Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-70/2024 26.02.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Məmmədov Camal Elçin oğlunun katibliyi inzibati protokolu tərtib etmiş şəxs Samux RPŞ-nin polis sahə rəisi polis leytenantı X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Daşkəsən rayonunda doğulmuş, evli, orta təhsilli, işsiz, Daşkəsən rayonu, Mədənçilər qəsəbəsi 20/6 ünvanında qeydiyyatda olmaqla Gəncə şəhəri, Sevinc qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Samux Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux RPŞ-nin polis sahə rəisi, polis leytenantı X5 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2024-cü il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə idarə etdiyi avtomobilin duracağa təmin olunması zamanı polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Samux RPŞ-nin polis leytenantı X5 bildirdi ki, inzibati protokolu Samux RPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis serjantı X1 raportu əsasında tərtib etmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 19:20 radələrində YPX inspektoru Əliyev Elnur və X7 rayonu Nəbiağali qəsəbəsində xidmətdə olarkən Şəxs məxsus ** KE *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə əlavə avadanlıq quraşdırılması səbəbilə sözügedən avtomobil saxlanılaraq duracağa təmin olunması tələb olunmuş, lakin Şəxs müxtəlif üsullarla avtomobilin duracağa təmin olunmasına maneçilik törətmiş, polisin qanuni tələbini tabe olmayaraq polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətmişdir. Odur ki, Şəxs İXM-nin 535.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsinə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, polis əməkdaşları onun idarə etdiyi avtomobili xx.xx.2024-cü il tarixdə saxlayaraq avtomobilə əlavə avadanlıq quraşdırılması səbəbilə avtomobilin duracağa təmin olunmasını tələb etmişlər. O, bu zaman dayısına zəng edərək polis əməkdaşlarından onun dayısı ilə danışmasını xahiş etmişdir. Belə ki, dayısı polis əməkdaşlarıdan avtomobili hansı səbəblə saxladıqlarını soruşmaq istəmişdir. Bu zaman aralarında mübahisə yaranmış, adını bilmədiyi polis əməkdaşı onu yumruqla vurmuşdur. Onun polisin qanuni tələblərinə tabe olmaqdan boyun qaçırmaq niyyəti olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, xx.xx.2024-cü il tarixdə sonradan adını bildiyi Şəxs məxsus ** KE *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili əlavə avadanlığın quraşdırılması səbəbilə saxlamışlar və avtomobilin duracağa təmin olunmasını tələb etmişlər. Lakin Şəxs polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlədərək polisin qanuni tələblərinə tabe olmamış, telefonla onlara müəyyən olmayan şəxsə zəng edərək onlardan həmin şəxslə telefonla danışmaqlarını tələb etmiş, həmçinin avtomobil duracağa təmin olunarkən özünü avtomobilin qarşısına atmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 şahid X3 ilə oxşar məzmunda ifadə verdi. Məhkəmə proses iştirakçılarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi şahid ifadələri, barəsində tərtib edilmiş protokol və raportla öz təsdiqini tapmışdır. Göründüyü kimi Şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə baxışında Şəxs inzibati məsuliyyətdən və tənbehdən azad edilməsi üçün əsaslar aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışında inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, törədilmə şəraitini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma protokolundan məlum olur ki, Şəxs xx.xx.2024-cü il tarixdə inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi tətbiq edilməklə 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Daşkəsən Rayon İcra Şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(058)-70/2024
Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-70/2024
26.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver