Məhkəmə qərarları › İş №3(058)-549/2025

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-549/2025

08.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-549/2025 08.10.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Zərgərli Ata Nərbala oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs – Samux Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Samux Rayon Polis Şöbəsinin İTB-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Samux rayonunda yerləşən “Aznixinin dairəsi” adlanan ərazidə nalayiq ifadələr işlədərək ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlərə yol vermiş və polisin qanuni tələbini qəsdən tabə olmayaraq ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş şəxs Samux Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X5 bildirdi ki, xx.xx.2025-ci il tarixdə gece vaxtı polis əməkdaşları xidməti fəaliyyətdə olan zaman “aznixi dairəsi” adlanan ərazisində toplanmış vətandaşlara yaxınlaşmışlar, bu zaman orada olan qadın onlara kobud şəkildə nə səbəblə yaxınlaşdıqlarını soruşmuş, həmin vaxt adı sonradan məlum olan Şəxs bildirmişdir ki, xanım haqlı olaraq onlara qışqırır, daha sonra o, polis əmakdaşlarına qarşı nalayiq ifadələr işlətmiş, onu nizam-intizam dəvət etsələr də o, polisin qanuni tələblərinə tabə olmayaraq ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlərə yol vermişdir. Bu səbəblə də o, polis şöbəsinin növbətçi hissəsinə təhvil verilmişdir. Buna görə də onun barəsində Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə protokol tərtib edilərək hüquqi qiymət verilməsi üçün məhkəməyə təqdim edilmişdir. Göstərilənlərə əsasən Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Şəxs özünü təqsirli bilərək, ifadəsində bildirdi ki, o, xx.xx.2025-ci il tarixdə gece vaxtı tanışı olan xanımın avtomobilini təmir edərkən polis əməkdaşları onlara yaxışlaşmış və bu zaman onlarla aralarında münaqişə yaranmışdır. Sərxoş olması səbəbindən polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətmiş, lakin onu qanunun tələblərinə tabe olmağa çağıran polis əməkdaşlarına heçbir müqavimət göstərməmişdir. Əməlindən peşmandır, barəsində yüngün inzibati tənbəh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Samux rayon polis şöbəsinin post patrul xidmətinin polis nəfəri Vəkilov Akif Aydın oğlu ifadəsində bildirdi ki, xx.xx.2025-ci il tarixdə gece vaxtı xidməti fəaliyyətdə olan zaman “aznixi dairəsi” adlanan ərazisində toplanmış vətandaşlara yaxınlaşmışlar, bu zaman orada olan xanım nə səbəblə onlara yaxışlaşdıqlarını soruşmuş, o, vətəndaşa səbəbini izah edərkən adı ona sonradan məlum olan Şəxs polis əməkdaşlarına qarşı uca səslə nalayiq ifadalər işlətmiş, ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlərə yol vermiş, onu nizam-intizama dəvət etsələr də o, polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Samux rayon polis şöbəsinin post patrul xidmətinin polis nəfəri X3 ifadəsində bildirdi ki, xx.xx.2025-ci il tarixdə gece vaxtı xidməti fəaliyyətdə olan zaman “aznixi dairəsi” adlanan ərazisində toplanmış vətandaşlara yaxınlaşmışlar, bu zaman orada olan xanım nə səbəblə onlara yaxışlaşdıqlarını soruşmuş, o, vətəndaşa səbəbini izah edərkən adı ona sonradan məlum olan Şəxs polis əməkdaşlarına qarşı uca səslə nalayiq ifadalər işlətmiş, ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlərə yol vermiş, onu nizam-intizama dəvət etsələr də o, polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 bildirdi ki, hadisə gecə vaxtı “aznixi dairəsi” adlanan ərazində baş vermiş, yol patrul xidmətinin əməkdaşları kənardan ona baxdığı üçün o, polis əmıkdaşlarından ona nə səbəblə baxdıqlarını soruşmuş, bu zaman Şəxs onların səhv etdiyini bildirmişdir, lakin Şəxs polisə qarşı hər hansı nalayiq ifadə işlətməmiş və polisin qanuni tələblərinə tabesizlik göstərməmişdir. Lakin hadisə vaxtı Şəxs içkili olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən tərtib olunmuş 4214/2025 saylı, xx.xx.2025-ci il tarixli sərxoşluq halının müayinəsi protokolundan görünür ki, Şəxs yüngün dərəcədə sərxoş olduğu aşkar olunmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli “X6 Haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 05:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və şahidləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək inzibati tənbeh edilməlidir. Şəxs ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etməsi, həmçinin polisə tabesizlik göstərməsi beləliklə İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi onun barəsində tərtib edilmiş protokol, şahidlərin ifadələri və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünün etirafedici ifadəsi ilə təsdiqini tapmışdır. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların baxılması eyni orqanın (məhkəmənin) səlahiyyətlərinə aiddir. İnzibati xətalar şəxsin eyni vaxtda etdiyi hərəkətlərlə törədilmişdir. Buna görə də Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməklə ona İXM-in daha ciddi xəta hesab edilən 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1. maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar məhkəmə baxışında aşkar edilməmişdir. Məhkəmə baxışında Şəxs əməlində yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə onun törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini nəzərə alıb inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq etməyi məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar