Məhkəmə qərarları › İş №3(058)-67/2024

Samux Rayon Məhkəməsi Qərardad — İş №3(058)-67/2024

05.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 3(058)-67/2024 05.03.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2024-cü il tarixli EQ 19452961 saylı inzibati tənbeh vermə haqqında elektron qərarından X1 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Azərbaycan Respublikası DİN BDYPİ-nin MMX-nin rəisi, polis polkovnik-leytenantı Elçin Xasiyev tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli, EQ 19452961 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 80 manat məbləğində cərimə edilmişdir. Qeyd olunan inzibati xəta haqqında qərardan X2 şikayət verərək qərarın qanunsuz və əsassız olduğunu göstərərək ləğv edilməsini xahiş etmişdir. X2 28 fevral 2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, şikayətin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, şikayətçi X1 şikayəti öz ərizəsinə əsasən baxılmadan geri qaytarılmalıdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Konstitusiya Məhkəməsinin mövqeyinə görə, inzibati xətalar qanunvericiliyində müvafiq prosessual münasibətləri tənzimləyən norma olmadıqda, cinayət prosessual qanunvericiliyin normalarının analogiya üzrə tətbiq edilməsi mümkündür. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 122.7-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın, yaxud istintaq və ya digər prosessual hərəkəti həyata keçirən şəxsin hərəkət və qərarından verilmiş şikayətləri şikayət verən şəxsin geri götürmək hüququ vardır. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 idarəsinin mərkəzi məlumat xidmətinin rəisi, polis polkovnik-leytenantı Elçin Xasiyev tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli, EQ 19452961 saylı inzibati tənbeh vermə haqqında qərardan X2 tərəfindən verilmiş şikayət geri qaytarılmalıdr. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 122.7-ci maddəsini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 idarəsinin mərkəzi məlumat xidmətinin rəisi, polis polkovnik-leytenantı Elçin Xasiyev tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli EQ 19452961 saylı inzibati tənbeh vermə haqqında qərardan X2 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar