Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-67/2023 09.03.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs Samux rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, icra işi üzrə tələbkar "xxxx" MMC-nin nümayəndəsi X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Elbrus oğlunun iştirakı ilə, xx.xx.1987-ci ildə Samux rayonunda doğulmuş, evli, orta təhsilli, işləməyən, Samux rayonu Qarayeri qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs Elbrus oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Samux rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən Şəxs Elbrus oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 25 fevral 2023-cü il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Samux Rayon Məhkəməsi tərəfindən verilmiş 2(058)- 462/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, Şəxs Elbrus oğlundan xx.xx.2021-ci il tarixli, 22263527 saylı müqavilə üzrə 361,2 manat əsas borc, 36,8 manat cərimə, cəmi 398 manat və xx.xx.2021-ci il tarixli, 22338377 saylı müqavilə üzrə 1531,8 manat əsas, 153,2 manat cərimə, cəmi 1685 manat olmaqla, ümumilikdə 2083 manat borc və 40,83 manat dövlət rüsumu alınaraq "xxxx" MMC-nin xeyirinə ödənilməsi qət edilmişdir. İcra sənədi müvafiq olaraq xx.xx.2022-ci il tarixdə Samux Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. Aparılmış icra tədbirləri nəticəsində borclu Şəxs Elbrus oğluna tələbin icrası üçün xəbərdarlıqlar edilmişdir. Lakin o, borcun ödənilməsindən qərəzli olaraq boyun qaçırmışdır. Borclu Şəxs Elbrus oğlunun hazırda sözügedən icra sənədi üzrə 2123,83 manat borcu qalmaqdadır. Borclu Şəxs Elbrus oğlu izahatında borcunu ödəməyə imkanının olmadığını, işi olmadığını, işləyənədə borcunu ödəyəcəyini bildirmişdir. Belə ki, borclu Şəxs Elbrus oğlu icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir icra sənədi üzrə tərəfimizdən zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunla müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmaqla təqsirlidir. Göstərilənlərə əsasən borclu Şəxs Elbrus oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Məhkəmə iclasında Samux rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 protokolda qeyd olunanlarla eyni məzmunlu izahat verərək Şəxs Elbrus oğlunun Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib inzibati tənbeh olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Elbrus oğlu izahat verib bildirdi ki, hazırda borcundan müəyyən bir məbləğ ödəyib, qalan borcu isə hissə-hissə ödəyəcək. Buna görə də barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən tələbkar ABC Telecom” MMC-nin nümayəndəsi X3 məhkəməyə ərizə təqdim edərək, borclunun hazırda 340 manat ödəniş etdiyi üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş Samux Rayon Məhkəməsinin 2(058)-462/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, cavabdeh Şəxs Elbrus oğlundan xx.xx.2021-ci il tarixli, 22263527 saylı müqavilə üzrə 361,2 manat əsas, 36,8 manat cərimə, cəmi 398 manat və xx.xx.2021-ci il tarixli, 22338377 saylı müqavilə üzrə 1531,8 manat əsas, 153,2 manat cərimə, cəmi 1685 manat olmaqla, ümumilikdə 2083 manat borc və 40,83 manat dövlət rüsumu alınaraq "xxxx" MMC-nin xeyrinə verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, icra sənədi üzrə icraatın başlanması və borcluya tələbin könüllü icrasının təklif olunması və icra tədbirlərinin görülməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş xəbərdarlıqlardan görünür ki, Şəxs Elbrus oğluna icra sənədini icra etməsi üçün möhlət verilmiş və ona inzibati və cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tədqiq edərək və Şəxs Elbrus oğlunun borcun müəyyən hissəsini ödəməsi, buna görə də onun barəsində aparılan inzibati xəta haqqında icraata xitam verilməsi barədə tələbkarın nümayəndəsinin ərizəsini nəzərə alaraq hesab edir ki, Şəxs Elbrus oğlunun hərəkətlərində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəlləsinin 105.1-ci maddəsində əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Elbrus oğlunun hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(058)-67/2023
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-67/2023
09.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver