Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-560/2025 08.12.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Tağıyev Cavid Firqət oğlunun katibliyi, zərərçəkmiş şəxs X2 iştirakı ilə, xx.xx.1974-cü ildə Goranboy rayonunda doğulmuş, evli, orta təhsilli, işləməyən, Samux rayonu, Qovlarsarı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Samux Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə müəyyən etdi: Samux Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X4 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətməsi barədə protokol tərtib edilərək baxılması üçün Samux Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd edilir ki, Şəxs xx.xx.2025-ci il tarixdə X3 məxsus avtomobili yararsız hala salaraq ona 1730 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında işitirak edən zərərçəkmiş şəxs X5 ifadəsində bildirdi ki, Şəxs onun qeyri rəsmi münasibətdə olduğu şəxsin keçmiş həyat yoldaşıdır. O, Samux rayonu Qovlarsarı kəndi ərazisində olarkən Şəxs ona məxsus “Mercedes” markalı **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobilin yan, arxa və qabaq şüşələrini, həmçinin avtomobilinin siləcəklərini sındırmış, ona 1730 manat məbləğində maddi ziyan vurmuşdur. Bunu gördükdən sonra o, 102 xidmətinə zəng vuraraq bu barədə məlumat vermişdir. Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göndərilən məhkəmə bildirişi ona çatmadığından məhkəmə tərəfindən məhkəmə bildirişi şəxsin axırıncı yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına göndərilmiş və məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Samux Rayon Polis Şöbəsinin TQ-nun təhqiqatçısı, polis leytenantı X1 29 sentyabr 2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə Samux rayonu Qovlarsarı kəndində X3 məxsus “Mercedes” markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobilə Gəncə şəhər avtomotoservis və ticarət nıüəssisəsinin 9 saylı TXE-nin qüsur aktına əsasən ümumilikdə 1730 ( bir min yeddi yüz otuz) manat məbləğində maddi ziyan vurmuşdur. Azərbaycan Respublikası CM-nin 186.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyət, zərər çəkmiş şəxsə xeyli miqdarda ziyan vurduqda cinayət məsuliyyətinə səbəb olunduğundan, X3 1730 manat dəyərində ziyan vurulması cinayət məsuliyyəti yaratmadığından, Şəxs əməlində cinayət tərkibi olmadığından həmin fakt üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Samux RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə zərərçəkmiş şəxsi dinləyib, toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 232-1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materiallarındakı sübutlarla tam təsdiq edilir. Məhkəmə hesab edir ki, Şəxs hərəkəti düzgün olaraq Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Maddənin qeydinə əsasən bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Göründüyü kimi Şəxs hərəkətləri Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri ilə üst-üstə düşür. Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Buna görə də Şəxs İXM-in 232-1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanın xarakterini, törədilməsi hallarını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, Şəxs qanunlara hörmət ruhunda tərbiyələndirilməsi və onun tərəfindən yeni inzibati xətaların törədilməsinin qarşısının alınması məqsədləri üçün vurulmuş zərərin bir misli miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 43, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinərək vurulmuş ziyanın bir misli miqdarında, yəni 1730 (bir min yeddi yüz otuz ) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Samux rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(058)-560/2025
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-560/2025
08.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver