Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-605/2025 03.11.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Zərgərli Ata Nərbala oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs - Samux Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Samux Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı Orxan Məmmədov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə xx.xx.2025-ci il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Samux rayonun mərkəzində ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş şəxs Samux Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı Orxan Məmmədov protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, həmin protokolu Samux RPŞ-nin PPX-nin polis serjantı Vəkilov Akif Aydın oğlunun raportu əsasında tərtib etmişdir. Belə ki, Samux rayonun mərkəzində adı sonradan ona məlum olan X1 Hüseyn Qabil oğlunu zorla avtomobilə mindirmək istəyərkən aralarında mübahisə baş vermiş, X2 Əliyev prospektində “Azercell” mağazasının qarşısında avtomobili təpikləmiş və sonradan sərxoş olduğu məlum olan Şəxs isə uca səslə qışqıraraq xırda xuliqanlıq hərəkətlərinə yol verərək ictimai qaydanı pozmuşdur. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati protokol tərtib edilərək hüquqi qiymət verilməsi üçün məhkəməyə təqdim edilmişdir. Göstərilənlərə əsasən Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Şəxs özünü qeyd olunan əməldə təqsirli bilməyərək bildirdi ki, o heçbir ictimai qaydanı pozacaq hərəkət etməmişdir. X3 onu zorla avtomobilə mindirmək istəyərkən ona etiraz edərək avtomobilə minməmiş və bu səbəbdən orada səsküy yaranmışdır. Barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Samux Rayon Polis Şöbəsinin polis nəfəri X11 ifadəsində bildirdi ki, digər polis əməkdaşları ilə birlikdə xidməti fəaliyyətdə olarkən Samux rayonu ərazisində yerləşən ictimai yer olan Heydər Əliyev prospektində adı sonradan ona məlum olan X4 Şəxs zorla avtomobilə mindirmək istəməsi nəticəsində aralarında mübahisə baş verdiyinə şahid olmuş və həmin mübahisə nəticəsində Şəxs ictimai qaydanı pozmuşdur. Daha sonra onlar polis şöbəsinə dəvət olunmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Samux rayon polis şöbəsinin post patrul xidmətinin polis nəfəri Vəkilov Akif Aydın oğlu şahid X9 ifadəsində göstərdiyi xüsusatlara uyğun ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Samux rayon polis şöbəsinin post patrul xidmətinin polis nəfəri X7 şahid X9 ifadəsində göstərdiyi xüsusatlara uyğun ifadə verdi. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib edən şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, həmçinin şahidləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati tənbeh edilməlidir. Şəxs ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etməsi beləliklə İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı, barəsində tərtib edilmiş protokol, şahidlərin ifadələri ilə tam şəkildə sübuta yetirilir. Şəxs ümumi qəbul edilmiş birgə yaşayış qaydalarına zidd olaraq başqa şəxslərin dincliyini pozaraq ucadan səs-küy salması və X8 ilə mübahisə etmiş olması səbəbindən İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya yol vermişdir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışında Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə onun törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini nəzərə alıb inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq etməyi məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(058)-605/2025
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-605/2025
03.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver