Məhkəmə qərarları › İş №3(058)-622/2025

Samux Rayon Məhkəməsi Qərardad — İş №3(058)-622/2025

13.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 3(058)-622/2025 13.11.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Kərimova Tərifə Əbülfət qızı, Barəsində Azərbaycan Respublikası Daxili İşlır Nazirliyi Baş X3 İdarəsi tərəfindən tərtib olunmuş EQ 31471298 saylı inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsi barədə X1 tərəfindən verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə dair məsələyə baxaraq müəyyən etdi: X1 məhkəməyə ərizə ilə müraciət edərək barəsində Azərbaycan Respublikası Daxili İşlır Nazirliyi Baş X3 İdarəsi tərəfindən tərtib olunmuş EQ 31471298 saylı inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Belə ki, şikayət verilən qərardan da göründüyü kimi, sözügedən inzibati xətanın Gəncə şəhəri ərazisində törədildiyi qeyd olunmuşdur. Belə olan halda barəsində qərar çıxarılmış şəxs hazırki şikayətlə ya inzibati xətanın törədildiyi yer üzrə müvafiq məhkməyə müraciət etməli, ya da şikayətə onun yaşadığı yerdə baxılması ilə bağlı müvafiq vəsatətlə Samux Rayon Məhkəməsinə müraciət etməli idi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində müəyyən edilmiş məhkəmə aidiyyatı qaydasının təkmilləşdirilməsi Azərbaycan Respublikası Milli Məclisinə tövsiyyə edilsin. Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində diyişiklik edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 100.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən barəsində inzibati tənbehvermə haqqında qərar qəbul edilmiş şəxs həmin qərardan şikayəti ya inzibati xətanın törədildiyi yer üzrə məhkəməyə, ya da şikayətə onun yaşadığı yer üzrə məhkəmədə baxılmasına dair vəsatətlə müraciət edərək qeydiyyatda olduğu yer üzrə məhkəməyə verməli olduğu halda X1 qanunvericliyin sözügedən tələblərinə riayət etməmişdir. Ona görə də hazırki şikayətə Samux Rayon Məhkəməsində baxılması yolverilməzdir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Barəsində Azərbaycan Respublikası Daxili İşlır Nazirliyi Baş X3 İdarəsi tərəfindən tərtib olunmuş EQ 31471298 saylı inzibati tənbehvermə haqqında qərardan X1 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar