmamışdır, yaşadığı evə qədər avtomobili idarə etməyə davam etmiş, polis əməkdaşları onu yaşadığı evin qarşısında saxlamış, bu zamanı ondan alkoqolun kəskin qoxusu gəldiyi üçün ona xüsusi texniki vasitə ilə alkoqol müayinəsindən keçirilməsi təklif olunmuş, lakin şəxs bundan imtna etmişdir. Bu zaman Şəxs tibbi müayinədən keçirilməsi məqsədilə Narkoloji Dispanserə aparılmış, lakin Şəxs orada da müayinədən keçməkdən imtina etmişdir. Daha sonra o, polis şöbəsinə aparılmış, polis şöbəsinin qarşısında, ictimai yerdə Şəxs onlara qarşı nalayiq ifadələr işlədərək səs-küy yaratmış, bu zaman onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərini yerinə yetirməmişdir. Tərəflərindən müəyyən edilmişdir ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılıb. Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmasına baxmayaraq nəqliyyat vasitəsini yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq idarə etmiş, həmin halla əlaqədar polis əməkdaşları təfəindən qanunamüvafiq tədbirlər görülərkən o hazırda sözügedən inzibati xətaları törətmiş, yəni ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlərə yol vermiş və polis tabesizlik göstərmişdir. Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi səbəbi ilə onun inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, Samux rayonu, Kolayır kəndində yol hərəkəti qaydalarına əməl etmədiyi üçün o, yol patrul xidməti əməkdaşları tərəfindən verilmiş saxla əmrinə tabe olmamışdır. Həmin vaxt o, içkili olmuş, polis əməkdaşları onu alkoqol müayinəsindən keçirmək istəmiş, lakin o, bundan imtina etmiş, daha sonra onu Narkoloji Dispanserə aparmışlar, o, narkoloji dispanserdə də müayinədən keçməkdən boyun qaçırmışdır. İctimai yerdə ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlərə yol vermiş, səs-küy yaratmışdır. Həmin əməlləri içkinin təsiri altında törətmişdir, Hazırda etdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Samux Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsi yol patrul xidməti inspektoru X4 bildirdi ki, xx.xx.2024-cü il tarixdə xidmətdə olarkən sürücüyə manevretmə qaydalarını pozduğuna görə saxla əmri verilmiş, lakin sürücü hərəkətinə davam edərək yaşadığı evə kimi getmişdir. Yaşadığı evin qarşısında sürücü avtomobili saxlamış, bu zaman onlar sürücüyə yaxınlaşmış və sürücüdən spirtli içkinin kəskin qoxusu gəldiyindən ona alkotesterdən keçməsi təklif edilmiş, lakin o bundan imtna etmişdir. Daha sonra onu Narkoloji Dispanserə aparmışlar, o, narkoloji dispanserdə də müayinədən keçməkdən boyun qaçırmışdır. Bundan sonra isə Şəxs polis şöbəsinə aparılmış, bu zaman o, polis şöbəsinin qarşısında uca səslə polisin ünvanına nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş və onu nizam-intizama dəvət edsələr də o, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Samux Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsi yol patrul xidməti inspektoru X3 şahid X1 ifadəsində göstərdiyi xüsusatlara uyğun ifadə verdi. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 01:35-də inzibati qaydada tutulmuşdur. Şəxs ictimai yerdə polis əməkdaşının haqlı iradına baxmayaraq əsassız mübahisə yaratması və ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etməsi, bu zaman ictimai qaydanın mühafizəsi üzrə öz vəzifələrini icra edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmaması və beləliklə İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barəsində tərtib edilmiş protokol, özünün etiraf edici ifadəsi və şahidlərin ifadələri ilə tam şəkildə sübuta yetirilir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların baxılması eyni orqanın (məhkəmənin) səlahiyyətlərinə aiddir. İnzibati xətalar şəxsin eyni vaxtda etdiyi hərəkətlərlə törədilmişdir. Buna görə də Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməklə ona İXM-in daha ciddi xəta hesab edilən 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar məhkəmə baxışında aşkar edilməmişdir. Şəxs səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən hal hesab edilir, onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq, hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati cərimə tətbiq edilməsi tənbehin məqsədlərinə nail olmaq üçün kifayət deyildir. Buna görə də ona törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində 15 (on beş) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli inzibati qaydada tutulduğu 01 fevral 2024-cü il tarixdən saat 01:35-dən hesablansın. Qərarın icrası Samux Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan təqdim edildiyi gündən 10 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(058)-53/2024
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-53/2024
01.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver