Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 3(058)-65/2023 22.02.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs Samux Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra AR İXM) 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Samux Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Samux Rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən Şəxs Gəncə şəhəri Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin 18 mart 2022-ci il tarixli MN ******* saylı qərarın qanuni qüvvəyə mindiyi gündən qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməməsinə görə Azərbaycan Respublikası İXM-in 529.2-ci maddəsi ilə tərtib olunmuş 22 fevral 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Samux Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd olunur ki, Şəxs Gəncə şəhəri Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin 18 mart 2022-ci il tarixli MN ******* saylı qərarına əsasən ödəməli olduğu 200 (iki yüz) manat miqdarında cəriməni ödəməkdən yayınır. İşə əlavə edilmiş Gəncə şəhəri Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin 18 mart 2022-ci il tarixli MN ******* saylı qərarının sürətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 211.3-cü maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat miqdarında cərimə edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Belə ki, icra məmuru barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-in 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında protokol tərtib etməli olduğu halda, həmin məcəllənin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə protokol tərtib edilmişdir. İXM-nin 150.9-cu maddəsinə əsasən fiziki və ya vəzifəli şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) məcburi icraya yönəldilmiş qərarı 2 ay müddətində, məhkəmənin məcburi icraya yönəldilmiş qərarı isə 15 gün müddətində icra olunmadıqda, icra məmuru bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edir. Hüquqi şəxslərə münasibətdə isə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məcburi icra tədbirləri davam etdirilir. Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar səlahiyyətli orqan (vəzifəli şəxsin) tərəfindən qəbul olunduğundan, məcburi icraya yönəldilmiş həmin qərarın 2 ay müddətində icra olunmadığı halda icra məmuru bu İXM-in 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib etməli idi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasan məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Samux Rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 106-111-ci maddələrini rəhbər tutaraq , qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Samux Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol Samux Rayon İcra və Probasiya şöbəsinə geri qaytarılsın. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(058)-65/2023
Samux Rayon Məhkəməsi Qərardad — İş №3(058)-65/2023
22.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver