Məhkəmə qərarları › İş №3(058)-56/2025

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-56/2025

06.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-56/2025 06.01.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, Samux RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1999-cu ildə Samux rayonunda doğulmuş, orta təhsilli, subay, işləməyən, Samux rayonu Lüksemburq kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Samux Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X5 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 04 yanvar 2025-ci il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Şəxs Samux Rayonun ərazisində xx.xx.2025-ci il tarixdə gecə saat 00:40 radələrində sərxoş vəziyyətdə nəqliyyat vasitəsinin idarə edərkən siqnal səsi ilə ictimai qaydanı pozmuş, bu zaman onu nizam intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da o, İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Samux RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X5 izahat verərək bildirdi ki, inzibati protokolu Samux RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X3 raportu əsasında tərtib etmişdir. Belə ki, Samux RPŞ-nin PPXB-nin polis serjantı X6 və Samux RPŞ-nin PPXB-nin polis serjantı X4 ilə xx.xx.2025-ci il tarixdə 9 saylı maşrut üzrə xidmətdə olan zaman təxminən saat 00:40 radələrində Samux rayonun Qırmızı Samux kəndində bir nəfər şəxs, yəni adı onlara sonradan məlum olan Şəxs VAZ 2107 markalı, **-DF-*** qeydiyyat nömrə nişanlı maşınla insan həyatına və sağlamlığına təhlükə yaradan hərəkətlər edərək avtoxuliqanlıq etmiş, yüksək səslə musiqi səsləndirirək ictimai qaydanı pozmuş və ona saxla əmri verilən zaman polisin qanuni tələblərinə tabe olmayaraq aqresiv hərəkətlər etmişdir. Həmin yerə radiostansiya vasitəsi ilə YPX əməkdaşları dəvət edilərək Şəxs təhvil vermişlər. Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi səbəbi ilə onun inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ifadə verərkən əməlini etiraf edərək bildirmişdir ki, o həmin gün alkoqollu içkinin təsirində olmuş, müəyyən manevretmə qaydalarını pozması səbəbilə polis ona saxla əmri vermiş, lakin o, polisin qanuni tələblərinə tabe olmamışdır. Belə ki, polis əməkdaşlarını tanıdığı üçün onlarla zarafat etmək istəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Samux RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X6 ifadə verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə Samux rayonun Köbər kəndində digər polis yoldaşı ilə xidmətdə olan zaman bir nəfər şəxsin insan həyatına və sağlamlığına təhlükə yaratmaqla təhlükəli manevr etməklə avtoxuliqanlıq etdiyini görmüşlər, adı onlara sonradan məlum olan Şəxs saxla əmri versələr də o, polisin qanuni tələblərinə tabe olmamışdır. Bundan sonra polis əməkdaşları onu radiostansiya vasitəsi ilə məlumat verərək YPX əməkdaşlarına təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı N.Bağırov ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə proses iştirakçılarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barəsində tərtib olunmuş protokol, raport və özünün etirafedici ifadəsi ilə təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 02:00-da aparılmış müayinə nəticəsində Şəxs yüngül dərəcəli alkoqollu olduğu müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə 06:00-da inzibati qaydada tutulmuşdur. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırkı halda Şəxs hərəkətlərində həmin halların mövcud olması məhkəmə iclasında araşdırılan sübutlarla öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. İnzibati xətaya görə məsuliyyəti istisna edən hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs (FİN xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli 04 yanvar 2025-ci il tarixdən saat 06:00-dan hesablansın. Qərarın icrası Samux Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar