Məhkəmə qərarları › İş №3(058)-63/2025

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-63/2025

16.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-63/2025 16.01.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X1 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM-in) 529.3-cü maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Samux rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi : Şəxs barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Buna görə də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə müvafiq olaraq ona İnzibati Xətalar Məcəlləsinin 529.3cü maddəsi ilə xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasının vaxtı barədə məlumatlandırılmış Şəxs və Samux rayon Polis şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2024-cü il tarixli EQ 21754370 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 20 (iyirmi) manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan DİN-nin DYP Web Portalından çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixli EQ 21754370 nömrəli inzibati tənbeh vermə haqqında qərarla Şəxs 20 manat məbləğində cərimə edilmiş, 12 manat dəbbə pulu hesablanmaqla cəmi 32 manat borcu vardır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs inzibati xətanın törədilməsinə görə ona təyin olunmuş inzibati cəriməni qərarın qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə, inzibati xətanın xarakterini Şəxs şəxsiyyətini xarakretizə edən halları və onun təqsirinin dərəcəsini nəzərə alır. Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsinə əsasən, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmədə tədqiq edilmiş və iş materiallarına əlavə edilmiş sənədlərlə Şəxs Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə, Şəxs Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququnun 6 (altı) ay müddətə məhdudlaşdırılmasını məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və İXM-in 40, 43, 45-48, 114, 119-121-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, onun nəqliyyat vasitəsini idarə etmək hüququ 6 (altı) ay müddətə məhdudlaşdırılsın. Qərarın surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Samux rayon Polis Şöbəsinə göndərilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində qərardan Samux Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar