Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-559/2025 16.10.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X8 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Samux rayonu Polis şöbəsinin sahə rəisi, polis leytenantı X2, Zərərçəkmiş şəxs X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1997-ci il tarixdə Samux rayonu, Kolayır kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, Samux rayonu, Kolayır kəndində qeydiyyatda olan və yaşayan Samux Rayon Məhkəməsinin 12 may 2025-ci il tarixli 1(058)-8/2025 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və hazırda cəza çəkən, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Samux rayonu Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: 02 avqust 2025-ci il tarixdə, saat 20:00 radələrində Samux rayonu, Kolayır kəndində yerləşən “Qırmızı çayçı” adlanan yerdə X5 Şəxs döymüşdür. Buna görə də barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tərtib edilmiş 15 oktyabr 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Samux Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Samux Rayon Polis şöbəsinin sahə rəisi, polis leytenantı X6 inzibati protokoldakı xüsusatları təsdiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunvericiliklə müəyyən olunmuş qaydada inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, heç yerdə işləmir, pul qazanmaq məqsədi ilə “Tik-Tokda” canlı açır. Həmin vaxt canlıda olarkən X7 ona qarşı söyüş söymüş və nalayiq ifadələr işlətmiş, o, Nicat Qasımovu blok eləmiş və heç bir söz deməmişdir. Bir neçə gün sonra Nicat Qasımovu çayçıda görmüş və bildirmişdir ki, ona qarşı niyə söyüş söymüş, bundan sonra o, Nicat Qasımovun üzünə şillə ilə vurmuşdur. Həmin vaxt Nicat Qasımov hadisə yerindən qaçmışdır. Əməlindən peşmandır. Məhkəmədən barəsində yüngül inzibati tənbeh növü tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 bildirdi ki, o, “Qırmızı çayçı” adlanan yerdə olarkən eşitmişdir ki, Şəxs bayırda nalayiq ifadələr işlədir. Mirzaman onu çayçıda görmüş və onun sifətinin sol nahiyəsinə yumruq vurmuşdur. Mirzamanın dostu onun üstünə gələn zaman o, qaçmışdır. Sonra bayırda Şəxs onu tutmuş, qarın nahiyəsinə təpik vurmuşdur. Məhkəmədən Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Şəxs barəsində tərtib edilmiş 15 oktyabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Əliyev X1 Nicat Ayət oğlunu döymüşdür. Ona görə də, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ”Məhkəmə-Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsin 03 avqust 2025-ci il tarixli, 92 nömrəli rəyindən görünür ki, X4 bədəni üzərində müəyyən edilmiş xəsarətlər boyunun və qarnın ön divarının qançırlarıdır ki, bu xəsarətlər-bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 08 sentyabr 2025-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Samux Rayon Polis şöbəsinin İTB-yə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 15 oktyabr 2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 15 oktyabr 2025-ci il tarixdə saat 15:56-da inzibati qaydada tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi işdə olan sübutlarla tam sübuta yetirildi. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 32.1.1-ci maddəsinə əsasən inzibati xətanı törətmiş şəxsin səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclasında hərəkətindən peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirmişdir. Ona görə də məhkəmə, İXM-in 32.1.1-ci maddəsinə əsasən səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 31.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. İXM-in 157-ci maddəsinə əsasən üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, məhkəmə Şəxs İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq, ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədəuyğun hesab edir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 30 (otuz) gün müddətinə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 15 oktyabr 2025-ci il tarixdən saat 15:56-dan hesablansın. Qərarın icrası Samux rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №3(058)-559/2025
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-559/2025
16.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver