Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-557/2025 07.11.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi ilə və barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs nümayəndəsi (icraçı direktoru) X8 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Dövlət Su X3 Suların İstifadəsinə və X6 Xidmətinin 10 saylı X1 daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Azərbaycan Dövlət Su X3 Suların İstifadəsinə və X5 Xidmətinin 10 saylı X1 Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 09 oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Samux Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda göstərilmişdir ki, Şəxs tərəfindən Samux rayonu Qarayeri qəsəbəsinin ərazisindən keçən Qoşqar çayın sağ sahilində yerləşən yanacaqdoldurma məntəqəsinin ərazisində fəaliyyət göstərən avtoyuma məntəqəsinin fəaliyyəti zamanı formalaşan tullantı suları plastik boru vasitəsi ilə təyinatsız olaraq çayın mühafizə zolağına, oradan isə Qoşqarçaya təyinatsız olaraq axıdılmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs nümayəndəsi (icraçı direktoru) X11 hüquqi şəxs tərəfindən sözügedən inzibati xətanın törədilməsini etiraf edərək bildirdi ki, o, Şəxs icraçı direktoru vəzifəsini icra edir. Qarayeri qəsəbəsinin ərazisindən keçən Qoşqar çayın sağ sahilində yerləşən yanacaqdoldurma məntəqəsinin nəzdində fəaliyyət göstərən avtoyuma məntəqəsinin fəaliyyəti zamanı formalaşan tullantı suları plastik boru vasitəsi ilə təyinatsız olaraq çayın mühafizə zolağına, oradan isə Qoşqarçaya təyinatsız olaraq axıdılmışdır. Belə ki, onlar bunun qanuna zidd olmasından məlumatsız olmuşlar. Azərbaycan Dövlət Su X3 Suların İstifadəsinə və X5 Xidmətinin 10 saylı X1 əməkdaşları ona texniki və tullantı suların təyinatsız axıdılmasının qanuna zidd olması barədə xəbərdarlıq etdikdən sonra o, artıq həmin suları hazırda qazmış olduğu kanalizasiya quyusuna axıdır. Barəsində yüngül tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. xx.xx.2025-ci il tarixində məhkəmə iclasında iştirak edən Azərbaycan Dövlət Su X3 Suların İstifadəsinə və X5 Xidmətinin 10 saylı X2 nümayəndəsi X9 bildirdi ki, Samux rayonu Qarayeri qəsəbəsində ərazisində yerləşən yanacaqdoldurma məntəqəsinin ərazisində fəaliyyət göstərən Şəxsnə məxsus avtoyuma məntəqəsinin fəaliyyəti zamanı formalaşan tullantı suların plastik boru vasitəsi ilə təyinatsız olaraq Qoşqarçaya axıdıldığı müəyyən edilmiş və bu hal Şəxsin icraçı direktoru X8 izahatında da öz təsdiqi tapmışdır. Bu səbəbdən hüquqi şəxsin barəsində inzibati protokol tərtib olunmuşdur. Hüquqi şəxsin inzibati məsuliyyətə cələb olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs tərəfindən İXM-in 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları və hüquqi şəxsin nümayəndəsinin (icraçı direktorunun) etiraf edici ifadəsi ilə tam sübuta yetirildiyindən Şəxs həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməli və ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarında olan Azərbaycan Dövlət Su X3 Suların İstifadəsinə və X5 Xidmətinin 10 saylı X2 əməkdaşı tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli 002038 nömrəli aktdan görünür ki, 10 saylı X2 xx.xx.2025-ci il tarixli 0009 nömrəli sərəncamı əsasında keçirilən nəzarət tədbirləri zamanı Samux rayonu Qarayeri qəsəbəsində ərazisindən keçən Qoşqar çayın sağ sahilində yerləşən yanacaqdoldurma məntəqəsinin ərazisində fəaliyyət göstərən avtoyuma məntəqəsinin fəaliyyəti zamanı formalaşan tullantı suların plastik boru vasitəsi ilə təyinatsız olaraq çölə çayın mühafizə zolağına oradan isə Qoşqarçaya təyinatsız olaraq axıdılması aşkar olunmuşdur. Araşdırma zamanı Samux rayonu Qarayeri qəsəbəsində yerləşən yanacaqdoldurma məntəqəsinin və avtoyuma məntəqəsinin sahibi kimi özünü tanıdan X10 törədilər xəta barədə məlumat verilsədə o, araşdırma ilə bağlı prosesual hərəkətlərin aparılması ilə bağlı lazım olan sənədləri təqdim etməkdən imtina etmiş, həmçinin əlavə məlumat verməkdən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə - fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı Şəxs tərəfindən Samux rayonu Qarayeri qəsəbəsində yerləşən yanacaqdoldurma məntəqəsinin ərazisində fəaliyyət göstərən avtomobillərin yuyulması məntəqəsində formalaşan texniki və tullantı suların təyinatsız olaraq Samux rayonu Qarayeri qəsəbəsindən keçən Qoşqarçayına axıdıldığı halı özü təsdiqini tapmışdır. Bununla da Şəxs tərəfindən İXM-in 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam şəkildə sübuta yetirilmişdir. Məhkəmə işin hallarını, inzibati xətanın xarakterini və hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən İXM-in 31.2-ci maddəsi ilə nəzərdə tutulmuş digər halları nəzərə alaraq hesab edir ki, Şəxsnə inzibati tənbeh kimi cərimə tətbiq edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 18.5, 114, 115 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Samux Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(058)-557/2025
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-557/2025
07.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver