Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-61/2023 03.03.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayоn Məhkəməsinin hakimi Kərimova Tərifə Əbülfət qızı, Şəxs Samux Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 3(058)-61/2023 nömrəli qərarına xitam verilməsi ilə bağlı vəsatətinə baxaraq müəyyənetdi: Samux Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 3(058)-61/2023 nömrəli qərarı ilə Şəxs İXP ******* saylı inzibati xəta haqqında qərara əsasən ona təyin edilmiş inzibati cəriməni qərarın qüvvəyə mindiyi tarixdən 3 ay müddətində icra etmədiyinə görə Аzərbaycan Rеspublikası İnzibаti Хətаlаr Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmək hüququ 06 (altı) ay müddətə məhdudlaşdırılmışdır. Şəxs 12 may 2023-cü il tarixdə vəsatətlə Samux Rayon Məhkəməsinə müraciət edərək bildirmişdir ki, cəriməni ödəmişdir. Buna görə də Samux Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 3(058)-61/2023 nömrəli qərarına xitam verilməsini xahiş etmişdir. Vəsatətə əlavə edilmiş Azərbaycan Respublikası Mərkəzi Bankı ********** saylı mədaxil qəbzindən görünür ki, Şəxs tərəfindən İXP ******* nömrəli inzibati xəta haqqında qərar üzrə cərimə məbləği və ona hesablanmış dəbbə pulu (cəmi 16 manat) ödənilmişdir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə qərara xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 152.5-ci maddəsinə əsasən barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152.5-ci maddəsini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Samux Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 3(058)-61/2023 nömrəli qərarına xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(058)-61/2023
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-61/2023
03.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver