Məhkəmə qərarları › İş №3(058)-604/2025

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-604/2025

17.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-604/2025 17.11.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Zərgərli Ata Nərbala oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X3 iştirakı ilə, Gəncə Şəhər Dövlət X9 Yol Patrul Xidməti İnskpektoru polis serjantı X5 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X3 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 Şəhər Dövlət X9 Yol Patrul Xidməti İnskpektoru polis serjantı X5 tərəfindən onun barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək sözügedən qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Gəncə Şəhər Dövlət X9 Yol Patrul Xidməti İnskpektoru polis serjantı X5 tərəfindən barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.2-ci maddələrində nəzərdə tutulan (yol nişanlarının tələblərlə riayət edilməməsi, yol ayrıcını keçmə qaydalarının pozulması) xətanı törətməsinə görə TP ******* saylı, xx.xx.2025-ci il tarixli qərar qəbul edilərək 100 manat məbləğində cərimə edilmişdir. O, hesab edir ki həmin qərar qanuna uyğun deyil və tamamilə əsassızdır. Qərarda qeyd olunan Gəncə şəhəri Zeynal Xəlil 9-da xx.xx.2025-ci il tarixdə, saat 15:56-da hərəkətdə olarkən qeyd olunan ərazidə yol nişanının tələblərinə riayət edilməməsi, yol ayrıcına keçmə qaydarının pozulması kimi yol hərəkət qaydalarını pozmamışdır və yol hərəkət qaydalarına riayyət etmişdir. Belə ki dəmir yol vağzalıdan “sovxoz nizami” istiqamətində hərəkətdə olarkən dairəyə sol hərəkət istiqamətində olan yolun boş olduğundan dairəyə maneəsiz daxil olmuşdur. Gəncə Şəhər Dövlət X9 Yol Patrul Xidməti İnskpektoru polis serjantı X5 yaxınlaşaraq ona sol yolda hərəkətdə olan nəqliyyat vasitəsini gözləmədiyini bildirmiş onun isə sol yoldan heç bir nəqliyyat vasitəsinin olmadığını yol hərəkət qaydalarına riayyət etdiyini bildirsə də, barəsində ******* saylı protokol daha sonra isə TP ******* saylı qərar qəbul olunmuşdur. Ona heçbir video və foto görüntüləri göstərilməmişdir. TP ******* saylı, xx.xx.2025-ci il tarixli qərar onun yaşadığı ünvan 1 ünvanına 28 oktyabr 2025-ci il tarixdə çatıdırılmışdır. Heç bir yol hərəkət qaydalarını pozmamış və inzibati xəta törətmədiyi halda barəsində heç bir reallığa və həqiqətə uyğun olmayan inzibati tənbeh etmə haqqında qərar qəbul olunmuşdur. Buna görə də sözügedən qərar ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən, X4 şikayət ərizəsində göstərilənlərə uyğun izahat verib bildirdi ki, onun barəsində inzibati tənbeh tətbiq etmə haqqında qərar əsassızdır hesab edir ki, barəsində olan xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Azərbaycan Respublikası Gəncə Şəhər Dövlət X9nə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq nümayənədəsi məhkəməyə gəlməmişdir. Məhkəmə şikayətə inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, qərardan şikayət verən şəxs X3 izahatını dinləyərək, inzibati orqanın məhkəməyə göndərdiyi sübutu və iş materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli, Gəncə Şəhər Dövlət X9 Yol Patrul Xidməti İnskpektoru polis serjantı X5 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X4 İXM-in 327.1-ci və 327.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 100 manat inzibati cərimə edilmişdir. İnzibati orqanın nümayəndəsi tərəfindən sübut qismində məhkəməyə təqdim olunan və məhkəmə tərəfindən tədqiq edilən video-görüntüdən görünür ki, Chevrolet Niva 2123 minik markalı, **-SY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil hərəkətdə olarkən dairəyə daxil olan “UAZ” markalı avtomobilə yol verməyərək yol hərətəti qaydalarının tələblərinə riayət etməmiş və həm manevr etmə qaydasını, həm də yolayrıcını keçmə qaydasını pozaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.2-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1. maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı, qərardan şikayət verən şəxs X1 qərarda qeyd olunan inzibati xətaları törətməsi inzibati orqanın məhkəməyə sübut qismində təqdim etdiyi və məhkəmə tərəfindən tədqiq olunan video-görüntü ilə öz təsdiqini tapmışdır. Ona görə də məhkəmə hesab edir ki, X3 şikayətində irəli sürdüyü arqumentlər əsassızdır və onun barəsində Gəncə Şəhər Dövlət X9 Yol Patrul Xidməti İnskpektoru polis serjantı X5 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün heç bi əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 131, 134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Gəncə Şəhər Dövlət X9 Yol Patrul Xidməti İnskpektoru polis serjantı X5 tərəfindən X3 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar