Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-56/2024 15.02.2024 SAMUX RAYON MƏHKƏMƏSİ X11 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi ilə, Samux rayon Polis şöbəsinin İTB-in sahə rəisi polis kapitanı X6 iştirakı ilə, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Samux rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Mingəçevir şəhəri, Şəfəq küçəsi ev 22-də yaşayan X4 Samux rayon “Bozdağ” massivi ərazisində müvafiq sənədi olmayan bir ədəd “Toz” markalı, 1 lüləli, 16 çaplı, 89- 75797 nömrəli mülki ov silahı aşkar edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Samux rayon Polis şöbəsinin İTB-in sahə rəisi polis kapitanı X8, inzibati protokoldakı xüsusatları təsdiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 qanunvericiliklə müəyyən olunmuş qaydada inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. İşə əlavə edilmiş MN ******* nömrəli, 06 yanvar 2024-cü il tarixli inzibati xəta haqqında protokoldan, ona əlavə olunmuş xx.xx.2024-cü il tarixli raportdan, həmin tarixli aktdan və izahatdan görünür ki, xx.xx.2024-cü il İTB-nin polis nəfəri, polis serjantı Qənbər Həsənov və Samux rayon Polis şöbəsinin İTB-in sahə rəisi polis kapitanı X2 rayon “Bozdağ” massivi ərazisində X1 1 ədəd “Toz” markalı 1 lüləli, 16 çaplı 89-75797 nömrəli mülki silahı könüllü olaraq təhvil vermiş, sonra da Samux rayon Polis şöbəsində bu barədə sənədləşmə aparılmışdır. X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Beləliklə, X3 İXM-in 590.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi işdə olan digər sübutlarla tam sübuta yetirildi. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə X3 İXM-in 32-ci maddəsinə əsasən ilk dəfə inzibati xəta törətməsi məsuliyyətini yüngülləşdirən haldır. Məhkəmədə inzibati xəta törətmiş şəxs X3 əməlində məsulliyyəti ağırlaşdıran hallar aşkar etmədi. İXM-in 590.2-ci maddəsinə əsasən maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə, silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə X3 Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati qaydada cərimə edilməsini məqsədəuyğun hesab edir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 100 (yüz) manat cərimə edilsin. Samux rayon Polis şöbəsinin maddi sübutlar otağında saxlanılan 1 ədəd “Toz” markalı 1 lülə, 16 çaplı, 89-75797 nömrəli mülki ov tüfəngi müsadirə edilsin. Qərarın icrası Mingəçevir şəhəri İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №3(058)-56/2024
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-56/2024
15.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver