Məhkəmə qərarları › İş №3(058)-69/2025

Samux Rayon Məhkəməsi Qərardad — İş №3(058)-69/2025

15.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 3(058)-69/2025 15.04.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Mən, Samux Rayon Məhkəməsinin hakimi X4, X3 Samux Rayon Yol Polisi İdarəsinin inzibati xəta haqqında iş üzrə 11 dekabr 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxaraq, müəyyənetdim: X1 Rayon Yol Polisi İdarəsinin 11 dekabr 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ilə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 (qırx) manat məbləğində cərimə edilmişdir. Həmin qərardan X5 şikayət verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Samux Rayon Məhkəməsinin 18 yanvar 2025-ci il tarixli 3(058)-69/2025 nömrəli qərardadı ilə Samux Rayon Yol Polisi İdarəsinin 11 dekabr 2024-cü il tarixli,TP ******* ömrəli inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. 10 fevral 2025-ci il tarixdə X1 Rayon Məhkəməsinin 18 yanvar 2025-ci il tarixli 3(058)- 69/2025 nömrəli qərardadından apellyasiya şikayəti vermiş, apellyasiya şikayəti işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 fevral 2025-ci il tarixli 3(104)- 110/2025 nömrəli qərardadına əsasən Samux Rayon Məhkəməsinin 18 yanvar 2025-ci il tarixli 3(058)-69/2025 nömrəli qərardadından X5 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, qərardad ləğv edilmiş, inzibati xəta haqqında işin baxılması üçün Gəncə Şəhər Məhkəmisinə göndərilməsi qarara alınmışdır. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, şikayəti vermiş X2 şəhərində qeydiyyatdadır, ona görə də şikayət aidiyyatı üzrə baxılmalı olduğu məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin 1-ci hissəsinə əsasən yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. İXM-in 129.1.3-cü maddəsində qeyd edilmiş yaşayış yeri şəxsin faktiki olduğu yeri yox, şəxsiyyət vəsiqəsi məlumatlarına əsasən daimi pasport qeydiyyatına alındığı yeri nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.4-cü maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest üç gün müddətində aidiyyəti üzrə göndərilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsini rəhbər tutaraq, qəraraaldım: X3 Samux Rayon Yol Polisi İdarəsinin 11 dekabr 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilsin. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar