Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-69/2024 11.03.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X1, Samux Rayon Polis Şöbəsinin yol patrul xidməti baş inspektoru polis leytenantı X2 iştirakları ilə, Samux RPŞ-nin polis leytenantı X2 xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X1 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 onun İnzibati Xətalar Məcəlləsinin 329.1-ci, 339.1-1-ci, 334.1-ci, 342.1.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 500 manat inzibati cərimə olunması barədə xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək, qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə saat 09:02-də Goranboy Rayonun Baxçakürd kəndi ərazisində onun idarə etdiyi VAZ 21063 markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobili polis əməkdaşları tərəfindən saxlanılaraq onun təhlükəsizlik kəmərini bağlamamasına və yol hərəkəti qaydalarını pozduğuna görə onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Polis əməkdaşları onun idarə etdiyi avtomobil saxladıqları zaman onu alkotesterlə müayinədən keçirmiş və ona içkili olduğunu bildirmişlər. Lakin o, etiraz edərək içkili olmadığını bildirmiş, sonradan isə həkim müayinəsindən keçmək istədiyini demişdir. O, spirtli içkini polis əməkdaşları onu saxladıqları gündən 3 gün öncə qəbul edib. Həmçinin maşını köhnə olduğu üçün və maddi imkanı olmadığı üçün texniki baxışdan keçirməmişdir. O, həkimə getməsini tələb etdikdə polis əməkdaşı ona bildirmişdir ki, video görüntü var ki, o həmin görüntüdə həkimə getməkdən imtina edir. Daha sonra o, 102 qaynar xəttinə zəng edib. xx.xx.2023-cü il tarixdə Samux rayon Polis Şöbəsinə yaxınlaşmış və qərarı götürmüşdür. Ona məlum olmuşdur ki, o, 500 manat cərimə olunmuşdur. Hesab edir ki, barəsində qəbul olunmuş inzibati tənbeh vermə haqqında qərar əsassızdır, belə ki, həmin qərarın qəbul edilməsinə əsas verəcək heç bir sübut yoxdur. Ona görə də xx.xx.2024-cü il tarixli, TR ******* saylı qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında X3 şikayət ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, o, avtomobili ancaq kənd içində sürür, buna görə də sürücülük vəsiqəsinə ehtiyac olmadığını zənn edib. Spirtli içkini isə polis əməkdaşı onun idarə etdiyi avtomobili saxladığı gündən 3 gün əvvəl nəvəsinin ad günündə içib. Polis əməkdaşları onu alkotesterlə müayinədən keçirdikdə onda alkoqolun təsiri müəyyən edilmiş, ondan həkim müayinəsindən keçib-keçməmək istədiyi soruşulduqda əvvəl buna zərurət olmadığını bildirmiş, lakin daha sonra gedib polis əməkdaşından həkim müayinəsindən keçirilməsini tələb etmiş, amma onun xahişi nəzərə alınmamışdır. Barəsində qəbul olunmuş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib edən şəxs X5 bildirdi ki, X3 xx.xx.2024-cü il tarixdə Goranboy rayonu Baxçakürd kəndi ərazisində avtomobillə hərəkətdə olan zaman kəmərdən istifadə etmədiyinə görə onun idarə etdiyi VAZ 21063 markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılmış, bu zaman ondan alkoqolun qoxusu gəldiyi üçün xüsusi texniki vasitə ilə alkoqollu olub-olmaması yoxlanılmış və onun spirtli içki qəbul etməsi müəyyən olunmuşdur. Sürücüyə həkim müayinəsindən keçirilməsi təklif olunsa da, Ə.Kərimov bundan imtna etmişdir. Ona görə də X3 barəsində İXM-in 329.1-ci, 339.1-1-ci, 334.1-ci, 342.1.3-cü maddələri ilə protokol tərtib edilmişdir. Məhkəmə qərardan şikayət vermiş şəxs X1 və protokol tərtib etmiş şəxs X2 izahatlarını dinləyərək, iş materiallarını və təqdim olunmuş sübutu tədqiq edərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, xx.xx.2024-cü il tarixli TP ******* saylı qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X3 İXM-in 329.1-ci, 339.1-1-ci, 334.1-ci, 342.1.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 500 manat inzibati cərimə edilmişdir. İş materiallarına əlavə olunmuş İXP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, X3 tərəfindən İXM-nin 329.1-ci, 339.1-1-ci, 334.1-ci, 342.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi müəyyən olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş video görüntüdən görünür ki, X1 alkoqollu olub-olmamasının müəyyən edilməsi üçün o, xüsusi texniki vasitə ilə müayinədən keçirilir və onda alkoqolun konsentrasiyasının 0,418 promilli olduğu müəyyən edilir. Əsgər Kərimovdan tibbi müayinədən keçirilməsinə zərurət olub-olmadığı soruşulduqda o, tibbi müayinədən keçməsinə zərurət olmadığını bildirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə- beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 şikayətinin dəlilləri əsassızdır. Belə ki, o, İXM-in 334.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu fakt iş materiallarına əlavə olunmuş inzibati protokol və məhkəmə tərəfindən tədqiq edilmiş video görüntü ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 131, 134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Samux Rayon Polis Şöbəsinin yol patrul xidməti pois mayoru X4 xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(058)-69/2024
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-69/2024
11.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver