Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-53/2025 10.02.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin Mərkəzi Məlumat Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 23270327 saylı inzibati tənbeh vermə haqqında qərardan X2 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin Mərkəzi Məlumat xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 23270327 saylı qərardan şikayət verərək sözügedən qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə saat 14:45 də Gəncə şəhər Heydər Əliyev prospektində Azərbaycan Beynəlxalq Xəstəxanasının qarşısında hərəkətdə olarkən RENAULT KOLEOS minik markalı **-TJ-*** dövlət qeydiyat nömrə nişanlı nəqliyat vasitəsini idarə edərkən yanqoşqusuolmayan motoskiletlər, mopedlər velisopedlər və kiçik elektrik nəqliyyat vasitələri istina olmaqla digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinçi və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə Gəncə şəhər DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis palkovniki-leytinatı Elvin Abbaszadə tərəfindən qərar yazılıb. O, minik avtomobili ilə Gəncə şəhər Heydər Əliyev prospektində Beynəlxalq xəstəxananın qarşısında avtomobilinin mühərriki sönmüş və o, dərhal qəza işıqlarını yandırmışdır. O, maşın ustası ilə əlaqə saxlamış, usta ona bildirmişdir ki, bir az gözlə və yenidən yoxla əgər mühərrik işə düşməsə evakuator cağıraraq avtomobilini onun yanına aparmasını bildirmişdir. Bu zaman oradan keçən DYP inspektoru məlumat olmadığı halda avtomobilə yaxınlaşmadan YPX avtomobilindən düşmədən polisə verilmiş xüsusi avadanlıqla avtomobilinin qanuna zidd şəkildə şəkilini çəkərək ona İnzibati xətalar məcəlləsinin 346.4 maddəsinə əsasən 80 manat cərimə göndərmişdir. O, 2 dəfə 102 qaynar xəttinə zəng etmiş və ona aidiyyatı üzrə cavab veriləcəyi barədə bildirilmişdir. Gəncə DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətindən ona məktubla bildirilmişdir ki, polis əməkdaşının ona yazdığı cərimə əsaslıdır. Əgər qərardan narazı olmuşsa məhkəməyə müraciət etməklə bu barəd məhkəməyə müraciət edilməsi bildirilmişdir. O, ölkə prezdenti cənab İlham Əliyeva, Daxili işlər naziri Vilayət Eyvazova və Baş Prokror Kamran Əliyevə bu işin araşdırılması üçün məktubla rəsmi müraciət etmişdir. Bu günə qədər işin araşdırılması haqqında ona heç bir məlumat verilməmişdir. X5 əməkdaşları öz vəzifə səlahiyyətlərindən istifadə edərək xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətaik 346.4-cü maddəsini nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli biliblər. Bundan sonra ona xx.xx.2024-cü il tarixli, yol hərəkəti qaydaları,yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati çıxarılan izibati tənbeh vermə haqqında EQ 23270327 vermişlər. Həmin qərara əsasən ona 80 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü cəzası verilmişdir. Həmin qərar Gəncə şəhər DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis palkovniki- Abdullazadə qəbul etmişdir. Gəncə şəhər Heydər Əliyev prospekti Beynəlxalq Xəstəxanasının qarşısında ona inzibati xəta törətməkdə təqsirli bilməkləri qanunvericiliyin tələblərinə ziddir. Elvin Abdullazadə tərəfindən tərtib edilmiş inzibati tənbeh haqqında qərarla təqsirli bilinməsi əsassızdır. Beləliklə hesab edirə ki, İXM-nin 53.0.maddasinin 53.0.1-ci bəndinə əsasən inzibati xəta olmadıqda və 53.0.2-ci bəndinə əsasən isə inzibati xəta tətkibi olmdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanması icraata isə xitam verilir. Buna görə də sözügedən qərar ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Qərardan şikayət vermiş şəxsə və inzibati orqana məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər, məhkəmə qərardan şikayətə inzibati orqanın nümayəndəsinin və qərardan şikayət vermiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və təqdim olunmuş sübutu tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli, xx.xx.2024-cü il tarixli EQ 23270327 saylı qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli EQ 23270327 saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X3 İXM-in 346.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 80 manat inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən, Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı, X3 tərəfindən İXM-nin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilən sübutlarla öz təsdiqini tapdığı müəyyən edilmişdir. Belə olan halda X1 qərardan şikayətində göstərdiyi xüsusatlar onun mülahizələrindən ibarət olmaqla əsassızdır və bu səbəbdən də şikayət təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 131, 134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin Mərkəzi Məlumat Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 23270327 saylı inzibati tənbehvermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(058)-53/2025
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-53/2025
10.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver