Məhkəmə qərarları › İş №3(058)-573/2025

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-573/2025

22.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-573/2025 22.10.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Zərgərli Ata Nərbala oğlunun katibliyi, Samux rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Samux rayonunda doğulmuş, orta təhsilli, subay, işləməyən, Samux rayonu İstixana qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Samux Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 21 oktyabr 2025-ci il tarixli protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında Samux Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 izahat verərək bildirdi ki, Samux Rayon Məhkəməsinin 2(058)-561/2018 saylı, xx.xx.2018ci il tarixli icra sənədinə əsasən Şəxs 11 fevral 2014-cü il tarixdə anadan olmuş X2 və 12 iyun 2015-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşaq üçün 100 manat cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq X4 ödənilməsi qət edilmişdir. Borclu Şəxs həmin icra sənədi üzrə 15400 manat aliment borcu var. Şəxs Samux Rayon Məhkəməsinin 1(058)-36/2021 saylı 24 avqust 2021-ci il tarixli hökmünə əsasən CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 1(bir) il 06 (ay) müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olmuşdur. Samux Rayon Məhkəməsinin 1(058)-36/2021 24 avqust 2021-ci il tarixli hökmünə əsasən təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardıqdan sonra Şəxs icra sənədi üzrə aliment borcundan heçbir ödəniş etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, hal hazırda işsizdir, bu səbəbdən aliment borcunu ödəyə bilmir. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: Samux Rayon Məhkəməsinin 2(058)-561/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Şəxs, 11 fevral 2014-cü il tarixdə anadan olmuş X2 və 12 iyun 2015-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşaq üçün 100 manat cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq X4 ödənilməsi qət edilmişdir. xx.xx.2018-ci il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, 2(058)-561/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə borclu Şəxs Samux Rayon Məhkəməsinin icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. xx.xx.2018-ci il tarixli borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardadın surətindən görünür ki, Samux Rayon Məhkəməsinin 8(058)-149/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə üzrə borclu Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Samux Rayon Məhkəməsinin 1(058)-36/2021 sayli xx.xx.2021-ci il tarixli hökmün surətindən görünür ki, Şəxs Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2025-ci il tarixli xəbərdarlıqların surətindən görünür ki, Şəxs icra sənədini icra etməyəcəyi təqdirdə inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbardarlıq edilmişdir Məhkəmə proses iştirakçılarını dinləyib, toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, Şəxs Samux Rayon Məhkəməsinin 2(058)-561/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədini qanunla müəyyən edilmiş müddətdə icra etməkdən boyun qaçırmış, icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməmiş, hazırda onun sözügedən icra sənədi üzrə 15400 manat aliment borcu var. Məhkəmə hesab edir ki, Samux Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 tərəfindən Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. Azərbaycan Repubilkası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Araşdırma zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanın xarakterini, inzibati xətanın aliment öhdəliyinin icra edilməməsindən irəli gəldiyini, onun törətdiyi inzibati xətaya münasibətini nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün deyildir. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs (FİN xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli xx.xx.2025-ci il tarixdən saat 09:15-dan hesablansın. Qərarın icrası Samux Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar