Məhkəmə qərarları › İş №3(058)-57/2024

Samux Rayon Məhkəməsi Qərardad — İş №3(058)-57/2024

08.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 3(058)-57/2024 08.02.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Kərimova Tərifə Əbülfət qızı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Samux Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı müəyyən etdi: Samux Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şamxal Məmmədov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Samux Rayon Məhkəməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında material məhkəmə tərəfindən nəzərdən nəzərdən keçirilərkən inzibati xəta haqqında protokolun hansı tarixdə tərtib edildiyini dəqiq müəyyən etmək mümkün olmamışdır. Belə ki, protokolun tarixində düzəliş olunaraq əvvəlcə yazılmış naməlum qeydin üzərindən çətinliklə müəyyən edilən tərzdə xx.xx.2024-cü il tarix qeyd olunmuşdur. Halbuki inzibati xəta haqqında materialın məhkəməyə göndərilməsi barədə müşayiət məktubunda 8 fevral 2024-cü il tarixli protokolun baxılması üçün göndərildiyi göstərilmişdir. Sözügedən material 08 fevral 2024-cü il tarixdə məhkəməyə daxil olmuş, lakin inzibati xəta haqqında protokolun özündə qeyd olunan tarixlə onun göndərilməsi barədə müşayiət məktubunda göndərilən protokolun tarixi kimi göstərilən tarixlər üst-üstə düşmədiyindən, eyni zamanda protokolun özündə qeyd olunan tarix qeyri-dəqiq və çətin anlaşılan olduğudan məhkəmə hesab edir ki, inzibati xəta haqqında material geri qaytarılmalıdır. İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 106, 109, 114-cü maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Samux rayon İcra və Probasiya şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Samux rayon İcra və Probasiya şöbəsinə geri qaytarılsın. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar