Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-54/2025 07.02.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X12 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə ərazi şöbəsinin nümayəndəsi X2, X1 iştirakı ilə, X3 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə ərazi şöbəsinin 17 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X9 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə ərazi şöbəsinin 17 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək, həmin qərarın əsassız olduğu üçün ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası İqtisadiyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə ərazi şöbəsinin 17 dekabr 2024-cü il tarixli inzibatı tənbeh vermə haqqında qərarı ilə İXM-nin 217.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat cərimə edilmişdir. Barəsində tərtib edilmiş inzibati xəta haqqında qərarı əsassızdır. Belə ki, onun icarəsində olan 19 ha örüş otlaq sahəsinin 1 hektarında meyvə ağacları əkmişdir. Həmin ağacları 5 il bundan qabaq mərhum yoldaşı əkmişdir. Ağacın əkilməsindən 5 il keçmişdir. Onun inzibati xəta törətmədiyi halda inzibati cərimə edilməsinin hüquqi əsası yoxdur. Ağaclar əkiləndən 5 il sonra əkən şəxsin yox onun cərimə edilməsi qərarın əsassızlığını sübut edir. İnzibati xətanın törədildiyi gündən 5 il keçdikdən sonra barəsində olan inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Barəsində tərtib edilmiş qərarın müddəti keçdikdən sonra qəbul edildiyi üçün barəsində olan inzibati tənbeh vermə haqqında 17 dekabr 2024-cü il tarixli qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən X7 Əli qızı bildirdi ki, örüş sahəsinə əkilmiş ağacları mərhum əri örüş yeri təyinatı olan torpaq sahəsi olduğunu bilmədən 5 il bundan qabaq əkmişdir. O, hazırda işləmir, pensiya alır, maddi imkanı zəifdir, ona görə də, yazılmış cəriməni ödəmək imkanı yoxdur. Məhkəmədən şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə ərazi şöbəsinin nümayəndəsi X4 bildirdi ki, örüş yeri təyinatı olan torpaq sahəsində əkin işləri aparılmışdır. Bu səbəbdən də, təyinatına uyğun olaraq istifadə olunmadığına görə X3 barəsində İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsinə uyğun olaraq cərimə tətbiq edilmişdir. Məhkəmədən şikayətin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş Samux Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2014cü il tarixli 94 nömrəli Sərəncamında çıxarışdan görünür ki, Samux rayonu “Ceyrançöl” massivində 7 saylı qış otlaq sahəsində Poylu-Qarabağlı qəbristanlığının yaxınlığında olan orta ot örtüyünə malik 28 baş tutumu olan 12 hektar örüş sahəsi ayrılaraq, qoyunçuluğu inkişaf etdirmək üçün X5 15 il müddətinə icarəyə verilmişdir. İş materiallarına əlavə edilmiş X8 verilməsi haqqında xx.xx.2014-cü il tarixli 08 nömrəli müqavilənin surətindən görünür ki, Samux Rayon İcra Hakimiyyətinin xx.xx.2014cü il tarixli 94 nömrəli sərəncamı (qərarı) əsasında Samux rayonu ərazisində “Ceyrançöl” massivi adlanan yerdə 7 nömrəli sahədən yaxşı (orta) ot örtüyü olan, suvarılan (suvarılmayan) 12 (on iki) hektar qış otlaq sahəsi kənd təsərrüfatı malları istehsalı üçün (qoyunçuluğu inkişaf etdirmək) 15 il müddətinə X5 istifadəyə verilmişdir. İş materiallarına əlavə edilmiş Samux rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli 94 nömrəli Sərəncamından çıxarışdan görünür ki, Samux rayon “Ceyrançöl” massivi 7 saylı qış-otlaq sahəsindən X3 icarəsinə verilmiş 12 hektar qış otlaq sahəsinə bitişik ərazidən əlavə olaraq 7 hektar torpaq sahəsi ayrılaraq, 15 il müddətinə icarəyə verilmişdir. İş materiallarına əlavə edilmiş X8 verilməsi haqqında xx.xx.2018-ci il tarixli 09 nömrəli müqavilənin surətindən görünür ki, Samux Rayon İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli 50 nömrəli sərəncamı (qərarı) əsasında Samux rayonu ərazisində “Ceyrançöl” massivi adlanan yerdə 7 nömrəli sahədən yaxşı (orta) ot örtüyü olan, suvarılan (suvarılmayan) 7 (yeddi) hektar qış otlaq sahəsi kənd təsərrüfatı malları istehsalı üçün (qoyunçuluqla məşğul olmaq) 15 il müddətinə X5 istifadəyə verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə ərazi şöbəsinin məsləhətcisi X6 tərəfindən tərtib edilmiş 03 dekabr 2024-cü il tarixli MN ******* nömrəli “İnzibati xəta haqqında” protokoldan görünür ki, X9 tərəfindən Azərbaycan Respublikası İXM-nin 247.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. İş materiallarına əlavə edilmiş X3 barəsində tərtib edilmiş 17 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin İXM-nin 247.2-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli qərardadı ilə fiziki şəxs X9 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı işə baxılması ünvan 1 ünavnında Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə ərazi şöbəsinin yerləşdiyi inzibati binada xx.xx.2024-cü il tarixdə saat 12:00-a təyin edilmişdir. İş materiallarına əlavə edilmiş xəbərnamənin surətindən görünür ki, xx.xx.2024-cü il tarixli qərardad X9 tərəfindən xx.xx.2024-cü il tarixdə xəbərnaməyə imza edilməklə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş 03 dekabr 2024-cü il tarixli bildirişdən görünür ki, X5 xx.xx.2024-cü il tarixdə saat 12:00-da ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə ərazi şöbəsinə gəlməsi barədə məlumat verilmiş, gəlmədiyi təqdirdə (üzürlü səbəblər istisna olmaqla) işə onun iştirakı olmadan baxılacağına dair məlumat verilmişdir. Həmin bildiriş X9 tərəfindən imza edilməklə xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. Məhkəmə şikayəti, şikayətə əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərarı, qərara əlavə edilmiş fotoşəkilləri nəzərdən keçirib, tərəflərin izahatlarını dinləyib, hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, X3 şikayətində inzibati tənbeh vermə haqqında qərarla əlaqədar bildirdikləri və şikayətdə göstərdikləri onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsində inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar kimi inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri və digər hallar müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsinin olması, inzibati xətanı törətmiş şəxs və həmin xətanı törətməkdə X3 təqsiri təsdiq olunur. Beləliklə də, X3 barəsində tərtib edilmiş 17 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanunsuz olması və ya ləğv edilməsi üçün əsaslar müəyyən olunmamış, eyni zamanda şikayətçi tərəfindən belə halların mövcud olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Məhkəmə hesab edir ki, X3 barəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə ərazi şöbəsinin 17 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 75, 76, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 barəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə ərazi şöbəsinin 17 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə ərazi şöbəsinin 17 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №3(058)-54/2025
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-54/2025
07.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver