Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-63/2024 16.02.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, Samux Rayon Polis Şöbəsinin sahə rəisi polis leytenantı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1976-cı ildə Samux rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, X5 İdarəsində sahə rəisi işləyən, Samux rayonu Qovlarsarı kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Samux Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux Rayon Polis Şöbəsinin sahə rəisi polis leytenantı X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə xx.xx.2024-cü il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Samux rayonu, Qovlarsarı kəndində uca səslə nalayiq ifadələr işlədərək, bununla ictimai yerdə ictimai qaydanı pozmuş, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da o, İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında iştirak edən Samux Rayon Polis Şöbəsinin sahə rəisi polis leytenantı X4 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, o, inzibati xəta haqqında protokolu iş üzrə müvafiq raport əsasında tərtib etmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə DİN 102 xidmətində Samux rayon, Qovlarsarı kənd ərazisində yerləşən su-artrizan quyusundan elektrik naqillərinin oğurlanması barədə məlumat daxil olmuşdur. Hadisə yerinə Samux Rayon Polis şöbəsinin Əməliyyat İşləri üzrə rəis müavini X2 ilə birlikdə getmişlər. Şəxs mübahisə yaradaraq və nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, onu nizam-intizama dəvət etsələr də o, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi səbəbi ilə onun inzibati məsuliyyətə cəlb edilməsi xahiş olunur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, Samux rayonu Suvarma Sistemləri İdarəsində sahə rəisi işləyir. O, polisə müraciət edərək su artezianı olan yerdən elektrik naqillərinin oğurlandığını bildirmiş, dəfələrlə bu barədə tədbir görülməsini xahiş etmiş, lakin heç bir nəticəsi olmamışdır. Yenidən polisə bu barədə müraciət edərkən Samux RPŞ-nin Əməliyyat İşləri üzrə rəis müavini X2 və sahə rəisi Orxan Məmmədov hadisə yerinə gəlmişdir. O, Elnur Həsənovdan elektrik naqillərinin oğurlanması ilə bağlı niyə heç bir tədbir görülmədiyini soruşmuş və bildirmişdir ki, kənd sakinləri onu bu barədə narahat edirlər və o, sakinlərə nə cavab verəcəyini bilmir. Bu zaman Elnur Həsənov ona qarşı nalayiq ifadələr işlətmiş, onu hədələmişdir. Sözügedən hadisə kənddən aralıda, artezianın yerləşdiyi çöl sahəsində baş vermiş, bu zaman kənarda bir nəfər atlı olmuş, başqa heç kəs olmamışdır. O, ictimai qaydanın pozulmasına səbəb olacaq hərəkətlərə yol verməmiş və polis əməkdaşlarına tabesizlik göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Samux Rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili X6 bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 12 radələrində xidmətdə olan zaman DİN-nin 102 xidmətindən məlumat daxil olmuş, məlumatla əlaqədar həmin yerə getmişlər. O, Şəxs yaxınlaşıb özünü təqdim etmiş, lakin Şəxs polis əməkdaşları ilə mübahisə yaradaraq nalayiq ifadələr işlətmişdir. Hadisə kənddən aralıda, artezian quyusunun yerləşdiyi çöl sahəsində baş vermiş, bu zaman kənarda bir nəfər atlı olmuşdur. Şəxs və polis əməkdaşlarından başqa orada heç kəs olmamışdır. Şəxs ictimai qaydanı pozduğu üçün onu nizam-intizama dəvət etsələr də o, polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Samux Rayon Polis Şöbəsinin ƏİÜ rəis müavini X2 şahid X3 ifadəsində göstərdiyi xüsusatlara uyğun ifadə verdi. Məhkəmə qeyd edir ki, Şəxs ictimai yerdə ictimai qaydanı pozması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, xırda xuliqanlıq inzibati xətasının obyektini ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat sahəsində yaranan ictimai münasibətlər təşkil edir. Bu xətanın bilavasitə obyektini isə vətəndaşların ictimai yerlərdə olması ilə əlaqədar yaranan ictimai münasibətlər təşkil edir. İctimai qaydanı pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Barəsində icraat aparılan şəxsin və şahidlərin ifadələrindən məlum olur ki, hadisə zamanı ətrafda heç kəs olmamış, hadisə insanların yaşayış yerindən kənarda, çöl sahəsində, yəni ictimai yer sayılmayan yerdə baş vermişdir. Protokolda M.Qaafarovun ictimai qaydanı pozduğu göstərilsə də bu hal şahidlərin ifadələri ilə təkzib olunmuşdur. Ona görə də Şəxs əməlində İXM-nin 510-cu maddəsinin tərkib əlamətləri müəyyən olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Şəxs polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmaması və beləliklə İXMin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi isə barəsində tərtib edilmiş protokol və şahidlərin ifadələri ilə sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar məhkəmə baxışında aşkar edilməmişdir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Samux Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(058)-63/2024
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-63/2024
16.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver