Məhkəmə qərarları › İş №3(058)-607/2025

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-607/2025

22.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-607/2025 22.12.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Məmmədova Sevinc İsa qızının katibliyi, qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, Baş X5 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30379590 saylı inzibati tənbeh vermə haqqında qərardan X1 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 onun İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 1200 manat inzibati cərimə olunması barədə xx.xx.2025-ci il tarixli, EQ 30379590 saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, o, xx.xx.2025-ci il tarixində saat 17:48-də M-2 yolunun 244.2-ci km-də, Ucar rayonu, Ucar şəhəri, Bakı istiqaməti ünvanında işçisi olduğu "xxxx" MMC-yə məxsus **-JL-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə edərkən xüsusi texniki vasitə (kamera) elektron qaydada nəqliyyat vasitəsini qeydə alaraq barəsində EQ 30379590 nömrəli inzibati xəta haqqında elektron protokol tərtib edilmiş və xx.xx.2025- ci il tarixində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək X4 353.5-ci maddəsinə əsasən 1200 manat məbləğində cərimə olunmuşdur. İdarə etdiyi nəqliyyat vasitəsinin çəkisi yüklərlə (şəkər çuğunduru) birlikdə hərəkətdə olmuşdur. Nəqliyyat vasitəsi həm yükün çıxarıldığı ərazini tərk etməzdən əvvəl tərəzidə çəkilmiş (1ci yoxlama - xx.xx.2025-ci il tarixində saat 09:06-da, 2-ci yoxlama - xx.xx.2025-ci il tarixində saat 14:58-də olmuş, yüklə birlikdə çəki 39680 kq olmuşdur), həm də yükün çatdırıldığı ərazidə tərəzidə çəkilmişdir (xx.xx.2025-ci il tarixində saat 19:19-da olmuş, yüklə birlikdə çəki 39700 kq olmuşdur) təsdiq edir. Halbuki yolda quraşdırılmış tərəzinin göstəriciləri yüklə birlikdə nəqliyyat vasitəsinin çəkisinin 43640 kq olduğunu göstərir. Buna səbəb yolun həmin hissəsinin nahamar olması və nəqliyyat vasitəsinin tərəzidən keçərkən tərəziyə daha çox yük düşməsi və ya yolda quraşdırılmış tərəzinin yanlış kalibrlənməsidir. İddia edilən inzibati xəta haqqında real vaxt rejimində inzibati xəta haqqında elektron protokol tərtib edilsə də, nəqliyyat vasitəsi yolda nəzarət məntəqəsində (postda) saxlanılmalı və bir daha tərəzidə çəkilməliydi. Əgər kütlə parametrlərinin pozulduğu aşkar edilsəydi, bu barədə protokolun və qərarın surəti çıxarılaraq mənə təqdim edilməli, habelə nəqliyyat vasitəsində olan artıq yükün boşaldılması tələb edilməliydi. Hansı ki, bu prosedurların heç birinə əməl olunmamışdır. Bundan əlavə, qəbul edilmiş qərardan DİN BDYPİ-nə yazılı şikayət göndərsə də, şikayətinə baxılmamış, şikayəti Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə yönləndirilmiş, AYNA tərəfindən isə sadəcə qanunvericiliyin tələbləri əks olunan formal xarakterli cavab verilmişdir. BDYPİ isə xx.xx.2025-ci il tarixində cavab yazaraq AYNA-ya müraciət etməyini tövsiyə etmiş, şikayətinə heç bir əsaslı cavab verməmişdir. Əlavə olaraq, BDYPİ-yə yazılı şikayəti ilə eyni tarixdə müraciət edərək inzibati tənbeh vermə haqqında qərarın surətinin ona təqdim edilməsini xahiş etsə də, BDYPİ ona qərarın surətini yalnız xx.xx.2025-ci il tarixində təqdim etmişdir. Bu səbəbdən Baş X5 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ30379590 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən X2 şikayət ərizəsində göstərilənlərə uyğun izahat verərək barəsində Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi təəfindən qəbul edilmiş xx.xx.2025ci il tarixli, EQ30379590 saylı inzibati tənbeh vermə haqqında qərarın əsassız olması səbəbilə ləğv edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq nümayənədəsi məhkəməyə gəlməmişdir. Məhkəmə şikayətə inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, qərardan şikayət verən şəxs X1 izahatını dinləyərək, iş materiallarını və təqdim olunmuş sənədləri tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli, xx.xx.2025-ci il tarixli, EQ 30379590 saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş 02 sentyabr 2025-ci il tarixli, EQ 30379590 saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X2 İXM-nin 353.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 1200 manat inzibati cərimə edilmişdir. Həmin qərarda öz əksini tapmış, elektron sistemdən çıxarılmış foto görüntüdən görünür ki, M-2 244.2 km Ucar rayonu Alpout kəndi Bakı istiqamətindı yol üçün iriqabaritli avtomobillər üçün maksimum kütlə 40000 kq nəzərdə tutulmuş, X1 idarə etdiyi avtomobilin faktiki kütləsi isə 43640 kq olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə -fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsinə əsasən bu məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə -fiziki şəxslər min iki yüz manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X2 idarə etdiyi “Man TGS 26.400 6X4 BB SA YÜK” markalı **-JL-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Ucar tayonu Alpout kəndi Bakı istiqaməti yolunda sözügedən ərazidə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla, sözügedən inzibati xətanı il ərzində inzibati tənbeh almış şəxs olaraq təkrar törətməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu hal iş materialları ilə tam şəkildə sübuta yetir. Ona görə də məhkəmə hesab edir ki, X1 şikayəti əsassızdır və onun barəsində Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30379590 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 131, 134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X1 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30379590 saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar