Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-649/2025 24.11.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X16 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, Samux rayon Polis Şöbəsinin İTB-in sahə rəisi polis leytenantı X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2001-ci il tarixdə Samux rayonu, Burunqovaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, "X6” MMC-də telefon- xətt fəhləsi işləyən, Samux rayonu, Burunqovaq kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə Samux rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Samux rayon, Qoşqar şadlıq sarayının qarşısında qanunsuz ucadan nalayiq ifadələr işlətmiş polisi əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Samux Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Samux rayon Polis Şöbəsinin İTB-in sahə rəisi polis leytenantı X9, inzibati protokoldakı xüsusatları təsdiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunvericiliklə müəyyən olunmuş qaydada inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, xx.xx.2025-ci il tarixdə Qoşqar şadlıq sarayında toyda olan zaman spirtli içgi qəbul etmişdir. O, vətən müharibəsi iştirakcısıdır. Hadisə olan gün sərxoş olduğu üçün polis əməkdaşlarına zərbə vurmuş və müqavimət göstərmişdir. Əməlindən peşmandır. Məhkəmədən barəsində inzibati cərimə tənbeh növü tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Samux rayon Polis şöbəsinin post patrul şöbəsinin polis serjantı X5 bildirdi ki, xx.xx.2025-ci il tarixdə Samux rayonu “Samux parkın” ətrafında xidmətdə olarkən Qoşqar şadlıq sarayının qarşısında səs küy gəldiyi üçün həmin şadlıq sarayının qarşısına getmiş və görmüşdür ki, Şəxs nalayiq ifadələr işlədir ictimayi əsayişi pozmağa davam etmişdir. O, Şəxs yaxınlaşaraq özünü təqdim etmiş, ictimai asayişi pozmağının səbəbini soruşmuş, lakin həmin vaxt Şəxs onu itələmiş və ona zərbələr vurmuşdur. Bundan sonra post patrul xidmətinin əməkdaşları gəlmiş, Şəxs avtomaşına mindirən zaman yenə tabe olmamış polis əməkdaşlarına nalayiq ifadələr işlətmişdir. Şəxs avtomaşına mindirib Samux rayon Polis şöbəsinin növbətci hissəyə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Samux rayon Polis şöbəsinin post patrul şöbəsinin polis serjantı X8 bildirdi ki, xx.xx.2025-ci il tarixdə Şəhriyar Qarayevlə 4 saylı ərazidə xidmətdə olarkən X12 sadlıq sarayının qarşısında səs küy gəldiyi üçün həmin əraziyə getmişdir. Şəhriyar Qarayev ona zəng edərək, Qoşqar şadlıq sarayının qarşısına gəlməsini bildirmişdir. O, həmin əraziyə getmiş və Şəxs polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. Bundan sonra Şəxs avtomaşına mindirib Samux rayon Polis şöbəsinin növbətci hissəyə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Samux rayon Polis şöbəsinin post patrul şöbəsinin polis serjantı X7 bildirdi ki, 3 saylı xidmətdə olarkən post yoldaşı Qarayev Şəhriyar onu köməyə çağırmışdır. Həmin əraziyə yaxınlaşan zaman post yoldaşı Qarayev Şəhriyara qarşı Şəxs nalayiq ifadələr işlətmişdir. Onlar Şəxs nizam intizama dəvət etmiş, Şəxs buna məhər qoymamış polisin qanuni tələbinə tabe olmamışdır. Bundan sonra Şəxs avtomaşına mindirib Samux rayon Polis şöbəsinin növbətci hissəyə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilən X10 eyni məzmunlu izahat verərək, X1, X2 və X3 izahatında göstərmiş olduğu xüsusatları təsdiq etdi. Məhkəmə protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin ifadələrini dinləyərək, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək, hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 510 və 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. İşdə olan 22 noyabr 2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 22 noyabr 2025-ci il tarixdə saat 23:00-da inzibati qaydada tutulmuşdur. İşdə olan xx.xx.2025-ci il tarixli 4934/2025 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinədən” görünür ki, Şəxs yüngül dərəcəli sərxoş olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Şəxs barəsində tərtib edilmiş 22 noyabr 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 22 noyabr 2025-ci il tarixdə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 510 və 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə, Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsi şahid ifadələri, özünün etirafedici izahatı və həmçinin işdə olan digər sübutlarla tam sübuta yetirildi. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs sərxoş vəziyyətdə olması məsuliyyəti ağırlaşdıran hallar kimi qiymətləndirlir. İnzibati xəta törətmiş şəxs Şəxs ilk dəfə inzibati xəta törətməsi cəzanı yüngülləşdirən haldır. İXM-in 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Yuxarıda sadalanan qanunvericiliyin maddələrinə əsaslanaraq, məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədəuyğun hesab edir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 8 (səkkiz) gün müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 22 noyabr 2025-ci il tarixdən saat 23:00-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №3(058)-649/2025
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-649/2025
24.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver