Məhkəmə qərarları › İş №3(058)-7/2023

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-7/2023

30.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-7/2023 30.01.2023 SAMUX RAYON MƏKƏMƏSİ X3 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakı ilə, xx xxxx 1973-cü il tarixdə Samux rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Samux rayon Tatlı kəndində yaşayan Şəxs barəsində Samux Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs, xx.xx.2022-ci ildə satış məqsədi olmadan şəxsi istehlak miqdarında, yəni 02 ədəd kağız bükümdə və 01 ədəd kibrit qutusunda cəmi 4, 86 qram təmiz çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı qəsdəq qanunsuz olaraq əldə edib, daşıyaraq üstündə saxlayarkən Samux rayon İnstitut qəsəbəsi ərazisində Samux rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Samux RPŞ-nə gətirilib, şöbənin inzibati binasında onun üzərinə baxış keçirilən zaman qeyd olunan çəkidə, 02 ədəd kağız bükümdə və 01 ədəd kibrit qutusunda, cəmi 4, 86 qram təmiz çəkidə narkotik vasitə olan qurudulmuş marixuana ondan aşkar edilib götürülmüşdür. Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında material tərtib edilmiş və toplanmış material aidiyyatı üzrə baxılması üçün Samux Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, o, xx.xx.2022-ci ildə satış məqsədi olmadan şəxsi istehlak miqdarında, yəni 02 ədəd kağız bükümdə və 01 ədəd kibrit qutusunda cəmi 4, 86 qram təmiz çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib, daşıyaraq üstündə saxlayarkən Samux rayon İnstitut qəsəbəsi ərazisində Samux rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış, Samux RPŞ-nə gətirilib, şöbənin inzibati binasında onun üzərinə baxış keçirilən zaman qeyd olunan çəkidə, 02 ədəd kağız bükümdə və 01 ədəd kibrit qutusunda, cəmi 4, 86 qram təmiz çəkidə narkotik vasitə olan qurudulmuş marixuana ondan aşkar edilib götürülmüşdür. Əməlindən peşmandır. Barəsində yüngül inzibati tənbeh tətbiq edilməsiniməhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, Şəxs barəsində İXM-in 206-cı maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. İş materiallarına əlavə edilmiş Samux RPŞ-nin baş təhqiqatçısı, polis kapitanı X1 cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkibi olduğundan onun barəsində inzibati qaydada tədbir görülməsi məsələsinə baxılması üçün qərarın surətinin Samux rayon Prokurorluğuna göndərilməsi qərara alınmışdır. Beləliklə, Şəxs İXM-in 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici ifadəsi, həmçinin işdə olan digər sübutlarla tam sübuta yetirildi. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə Şəxs İXM-in 32-ci maddəsinə əsasən əməlindən səmimi peşman olması məsuliyyətini yüngülləşdirən haldır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs əməlində məsulliyyəti i ağırlaşdıran hallar aşkar etmədi. İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati qaydada cərimə edilməsini məqsədəuyğun hesab edir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 400 manat cərimə edilsin. Qərarın icrası Samux rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar