Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 3(058)-647/2025 24.11.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsini hakimi Kərimova Tərifə Əbülfət qızı, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 274.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair materiala baxaraq, müəyyən etdi: 24 noyabr 2025-ci il tarixdə Samux RPŞ-nin sahə rəisi Orxan Məmmədov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 274.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək 24 noyabr 2025-ci il tarixdə baxılması üçün Samux Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs barəsində tərtib edilmiş 24 noyabr 2025-ci il tarixli protokoldan görünür ki, o, xx.xx.2025-ci il tarixdə Samux rayonu Qarabağlar kəndində heyvanla rəhmsiz rəftar etmişdir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol icraata qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, Şəxs barəsində tərtib edilmiş və baxılması üçün Samux Rayon Məhkəməsinə təqdim olunmuş MN ******* nömrəli inzibati xəta haqqında protokol Şəxsn İXM-nin 274.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə tərtib olunmuşdur. Halbuki qanunvericliyin tələbinə görə İnzibati Xətalar Məcəlləsinin 274.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə inzibati xəta haqqında işə məhkəmədə baxılmalı deyil. Belə ki, sözügedən inzibati xəta haqqında işə müvafiq icra hakimiyyəti orqanı tərəfindən baxımalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 189-1, 189-3.2, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206–208, 211.1, 212.4-1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 266.3-1, 267, 272.1, 272.3, 272-1, 274.4, 274-1, 275.4, 275.5, 284.2, 286, 290.3, 294-5.5, 294-6, 295.6, 295.7, 296.2, 300.1, 302, 304, 325.1, 326, 327.8, 327-1.2, 327-1.3, 332.4‒332.7, 333, 333-1, 334, 334-1, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 338.10, 338-1, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343.1 – 343.7, 343.9, 343-1.1 – 343-1.9, 343-1.11, 349, 351, 351-1, 353.5, 361, 362-3, 363, 363- 1, 363-2, 368‒379, 381.1‒381.7, 388‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394.0.8, 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.1-2, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.9, 428.10, 428.12, 429.0.5, 431, 432.3, 438.2, 438.3, 440.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 454-1, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 477-2.2, 479‒481, 482.1, 482-1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517-3, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 562-1, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598 (vəkillərə və auditor xidməti göstərən şəxslərə münasibətdə), 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 602-2, 602-3, 602-4, 603, 605, 606.1, 606.3, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Həmin Məcəllənin 44-cü maddəsinə əsasən bu Məcəllənin 40, 41 və 43cü maddələrində göstərilən hallardan başqa, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş digər inzibati xətalar haqqında işlərə müvafiq icra hakimiyyəti orqanları baxırlar. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normasını rəhbər tutaraq hesab edir ki, Şəxs barəsində 24 noyabr 2025-ci il tarixdə tərtib edilmiş MN ******* nömrəli inzibati xəta haqqında protokol ona əlavə edilmiş materiallarla birlikdə Samux Rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43 və 44cü maddəsini rəhbər tutaraq, qərara aldı: Şəxs barəsində 24 noyabr 2025-ci il tarixdə tərtib edilmiş MN ******* nömrəli inzibati xəta haqqında protokol ona əlavə edilmiş materiallarla birlikdə Samux Rayon Polis Şöbəsinə geri qaytarılsın. Qərardadan şikayət verilə bilməz. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(058)-647/2025
Samux Rayon Məhkəməsi Qərardad — İş №3(058)-647/2025
24.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver