Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-68/2025 13.02.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, X1 ilə, qərardan şikayət vermiş şəxs X5 və Gəncə şəhər X11 Şöbəsinin YPX inspektoru polis serjantı X4 iştirakları ilə, X5 Gəncə şəhər X11 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhər X11 Şöbəsi tərəfindən onun barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə onun barəsində inzibati tənbehvermə haqqında qərar qəbul edilmişdir. İşin halı belə olmuşdur ki, istifadəsində olan “Volksvagen” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2024-cü il tarixdə saat 21:38-də Gəncə şəhəri Üzeyir Hacıbəyov küçəsindən dönmə işıq siqnalından istifadə edərək sağa N.Əhmədov küçəsinə dönüb biraz irəli gedib, sola Sədi küçəsinə dönməyə hazırlaşan zaman **-YP-*** dövlət qeydiyyat nişanlı yol polisi avtomobili ani vəziyyətdə soluma keçib onun yolunu kəsərək, Sədi küçəsinin kəsişməsində elə bir formada onu dayanmağa məcbur edib ki, hansı ki, qanunla bu qaydada avtomobilin saxlanılması düzgün deyil. Sanki cinayətkarı tuturlarmış kimi davranış sərgiləməklə, ailəsi olan bir maşını bu formada saxlamaq həm etiq qaydalara uyğun olmayan, həm də ki, qanunsuzdur. Onlardan “bu nə hərəkətdi, bu formada maşın saxlatdırırlar” soruşanda, cavabında ona niyə saxla əmrinə uyğun maşını saxmadığını bildirmişlər. Onlara nə vaxtdan belə bir qanundan kənar qaydada maşın saxlatdırılması səlahiyyəti verilib ki, onlar qanunun tələb etdiyi qaydadan kənar saxla əmri versinlər. Onlardan nə vaxt ona səsli şəkildə, səsgücləndirici ilə saxia əmri verdiyini onun isə saxlamadığını bildirmişdri. Polis əməkdaşı avtomobildən dərhal düşən kimi saxlama səbəbini izah etmədən alkotestrdən keçməyini istəmiş, sonra isə guya o, N.Əhmədov küçəsinə dönən zaman dönmə işıq siqnalından istifadə etmədiyini onlar da buna görə onu gəlib saxlatdırmışlar. (Hesab edir ki, onların dediyi vaxtdan taa ki, onun yanından uzaqlaşdıqları vaxtadək polis maşınında olan video görüntülər səsli şəkildə məhkəməyə təqdim olunmalıdır). Əslində bunlar hər biri ona atılan bir şər-böhtandır. O, dəfələrlə yol polisinin barəsində qəbul etdikləri qərarlardan məhkəmə qaydasında şikayət vermiş, onun üçün müsbət olan cavablar əldə etmişdir. Bundan sonra polis əməkdaşları ona qarşı qərəzli mövqe tuturlar. Bu da onlardan biri. Necə olur ki, saniyələr içində polis əməkdaşı onu iyrənc qaydada saxlayaraq hətta saniyələr içində PPX əməkdaşları da ora gəlib çıxdı. Bunları bu şəkildə qeyd etməkdə məqsədi, onav qarşı qurulun bu tələdən sizi agah etməkdir. Barəsində tərtib olunan inzibati qərarda İXM-in 327.3-cü maddəsi ilə qərar qəbul edilmişdir ki, guya o, polis əməkdaşının saxla əmrinə tabe olmamışdır. Bu barədə telefonuna SMS məlumat da gəlmiş, göstərilmişdir ki, qərar qüvvəyə minmişdir. Sözügedən qərarı sabahı günü özü gedib polis şöbəsindən götürmüşdür. Normalardan göründüyü kimi yol polisinin onu saxlaması üçün ilk əvvəl əlində əsas olmalı, hansı ki, belə bir əsasın olduğunu mümkün deyil ki, sübut etsin. Çünki istinad etdiyi “dönmə işıq siqnalından istifadə etməməyi” yalan və şərdir. Blunu məhkəmə iclasında təqdim edəcəyi maddi sübutla təsdiq edəcək. Mənə maraqlı olan polis tərəfindən həmin qayda pozmağını təsdiq etməsi üçün video görüntüləri təqdim etməsidir. İkincisi əgər həqiqətən o, qayda pozmuşdusa, onda yol polis işçisi qanuna uyğun şəkildə ona səsgücləndirici cihaz vasitəsilə nəqliyyat vasitəsini dayandırmağını bildirməli idi. Video görüntüləri təqdim etsin ki, bəli o, səsgücləndir cihaz vasitəsilə ona nəqliyyat vasitəsini dayandırmağını tələb etmiş, o, isə buna əməl etməmişdir. Üçüncüsü şərti olaraq qəbul olunsa ki, o belə bir tələbi qanun çərçivəsində etmişdir, onda 5-10 saniyə içərisində nəyə əsaslanmışdır ki, onun tələbini icra etmir və ona görə də onu iyrənc şəkildə qabağını kəsib onu saxlatmışdır. Əslində onlar zənn edirdilər ki, o, sərxoş halda avtomobil idarə edir və sanki onlardan qaçmağa çalışırmış. Hesab edir ki, onun barəsində qəbul edilmiş qərar qanunsuz və əsassızdır. Ona görə də həmin qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X8 şikayət ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, sözügedən tarixdə onun tərəfindən hər hansı bir yol nəqliyyat qaydası pozuntusu törədilməyib, həmçinin polis tərəfindən ona “saxla” əmrinin verilməsinə heç bir əsas olmayıb. Buna baxmayaraq o, İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.3-cü maddələri ilə təqsirli bilinərək cərimə edilmişdir. Hesab edir qərar tam əsassızdır və ləğv edilməldir. Məhkəmədən şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Gəncə şəhər X11 Şöbəsinin YPX-nin inspektoru polis serjantı X7 şikayətin əsassız olduğunu bildirərək həmçinin qeyd etdi ki, X2 tarixdə avtomobillə hərəkətdə olan zaman sağa dönmə əməliyyatını həyata keçirərkən müvafiq işıq siqnalından istifadə etməmiş, bu səbəbdən də ona “saxla” əmri verilmiş, lakin o, polisin “saxla” əmrinə tabe olmamış, bu səbəbdən də barəsində protokol tərtib edilmiş, daha sonra isə X5 İXM-nin 327.1 və 327.3-cü maddələri ilə təqsirli bilinməsinə və cərimə edilməsinə dair müvafiq qərar qəbul edilmişdir. Lakin V.Həsənlinin İXM-nin 327.1-ci maddəsinin tələblərini pozmasına dair onlarda sübut mövcud deyil. Məhkəmə tərəfləri dinləyib, şikayət ərizəsini, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: Gəncə şəhər X11 Şöbəsinin YPX-nin tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə barəsində 100 (yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X5 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılarkən inzibati orqan tərəfindən heç bir sübuta istinad edilməmiş, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədiyi halda şəxsin barəsində əsassız olaraq inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. Belə ki, şəxsin inzibati tənbehvermə haqqında qərarda göstərilən inzibati xətaları törətməsi inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Eyni zamanda qərardan verilmiş şikayətə məhkəmədə baxılarkən inzibati xəta haqqında protokolu və qərarı tərtib edən orqandan sözügedən inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə əsas olmuş sübutların məhkəməyə təqdim olunması tələb olunsa da, bununla bağlı məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, X5 barəsində Gəncə şəhər X11 Şöbəsinin YPX tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar əsassızdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Normanın mənasından aydın olur ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati orqanın, hazırki halda Gəncə şəhər X11 Şöbəsinin YPX-nin üzərinə qoyulsa da, adı çəkilən orqan X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli olmasını sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31–34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərın işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, X5 şikayəti təmin edilməli və onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.3-cü maddələri ilə təqsirli bilinərək inzibati cərimə edilməsi barədə Gəncə şəhər X11 Şöbəsinin YPX tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X5 şikayəti təmin edilsin. X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.3-cü maddələri ilə təqsirli bilinərək inzibati cərimə olunması barədə Gəncə şəhər X11 Şöbəsinin YPX tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(058)-68/2025
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-68/2025
13.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver