Məhkəmə qərarları › İş №3(058)-635/2025

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-635/2025

23.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-635/2025 23.02.2026 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Məmmədova Sevinc İsa qızının katibliyi, Samux rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin rəhbəri X1 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Samux Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux Rayon İcra və Probasiya şöbəsinin rəisi, ədliyyə müşaviri X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə xx.xx.2025-ci il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd olunur ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-364/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 189 A saylı binanın 9-cu mərtəbəsində yerləşən 53 saylı mənzilin yenidən təmir-tikinti işlərinin dəyəri olan 32750 (otuz iki min yeddi yüz əlli) manat məbləğində pul, müqavilənin icrasını gecikdirildlyi günlər üçün 7364 (yeddi min üç yüz altmış dörd) manat və ödənilmiş 318 (üç yüz on səkkiz) manat dövlət rüsumu cavabdeh "xxxx" MMC-dən iddiaçı X2 xeyrinə tutulsun. Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 189A saylı binanın 9-cu mərtəbəsində yerləşən 53 saylı mənzilində mebellərə görə ödənilmiş 12.100 (on İki min yüz) manat və mənəvi ziyana görə 2.000 (iki min) manat "xxxx" MMC-dən X3 xeyrinə tutulması qət edilmişdir. Hazırda Şəxs MMC-nin sözügedən icra sənədi üzrə 39032 manat borcu mövcuddur. Məhkəmə iclasında iştirak edən Samux Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X6 bildirdi ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-364/2023-cü il tarilxli qərarına əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxsndən ümumilikdə 54532 manat pulun alınaraq tələbkar X3 verilməsi qət edilmişdir. Sözügedən icra sənədi aidiyyatı üzrə Samux Rayon İcra və Probasiya Şöbəsinə 2024-cü ilin dekabr ayında daxil olmuş, icra sənədi icra şöbəsinə daxil olduğu vaxtdan inzibati xəta haqqında protokolun tərtib edilərək məhkəmə təqdim edildiyi tarixə qədər borclu, borcundan müəyyən məbləğlərdə ödənişlər etmişdir. Protokolun tərtib edilib məhkəməyə verildiyi tarixdə 500 manat, məhkəmə tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxsnə verilən vaxt ərzində isə borcundan müəyyən məbləğlərdə ödəniş etmiş, lakin hazırda onun sözügedən icra sənədi üzrə 35000 manat borcu qalmaqdadır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin rəhbəri X7 izahat verib bildirdi ki, hüquqi şəxs icra sənədi üzrə borcunu ödəməkdən yayınmır, mütəmadi olaraq müvafiq məbləğlərdə ödənişlər olunur. Hal hazırda hüquqi şəxs adını dəyişərək başqa adla fəaliyyət göstərir, yeni adla fəaliyyət göstərən hüquqi şəxsin rəhbəri başqa şəxsdir. Məhkəmə tərəfindən verilən vaxtlar ərzində hüquqi şəxs tərəfindən ümumilikdə 4000 manat pul ödənilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-364/2023 saylı, xx.xx.2023-cü il tarixli, icra vərəqəsindən görünür ki, ilk iddia tələbi qismən təmin edilmişdir. Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 189 A saylı binanın 9-cu mərtəbəsində yerləşən 53 saylı mənzilin yenidən təmir-tikinti işlərinin dəyəri olan 32750,0 (otuz iki min yeddi yüz əlli) manat məbləğində pul, müqavilənin icrasını gecikdirildlyi günlər üçün 7364 (yeddi min üç yüz altmış dörd) manat və ödənilmiş 318 (üç yüz on səkkiz) manat dövlət rüsumu cavabdeh "xxxx" MMC-dən iddiaçı X2 xeyrinə tutulsun. Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 189 A saylı binanın 9-cu mərtəbəsində yerləşən 53 saylı mənzilində mebellərə görə ödənilmiş 12.100 (on İki min yüz) manat və mənəvi ziyana görə 2.000 (iki min) manat "xxxx" MMC-dən X3 xeyrinə tutulması qət edilmişdir. xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, icra sənədi üzrə borcunu ödəməsi üçün “Garant İnshaat N" MMC-yə 10 gün vaxt verilmişdir. xx.xx.2024-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, “Garant İnshaat N" MMC-yə icra sənədini icra etməyəcəyi təqdirdə məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş qəbzlərin surətindən görünür ki, borclu Garant İnshaat N" MMC-nin tərəfindən tələbkar X3 xx.xx.2026-cı il tarixdə 500 manat, xx.xx.2026-cı il tarixdə 600 manat, xx.xx.2026-cı il tarixdə 400 manat ödəniş etmişdir. İş materiallarına əlavə edilmiş 13 noyabr 2025-ci il tarixli aktın surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-364/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borcun yönəldilə biləcəyi əmlak aşkar olunmamışdır. Məhkəmə proses iştirakçılarını dinləyib toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Garant İnshaat N" MMC Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, “Garant İnshaat N" MMC tələbkar X3 Bakı Apellyasiya Məhkəməsinin 2(103)-364/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə müəyyən olunmuş borcu qanunla müəyyən edilmiş könüllü icra müddətində icra etməkdən boyun qaçırmış, icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməmişdir. İcra sənədi üzrə ödənilməli olan borc 54532 manat olmasına və icra sənədi üzrə icaata 2 ildən artıq müddətdir ki başlanılmasına baxmayaraq keçən müddət ərzində borc qeyri-mütəmadi və kiçik məbləğlər şəklində ödənilmiş, hazırda “Garant İnshaat N" MMC-nin icra sənədi üzrə 35000 borcu qalmışdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, sözügedən hüquqi şəxs hazırda adını dəyişərək fəaliyyətini davam etdirir. Hazırki inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə təqdim olunduqdan sonra hüquqi şəxsin nümayəndəsinin icra sənədinin icrasını təmin olunması məqsədli xahişi ilə məhkəmə iclasları dəfələrlə təxirə salınmasına baxmayaraq ağlabatan məbləğdə ödəniş olunmamışdır. Həmçinin hüquqi şəxsin nümayəndəsi əvvəlki məhkəmə iclaslarında hüquqi şəxsin iflası etdiyini və fəaliyyətini dayandırdığını bildirmiş, lakin axırıncı məhkəmə iclasında məhkəmə tərəfindən hüquqi şəxsin hazırda fəaliyyət göstərdiyinin məhkəməyə məlum olduğu bildirildikdən sonra hüquqi şəxsin nümayəndəsi A.Abdullayev hüquqi şəxsin adını dəyişərək hazırda yeni adla fəaliyyət göstərdiyini etiraf etmişdir. Bütün sadalanan hallar hüquqi şəxs Şəxs MMC-nin icra sənədi üzrə borcunu ödəməkdən qərəzli şəkildə yayındığını sübut edir. Ona görə də, məhkəmə hesab edir ki, Garant İnshaat N” MMC-nin əməli Samux Rayon İcra və Probasiya şöbəsinin rəisi X5 tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında inzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-in 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-3.6-cı maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Araşdırma zamanı barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini ə alaraq hesab edir ki, “Garant İnshaat N" MMC barəsində, onun törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh aşağı həddə təyin olunmaqla inzibati tənbehin məqsədinə nail oluna bilər. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: “Garant İnshaat N" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 3000 (üç min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Samux Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar