Məhkəmə qərarları › İş №3(058)-645/2025

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-645/2025

01.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-645/2025 01.12.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X1 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Samux rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux rayonu, Yenikənd kənd sakini Şəxs xüsusi icazəsi olmadığı halda mülkü ov silahı saxlama aşkar edilmiş, nəticədə onun tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Samux rayon Polis şöbəsinin nümayəndəsi və Şəxs məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış, lakin onlar üzürlü səbəb olmadan məhkəməyə gəlməmişlər və yaxud işə baxılmasının təxirə salınması barədə məhkəməyə vəsatət verməmişlər. İşə əlavə edilmiş 11 noyabr 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan, ona əlavə olunmuş 11 noyabr 2025-ci il tarixli raportdan, həmin tarixli aktdan və izahatdan görünür ki, Samux rayon Polis şöbəsinin baş serjantı Tural Həsənzədə və polis serjantı Cəfərov Mehman ilə 8 saylı inzibati ərazidə xidmətdə olan zaman Samux rayonu Yenikənd kənd ərazisində özünə məxsus olan ərik sahəsində bir nəfər şəxsin əlində fanar işığı görmüşlər. Həmin əraziyə yaxınlaşan zaman Samux rayonu Yenikənd kəndində qeydiyyatda olan və yaşayan xx.xx.1993-cü il təvəllüdlü Şəxs əlində ov silahı görmüşlər. Onlar özlərini təqdim etdikdən sonra silahın sənədini soruşmuşlar. Şəxs silahın sənədi olmadığını demiş və babasından qaldığını bildirmişdir. Bundan sonra onun izahatının alınması üçün Yenikənd kənd sakini Şəxs Samux rayon Polis şöbəsinə dəvət etmişlər. Beləliklə, Şəxs İXM-in 590.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi işdə olan digər sübutlarla tam sübuta yetirildi. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilmədi. İXM-in 590.2-ci maddəsinə əsasən maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə, silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati qaydada cərimə edilməsini məqsədəuyğun hesab edir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 100 (yüz) manat cərimə edilsin. Samux rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 1 ədəd “Toz” markalı 2 lüləli, 16 çaplı 76107 nömrəli ov tüfəngi müsadirə edilsin. Qərarın icrası Samux rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar