Məhkəmə qərarları › İş №3(058)-70/2025

Samux Rayon Məhkəməsi Qərar — İş №3(058)-70/2025

10.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(058)-70/2025 10.02.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs Samux Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1974-cü ildə Samux rayonunda doğulmuş, orta təhsilli, evli, işləməyən, Samux rayonu Əhmədbəyli kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Samux Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə xx.xx.2025-ci il tarixli protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Samux Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 izahat verərək bildirdi ki, Samux Rayon Məhkəməsinin 2(058)-1878/2017 saylı, 02 noyabr 2017-ci il tarixli icra sənədinə əsasən 06 aprel 2001-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmə qaydasında müəyyən olunmuş 40 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq və Şəxs hər ay 100 (yüz) manat sabit pul məbləğində aliment alınaraq X2 xeyrinə verilməsi qət edilmişdir. Hazırda borclu Şəxs həmin icra sənədi üzrə 690 manat aliment borcu var. Sonuncu ödənişini 2024-cü ilin aprel ayında etmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borcunu ödəməkdən boyun qaçırır. Həmçinin məhkəmə tərəfindən ona verilmiş vaxt ərzində borcundan heç bir ödəniş etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, onun xahişinə əsasən icra sənədi üzrə borcundan ödəniş etməsi üçün məhkəmə tərəfindən ona vaxt verilməsinə baxmayaraq o, aliment borcundan heç bir ödəniş edə bilməmiş, buna görə də təyin olunmuş tarixdə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə tərəfindən ona möhlət veriləcəyi halda hər ay borcundan 50 manat ödəniş edə bilər. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: Samux Rayon Məhkəməsinin 2(058)-1878/2017 saylı, 02 noyabr 2017-ci il tarixli icra sənədinə əsasən Şəxs 06 aprel 2001-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmə qaydasında müəyyən olunmuş 40 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq və Şəxs hər ay 100 (yüz) manat sabit pul məbləğində aliment alınaraq X2 xeyrinə verilməsi qət edilmişdir. 06 dekabr 2017-ci il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, icra sənədi üzrə borclu Şəxs Samux Rayon Məhkəməsinin 2(058)-1878/2017 saylı, 02 noyabr 2017-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Samux Rayon Məhkəməsinin 2(058)- 1878/2017 saylı, 02 noyabr 2017-ci il tarixli icra sənədini təmin etmə məqsədi ilə borclu Şəxs Samux rayonu Əhmədbəyli kəndində olan evinə baxış keçirilmiş, borclunun yaşadığı evdə tələbin yönəldilə biləcəyi heç bir əmlak aşkar edilməmişdir. Çoxsaylı xəbərdarlıqların surətindən görünür ki, Şəxs icra sənədini icra etməyəcəyi təqdirdə məsuliyyətə cəlb olunacağı barədə xəbardarlıq edilmişdir. Samux Rayon Məhkəməsinin 8(058)-53/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, Samux Rayon Məhkəməsinin 2(058)-1878/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi icra olunanadək xx.xx.1974-cü il tarixdə Samux Rayon Sərkar kəndində doğulmuş və Göygöl rayonu Əhmədbəyli kəndində qeydiyyatda olan Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırmışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları və özünün ifadəsi ilə tam sübuta yetirilmişdir. Belə ki, Şəxs Samux Rayon Məhkəməsinin 2(058)-1878/2017 saylı, 02 noyabr 2017-ci il tarixli icra sənədi üzrə müəyyən olunmuş aliment borcunu qanunla müəyyən edilmiş müddətdə icra etməkdən boyun qaçırmış, icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməmiş, hazırda onun 690 manat aliment borcu yığılmış, sonuncu dəfə ödənişi 2024-cü ilin aprel ayında etmiş, həmin tarixdən bu günə keçən müddət ərzində aliment borcundan heç bir ödəniş etməmiş, həmçinin məhkəmə tərəfindən ona verilən vaxt ərzində borcundan heç bir məbləğ ödəməmiş, təyin olunan tarixdə məhkəmə iclasına gəlməmiş, məhkəmə tərəfindən onun barəsində məcburi gətirmə qərarı qəbul edilmişdir. Bu hallar Şəxs aliment borcunu qərəzli şəkildə ödəmədiyini, icra sənədinin icrasından qərəzli şəkildə yayındığını təsdiq edir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Şəxs hərəkəti Samux Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. Azərbaycan Repubilkası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Araşdırma zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanın xarakterini, inzibati xətanın aliment öhdəliyinin icra edilməməsindən irəli gəldiyini, onun törətdiyi inzibati xətaya münasibətini nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün deyildir. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs (FİN xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli xx.xx.2025-ci il tarixdən saat 15:00-dan hesablansın. Qərarın icrası Samux Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar